Düşmən işğal edilmiş ərazilərdən qaçmağa hazırlaşır – TƏXLİYYƏ MƏŞQLƏRİ
6-07-2017 11:47

Separatçılar, həmçinin Rusiya qoşunları Ukraynanın şərqində işğal edilmiş ərazilərdə, xüsusi halda Donetskdə təxliyyə üzrə təlimlər keçirirlər.
“Obozrevatel” nəşri xəbər verir ki, bu haqda “5 kanal”ın efirində Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə nümayəndəsi Andrey Lısenko bildirdi.
“Donetskdə döyüşçülərin komanda heyəti avtobuslarla təxliyyə üzrə təlimlər keçirirlər. Artıq separatçıların başçıları, həmçinin rusların ailələrinin təxliyyəsi üzrə marşrutlar hazırlanıb”, - o deyib.
Lısenko vurğulayıb ki, beləliklə, döyüşçülər Donbasdan tezliklər qaçacaqlar və işğal edilmiş ərazilər Ukrayna ordusunun müdaxiləsi olmadan azad ediləcək.