“Taborumuza qayıdanda əvvəlki uşaqlardan çox az qalmışdı..." - ŞUŞA UĞRUNDA BİR GÖZÜNÜ İTİRMİŞ 20 YAŞLI DÖYÜŞÇÜ RAUFUN HEKAYƏTİ / FOTO

Vətən Müharibəsində rəşadət göstərən igidlərimiz bu günümüzə qeyrət salnaməsi, sabahımıza isə örnək məbədidir. Döyüşlərdə gözünü qırpmadan şücaət göstərən igidlərimizdən biri də bir gözünü itirmiş 20 yaşlı Rauf Səfərovdur.
Rauf ailənin ən kiçik övladıdır…
Rauf Cəfər oğlu Səfərov 04 yanvar 2000-ci ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Atası Cəfər kişi neftçidir, neft daşlarında işləyir. Anası Yeganə xanım isə evdar qadındır, həm də ev təsərrüfatı ilə məşğul olur . Raufgil 3 qardaşdır. Rauf ailənin ən kiçik övladıdır. Böyük qardaşları Elşad və Rəşad Sumqayıt şəhərində yaşayir, fəhləlik edirlər.
Qəhrəmanımız 2017-ci ildə həmin kənddəki şəhid Rafael Quliyev adına orta məktəbi bitirib. 2018-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə xəttindəki səngərdə, Tərtər rayonunun Marquşavan kəndində edib. 2019-cu ildə isə tərxis olunaraq evə qayıdıb. Rauf Sumqayıta gedərək qardaşları ilə birgə fəhləlik etməyə başlayıb. Müharibə başlayan zaman Rauf kəndə qayıdaraq çoxları kimi könüllü səfərbərliyə alınaraq orduya yollanıb.
Qarşımda oturub gənc oğlanın danışdığı hekayə qəlbimi qürurla doldurur
Raufun ilk döyüşü Lələtəpə yüksəkliyi istiqamətində olub. Onların mindiyi BTR-i düşmən minamyotla vurub, zirehli maşında olan 9 döyüşçüdən 2 nəfər şəhid olub, Rauf isə yaralı olsa da alışan BTR-dən çıxa bilib və sağ qalıb. Yaralanan gənc döyüşçü xəstəxanaya getməkdən imtina edərək döyüşlərdə iştirakını davam etdirib. Sentyabr ayının 29-da isə Cəbrayıl rayonunun Nuzgar kəndində ələ keçirib yerləşdikləri sığınacağın tank əleyhinə raketlə vurulması nəticəsində Rauf ağır yaralanıb. Yanıq və baş-beyin silkələnməsi xəsarətləri alıb.
Rauf deyir ki, onu ağır vəziyyətdə əvvəlcə Fizulidəki hərbi hospitala, oradan isə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına köçürüblər:“11 günlük müalicədən sonra özümə gələndən sonra təkidlə döyüşlərə yenidən döyüşlərə qayıda bildim. Taborumuza qayıdanda əvvəlki uşaqlardan çox az qalmışdı. Ya şəhid olmuşdular, ya da yaralandıqlarından müalicədə idilər”.
Qəhrəmanımızın döyüş hekayəsinə elə maraqla qulaq asıram ki, sanki filmə baxıram…
“Taborumuz noyabr ayının 1-də yerləşdiyimiz məntəqədən Şuşa istiqamətində hərəkətə başladıq. Bir qədər hərbi maşınlarda irəlilədikdən, sonra piyada, dağ-dərə ilə xeyli yol qət etdik. Nəhayət Şuşakəndə çatdıq. Lakin axşam saatlarında yerləşdiyimiz meşədə düşmən şiddətli atəşə tutdu bizi. Döyüşçü yoldaşlarımla birgə yerə uzanaraq düşmənlə yaxın məsafədən atışmağa başladım”, - döyüşcümüz deyir.
Döyüşçümüz yaralı-yaralı digər yaralı silahdaşlarına kömək edib
Rauf əlavə edir ki, taboru 3 tərəfdən atəşə tutan düşmənə qarşı şiddətli döyüşlər başlayıb: “Düşmənin AQS tipli qumbaraatan silahdan açdığı atəş nəticəsində ayağımdan yaralandım. Bu zaman ayağa qalxaraq yerimi dəyişmək istədikdə nöbəti dəfə qəlpələr gözümü çıxardı. Özümü itirmədən yaralı halda yerimi dəyişərək atəş altından çəkildim. Qanım axmasın deyə ayağımı xüsusi vasitə ilə bağladım. Meşədə döyüş səhər saat 5-ə kimi davam edib və yalnız həmin vaxt ordumuz düşmənin yerini dəqiq müəyyən edə bilib. Ordumuzun sərrast artileriya atəşi ilə düşmən məhv edilib. Səhər açılanda ağır yaralıları təxliyə etmək üçün çox çətinliklə döyüşçülərimizin olduğu mövqeyə KamAZ gəlib çıxıb. Ağır yaralıları maşına mindiriblər. Yaralı olmağıma baxmayaraq onlara köməklik etdim. Amma maşında yer olmadığı üçün növbəti maşını gözlədim.
4 yaralı döyüşçü ilə birlikdə özümüzə gəlmək üçün yaxınlıqdakı tərk edilmiş erməni evinə gedərək sobanı qalayıb isindik, elə gecəni də orada keçirdik. Bir Digər yaralı döyüş yoldaşlarımla birlikdə səhərə qədər gözlədik. Ertəsi günü isə ardımızca maşın gəldi və bizi Hadruta aparıb. Orada bizə ilkin tibi yardım göstərildi. Daha sonra Bakı şəhərində təcrübəli həkimlərin apardığı cərrahi əməliyyat nəticəsində gözümə girmiş 3 qəlpədən 2-i çıxarılıb, 1 qəlpə isə daha dərinə nüfuz etdiyindən toxunulmayıb. Yaxın vaxtlarda çıxmış gözümün yerinə linza qoyulacaq”.

20 yaşlı qəhrəman gəncin döyüş yolunu dinlədikcə onunla yanaşı əyləşmiş valideynlərinin necə qürur dolu həyəcan keçirdiklərini duymamaq mümkün deyil…
Raufun anası Yeganə xanım bildirir ki, oğlu ilə qürur duyur: “Raufla qürur duyuram. Şükür ki, balam sağdır. Allah şəhid olmuş balalarımızın valideynlərinə səbr versin. Mən onları da öz balam bilib hər gün ağlayıb oxşayıram. Qoy müharibə olmasın”.
Rauf uşaqlıqdan qeyri-adi idi…
“Rauf hələ uşaqlıqdan qeyri-adi idi. Artıq 6 yaşı olanda ibadətə meyllənmişdi. Namazı öyrənmişdi. 8 yaşı olanda Quran oxuyurdu. Sakit təbiətli və zəhmətkeş bir uşaq idi. Allah bütün əsgərlərimizi qorusun, Şəhidlərimizin ruhunu şad etsin. Valideynlərinə səbr versin”- deyə qəhrəmanımızın atası Cəfər kişi söhbəti yekunlaşdırır.
Emil Məmmədov, Salyan
Virtualaz.org