Hansı tibbi maskalar koronavirusdan qoruyur? - ARAŞDIRMA

Baxış sayı:
2317

Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib.

“The Village” xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir.

Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edir. 

Əgər xəstəsinizsə, maskalar daha çox çevrəni qorumağa yarayır, respiratorlar isə ətrafdakı xəstələrdən qismən qoruyacaq. Respiratorlardan söz düşmüşkən, onları növlərə bölmə olar: adi tibbi maskalar və FFP1, 2 və 3-cü sinif respiratorlar.

Respiratorun sinfini təyin etmək üçün onun üzərindəki damğaya baxmaq lazımdır. Belə ki, FFP1 ağ və ya sarı klapan, FFP2 göy plakan və rezin, FFP3 isə qırmızı rezin və qırmızı klapana sahibdir. Əgər respiratorun üzərində damğa yoxdursa, onu FFP1 kimi istifadə edin.

Adi tibbi maskalar

Adi tibbi maskalar hələ epidemiyanın başlanğıcında ən tez satılan qoruyucu məhsullardan oldu. Ancaq maskaların sizi xəstəlikdən qoruması minimum səviyyədədir, çünki üzə tam yatmır. Bununla belə, maskalar, sözsüz ki, potensial viruslu əllərinizlə üzə toxunmamağa kömək edir. Lakin tibbi maska sizə öskürək və asqırıq zamanı ətrafdakıları yoluxdurmamağa yardımçı ola bilər. Adi tibbi maskalarla bağlı ən vacib məqam onların iki saat sonra nəmləndiyi və artıq qoruyucunun içində müxtəlif virus və bakteriyaların yayılmağa başlamasından ibarətdir. Ona görə də özünüzü nasaz hiss etdiyniz təqdirdə, iki saatdan bir dəyişmək şərtilə maska taxın. Maska üzünüzdə olarkən ona toxunmayın! Onu çıxardıqdan sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

Adi tibbi maska

FFP1 sinif respiratorlar

FFP1 (Filtering Face Piece) respiratorları toksik olmayan toz və iri aerozol damcılarından qorunmaq üçün istifadə olunur. Onlar tibbi maskalardan daha effektiv olsalar da, viruslardan qorunmağı təmin etmir. Qeyd etmək lazımdır ki, respiratorun üzə tam yatmadığı halda onların yararlılığı əhəmiyyətli dərəcədə düşür. Bu səbəbdən respiratoru istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdırlar.

Bu qoruyucuda klapan olduğuna görə daxili nəmlənmə gec baş verir. Beləliklə, FFP1 respiratorunu 4-8 saat arası işlətmək olar. Bu maska da ilk növbədə, əllə üzə toxunmamaq və ətrafı yoluxdurmamaqdan qoruyur. Respiratoru çıxardıqdan sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

FFP1

FFP2 sinif respiratorlar

Bu respiratorlar toksik və konserogen toz, mövcud aerozol, yağ və su şəraitinə uyğundur. Mütəxəssislərin fikrincə, bu tip respiratorlar sizi bir çox hallarda virusdan müdafiə ilə təmin etsə də, zəmanət vermir. Məsələn, potensial xəstələrlə sıx təmasda olan və ya həkimlərə onları istifadə etmək tövsiyə edilmir. Bu respiratoru 6-8 saat arası istifadə etmək olar. Onu diqqətli şəkildə, düz üzünə toxunmadan çıxartmaq lazımdır. Qoruyucunu çıxardıqdan sonra əlinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin.

FFP2

FFP3 sinif respiratorlar

Bu, ən çoxfunksiyalı adi respirator sayılır. Bundan sonra isə artıq əleyhqaz və filtrli maskalar gəlir. FFP3 respiratorları təhlükəli maddə, radioaktiv material, virus və bakteriyalarla bağlı xüsusi təhlükə olduğu halda istifadə olunur. ÜST məhz bu respiratorları xəstə, potensial virus daşıyıcıları ilə sıx təmasda olan tibbi personal və həkimlər üçün tövsiyə edir. Bu respiratorların, adətən, 8 saat istifadə müddəti olur.

Ancaq əgər siz virusdan müdafiəni maksimal səviyyəyə qaldırmağı düşünürsünüzsə, sadəcə, respirator yetərli deyil. Sizdə həmçinin qoruyucu gözlük və ya şəffaf qoruyucu ekran (dəbilqə) olmalıdır.

Digər problem isə bu respiratorda nəfəs almağın çətinliyidir. İnsanlar bu respiratorları 6 saatdan çox istifadə edə bilmir. Əgər siz bu respiratoru çıxarsanız, yenisini taxmağa məcbur olacaqsınız. Buna dözmək çətin olsa da, əks halda FFP3-ün istifadəsi anlamsız olar və siz pandemiya vaxtı qiymətli resursunuzu itirmiş olacaqsınız.

Digər respiratorlar kimi, bunu da səliqəli şəkildə, düz üzünə toxunmadan çıxarmaq lazımdır. İstifadədən sonra qoruyucunu polietilen paketə qoyub bağlamaq arzuolunandır. Daha sonra əllərinizi sabun və su ilə yuyun və ya spirtli məhlulla təmizləyin./Report

FFP3