İran sərnişin təyyarəsini bir yox, iki raketlə vurub - VİDEOSÜBUT

Baxış sayı:
4543

Yanvarın 8-də səhərə yaxın Tehran səmasında Ukraynaya aid sərnişin təyyarəsinin bir yox, iki raketlə vurulduğu aşkarlanıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə videosübutu “The New York Times” qəzeti təqdim edib.

Redaksiyanın əldə etdiyi videoya əsasən gecə səmasında ilk raket buraxılır, raket praktiki olaraq yerə parallel uçur və bir neçə saniyə sonra partlayır. Birinci raketin təyyarəyə dəyib partlamasından 12 saniyə sonra həmin nöqtədən ikinci raket buraxılır, o da hədəfi vurur.

Qəzet yazır ki, videokadrların həqiqiliyini sübut etmək mümkün olub. Bundan əvvəl də “Boeing-737-800” təyyarəsinin iki raketlə vurulduğu haqda məlumatlar vardı. İddia edilirdi ki, raketlərdən biri Tehran yaxınlığındakı məxfi bazadan buraxılıb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin raketlə vurulduğu görüntülərini yayan yerli sakini saxlayıb. Rolikin müəllifini faciənin xüsusatlarını dəqiqləşdirmək üçün saxladıqlarını deyirlər.

Təyyarənin vurulması nətcəsində 176 sərnişin və heyət üzvü həlak olub. İran bəyan edib ki, təyyarə ABŞ-ın yaratdığı gərgin situasiyanın nəticəsi olaraq səhvən vurulub.