Axtarış
The search found 105735 results in 0.06 seconds.
Search results
Elmar Vəliyevin oğlu başqasının torpaq sahəsini zəbt edib - İDDİA
Göygöl rayonunun Mixaylovka kəndində 10 sot torpaq sahəsinin mülkiyyətçisi olan Mehman Həsənovun əlində bunu təsdiqləyən bütün sənədlər var. Amma o, nəinki o mülkiyyətdən istifadə edir, heç həmin əraziyə yaxın da düşə bilmir. Bu üzdən də məhkəməyə üz tutub.
Təxminən yarım ildir ki, Göygöl Rayon Məhkəməsində bu məsələ ilə əlaqədar araşdırma gedir. Cavabdeh isə Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevdir.
Muxalifet4 - 29-07-2021
AZƏRBAYCANDA ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞDIRILDI - Zavod direktorlarının qapalı toplantısı keçirilib
Dünən Azərbaycanda çörək zavodu direktorlarının qapalı toplantısı keçirilib.
Özəl mənbədən Hurriyyet.az-a daxil olan məlumata görə, toplantıda ölkədə çörəyin qiymətinin qaldırılmasıyla bağlı qərar verilib.
Qeyd edilib ki, çörəyin hazırkI satış qiyməti zavodların gəlir əldə etməsinə imkan vermir. Bu baxımdan, çörəyin satış qiymətinin qaldırılması ilə bağlı yekdil fikrə gəlinib.
Redaksiyadan: Mövzu ilə bağlı daha geniş məlumat veriləcək.
Muxalifet2 - 30-07-2021
"Ermənistan tərəfinin yaydığı məlumat yalandır" - RƏSMİ AÇIQLAMA
"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır".
Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib.
Muxalifet2 - 30-07-2021
DEPUTATIN POLİSİ DÖYMƏSİ TƏSDİQLƏNDİ - Araşdırma başlanıldı / Yenilənib
Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib.
"Report"un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib.
Muxalifet2 - 30-07-2021
Deputatın doyduyu polis Bakıya cagırıldı - Nazir işi nəzarətə götürdü
Ötən gün Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı isə bağlı araşdırmanı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsən nəzarətə götürüb.
"Bakupost.az"ın əldə etdiyi məlumata görə, Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyev məsələ ilə bağlı Bakıya çağırılıb. Z.Mirzəyevin ilkin ifadəsi Daxili İşlər Nazirliyinin istintaq idarəsində alınıb və fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edilib.
Muxalifet2 - 30-07-2021
Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək
“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyası sədrinin müavini, deputat Fəzail Ağamalı deyib.
Muxalifet2 - 30-07-2021
Türkiyədə yangın böyuməyə davam edir - RƏSMİLƏR VƏTƏNDAŞLARI EHTİYATLI OLMAĞA ÇAĞIRIB
Türkiyədə nəzarət altına alınan yanğın nöqtələrinin sayı 57-yə çatıb. Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, yanğın nəticəsində Antalyada 3 nəfər, Muğlada isə 1 nəfər ölüb.
Nazir vətəndaşları meşələrin yanından keçəndə ehtiyatlı olmağa çağırıb, yanğınların səbəblərinin araşdırıldığını da bildirib.
Muxalifet2 - 30-07-2021
“COVİD-19” testinin nəticələrinə dair sənədləri saxtalaşdıran vəzifəlilər ifşa olundu - PROKURORLUQ AÇIQLAMA YAYDI
“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır.
Muxalifet2 - 30-07-2021
Azərbaycanın da adı keçən “Pegasus” qalmaqalı: “NSO Group” şirkətində formal yoxlama aparılıb...
İsrailin xüsusi xidmət orqanları “NSO Group” şirkətinin ofislərində axtarış aparıblar. Xəbər verildiyi kimi, bu şirkətin istehsalı olan “Pegasus” proqramından istifadıə edilərək Azərbaycan da daxil olmaqla 50-yə yaxın ölkədə on minlərlə siyasətçi, biznesmen və jurnalistin mobil telefonları dinlənib.
Muxalifet2 - 30-07-2021
PROKUROR RÖVŞƏN ƏKBƏROVUN İŞİ ÜZRƏ İTTİHAM AKTINI ELAH ETDİ - General ifadə verməkdən imtina edib
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Daha sonra prokuror ittiham aktını elan edib.
Muxalifet2 - 30-07-2021
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI ÇAĞIRILIR- Eldəniz Səlimovun məsələsinə baxılacaq
Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb.
Məlumata görə, sessiyanın ilk plenar iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.
İclasa deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.
Muxalifet2 - 30-07-2021
RABİTƏ SEKTORUNUN İNHİSARÇILARI BİRLƏŞDİRİLİR – “Rəqabət mühiti daha da pisləşəcək...”
"Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRT) strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib. Bir neçə il öncə də "AzEurotel"in təşkilati-hüquqi forması dəyişdirilərək "Baktelecom"un tabeliyinə verilib. Əvvəllər bu qurumun tabeliyindəki çoxsaylı qurumlar da ləğv edilərək "Baktelecom"a birləşdirilmişdi".
Bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.
Muxalifet2 - 31-07-2021
AZƏRBAYCANDA “Aİ-95” MARKALI BENZİN BAHALAŞDI - Səbəbləri açıqlandı
“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.
Bunu “Report”a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.
Muxalifet2 - 31-07-2021
Polisi döyən deputatın toxunulmazlığı ləğv edilir - BAŞ PROKUROR MİLLİ MƏCLİSƏ TƏQDİMAT GÖNDƏRDİ
Baş prokuror Kamran Əliyev polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib.
Təqdimata parlamentin avqustun 3-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında baxılacaq.
Muxalifet2 - 31-07-2021
"SƏMƏD BAXŞƏLİYEV SAHƏMİN SULANMASI ÜÇÜN SU VERMİR" - Qarabağ veteranı ölkə rəhbərliyindən kömək istəyir / FOTOLAR
"Goranboy rayonunda Qarabağ veteranlarının problemləri həll olunmaq əvəzinə, onlar "şəxsi məqsədlərin, imtiyazların üçün veteran olmusan" ifadələri ilə rayonun bir qrup vəzifəli şəxsləri tərəfindən məyus edilir. Goranboyda veteranlarıın vətəndaş hüquqları pozulur, onlara qarşı süründürməçilik edilir".
Muxalifet.az xəbər verir ki, bu haqda Goranboydan daxil olan şikayət məktubunda bildirilir.Muxalifet2 - 31-07-2021
Yanğınsöndürənlərimizin ikinci qrupu Türkiyəyə yola düşüb - VİDEO
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yola düşüb.
İkinci qrupun tərkibində FHN-nin 250 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.
Baku TV-nin yola salınma mərasimindən hazırladığı videoreportajı təqdim edirik:
Muxalifet2 - 31-07-2021
AZƏRBAYCANDA YOLUXMA VƏ ÖLÜM SAYI AÇIQLANDI - Günün statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 343 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926 nəfər müalicə olunaraq sağalıb, 5023 nəfər vəfat edib, aktiv xəstə sayı 5900 nəfərdir.
Muxalifet2 - 31-07-2021
TÜRKİYƏDƏKİ DƏHŞƏTLİ MEŞƏ YANĞINLARINDAN FOTOLAR
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. Ölkədə dörd gün ərzində 26 fərqli vilayətdə 98 yanğın baş verib.
Yanğın qardaş ölkənin təbiətinə, həmçinin turizm regionlarına ciddi zərər vurub. Muxalifet.az qardaş ölkədə baş verən fəlakətin dəhşətli, bir o qədər də təsirli fotolarını təqdim edir:
Muxalifet2 - 31-07-2021
"Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır" - RƏSMİ AÇIQLAMA
"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb", - deyə nazirlikdən qeyd edilib.
Muxalifet2 - 31-07-2021
“ALLAHA AND OLSUN Kİ, QURDLU SUYU İÇİRİK...” - Qobustanın Cəyirli kəndində 2500-dən çox sakin susuzluqdan “qırılır” / FOTO
Beynəlxalq medianın günlərdir İranın Xuzestan vilayətində su qıtlığına görə başlamış və ölkənin digər şəhərlərinə də sıçramış etirazlardan bəhs etdiyi bir vaxtda Qobustan rayonunun Cəyirli kəndində də su yoxdur və 2500-dən çox sakin bu isti yay günlərində özlərinin dediyi kimi, susuzluqdan “qırılır”. Virtualaz.org xəbər verir ki, sakinlərin illərdir əziyyət çəkdikləri su qıtlığı problemi ilə bağlı şikayətləri sosial şəbəkələrdə yayılıb.
Muxalifet2 - 31-07-2021