Türkiyədə sel qurbanlarının sayı 38 nəfərə çatdı - YENİLƏNİB

Baxış sayı:
705

Türkiyədə sel fəlakəti nəticəsində Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter" səhifəsində yazıb.

***

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb. Türk mətbuatı yazır ki, bununla da ölənlərin sayı 31-ə çatıb.

Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir.