KREMLƏ YAXIN NƏŞR AZƏRBAYCANA QARŞIDIR?

Rusiya KİV Qarabağ separatçılarına informasiya dəstəyi verməkdə davam edir. Azərbaycan ictimaiyyəti buna ötən ilin aprelində əmin olmuşdu – o zaman Rusiya mətbuatının, o cümlədən Kremlə yaxın olan nəşrlərin reportyorları Qarabağa ezam olunmuşdular və baş verənləri istisnasız sırf erməni tərəfinin mövqeyindən işıqlandırırdılar.
Simonyan – Moskvadakı erməni təbliğatının əsas ruporudur. Erməni və Azərbaycan hərbçilərinin təmas xəttində baş vermiş, erməni müdaxiləçilərin ciddi itki verdikləri son hadisələrlə əlaqədar da Rusiya mətbuatında ötən ilin aprelindəki mənzərə müşahidə olunur.  Hamısından artıq canfəşanlıq edən isə sifarişli materialların dərci ilə tanınan, Azərbaycanın işğal edilmiş ərazilərində baş verənləri təsvir edərkən ermənilərin özlərinə çıxdıqları “Artsax” adından istifadə edən “Nezavisimaya qazeta” oldu. Xatırladaq ki, bu yaxınlarda Dağlıq Qarabağın separatçı rejimi qondarma “referendum” keçirərək, bütün beynəlxalq normaların əksinə, eyni dərəcədə qeyri-legitim olan “Dağqlıq Qarabağ Respublikası”nın adını “Artsax” ilə dəyişmək qərarını verib. Halbuki, tarixi toponimə müvafiq olaraq refion rəsmi olaraq Dağlıq Qarabağ adlanır və Azərbaycan Respublikasının bir hissəsi hesab edilir. Lakin ermənipərəst övqatlı rusiyalı siyasətçilər qrupunun yedəyində gedən “Nezavisimaya qazeta” bu işğal edilmiş Azərbaycan torpağını israrla “Arstax” mifik sözü ilə adlandırır. Bu, heç nəyə əsaslanmayan ad, sırf, separatçı-işğalmı rəhbərliyin “yaradıcılığının bəhrəsidir” – nəşriyyat isə hətta onu Qarabağ cəbhə xəttində baş verən gərginlik barədə birtərəfli tendensiyası məqalənin başlığına çıxarıb.

Material özlüyündə erməni müharibə qızışdırıcılarının iftiralarından ibarətdir və həm Azərbaycanın mövqeyini, həm də real vəziyyəti tamamilə inkar edir. “Artsax yeni müharibənin astanasında” adlı yazı sənədlilik və səhihlik, dürüstlük tələb edən jurnalistika standartlarından uzaqdır.
Arayış üçün. “Nezavisimaya qazeta” 1995-2005-ci illərdə oliqarx Boris Beryozovskiyə məxsus idi. 2005-ci ildə o, qəzeti o dövrdə iqtisadi inkişaf naziri olan German Qrefin köməkçisi Konstantin Remçukova satdı. Hazırda Remçukov, artıq çoxdan adında elan edildiyi kimi “nezavisimaya” (rus dilində “müstəqil” mənasını verir) olmayan mətbuat orqanının həm sahibi, həm də baş redaktorudur. “Anonimous” haker qrupu iki il bundan əvvəl “Nezavisimaya qazeta”nın Moskva bələdiyyəsinə və Rusiya prezidenti administrasiyasına işlədiyinə şəhadət verən materialları yaymışdı. Hakerlər birmənalı şəkildə göstərdilər ki, qəzetin redaktoru Rusiya prezidenti Administrasiyasının daxili siyasət idarəsinin müdir müavini Timur Prokopenko ilə sıx əməkdaşlıq edir və nəşrin siyasətini qurmaqla bağlı məhz ondan təlimat alır.
 
Timur Prokopenko
 
Rəsmi Bakı, “Nezavisimaya qazeta” və Rusiyanın digər KİV-də “Artsax” sözündən istifadə ilə bağlı Rusiyanın müvafiq orqanlarına dərhal etirazını bildirməlidir.  Moskva Azərbaycan KİV-in Rusiya mövzusundakı nəşrlərinə nə dərəcədə kəskin reeaksiya verirsə, Azərbaycanın suverenliyi məsələlərinə də o dərəcədə prinsipial həssaslıqla yanaşmalıdır. Bu ilin əvvəlində “Haqqın.az” İŞİD-in bir sıra ölkələrdə Rusiya səfirliklərinə hücumlar hazırladığı barədə informasiya yerləşdikdə Rusiya XİN Bakıya nota göndərdi. Bu informasiyanın dünyanın bütün aparıcı KİV-ləri, o cümlədən Rusiyanın TACC informasiya agentliyi nəşr edildiyinə baxmayaraq. Bizim portalımız da onu müvafiq istinadı göstərməklə təkrarlamışdı. Bəs nə üçün Azərbaycan Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin erməni təbliğatının ruporuna çevrilməsinə göz yummalıdır?
 
Tərcümə Hurriyyet.org-undur