Medvedev Saakaşvili haqda yazdı...

Rusiyanın Baş naziri Dmitri Medvedyev Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi məsələsinə münasibət bildirib.
 
Baş nazir bu barədə rəsmi Feysbuk hesabında yazıb.
“Gürcüstan vətəndaşı, Gürcüstan prezidenti, Gürcüstan vətəndaşlığından məhrum edilmiş şəxs, Ukrayna vətəndaşı, Ukrayna prezidentinin dostu, Odessa əyalətinin qubernatoru, Ukrayna vətəndaşlığından məhrum edilmiş şəxs. Ukrayna hakimiyyətinin möhtəşəm ardıcıllığı – keçmiş Gürcüstan prezidentini Ukrayna vətəndaşlığına qəbul etmək, onu qubernator təyin etmək, vətəndaşlıqdan məhrum etmək və Gürcüstana ekstradisiyasına icazə vermək. Bütün bunlar həmin fantastik tragikomediyanı oynayan iki nəfərin ən yüksək mənəvi keyfiyyətlərinin mübahisəsiz sübutudur. Show must go on...”, - baş nazir Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi xəbərinə istehzalı şəkildə münasibət bildirib./axar.az