Axtarış
The search found 105735 results in 0.094 seconds.
Search results
S-400 raketləri Türkiyədə istehsal ediləcək - YAXINDA MÜQAVİLƏ BAĞLANACAQ
Hərbi mənbələrin verdiyi məlumata görə, ”S-400-Triumf” zenit-raket kompleksinin Türkiyəyə çatdırılmasının birinci partiyası birbaşa alış formasında həyata keçirilib. ”S-400” raketlərinin ikinci zərfində texnologiya mübadiləsi, proqram təminatı və müştərək istehsal da yer alır.
Rusiyanın hərbi ixrac məhsulları şirkəti “Rosoboroneksport”-un baş direktoru Aleksandr Mixeyevin Türkiyə və Rusiya arasındakı yeni müqavilənin başa çatdığını söyləməsindən sonra bütün nəzərlər Ankara-Moskva xəttindəki ikinci “S-400” alışı müqaviləsinə çevrilib.
Muxalifet2 - 26-07-2021
ŞEYX, BU DƏFƏ DƏ İRANA VƏKİLLİK ETDİ! – Və Ərdoğanın müşavirindən “sübut” tələb etdi...
“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə haqlı olaraq kəskin tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadə ona yönələn ittihamlara cavab verib.
Muxalifet2 - 25-07-2021
ERMƏNİLƏRDƏN YENİCƏ GERİ ALDIĞIMIZ YÜKSƏKLİKLƏR - "Silahlarını atıb qaçıblar" + VİDEO
Azərbaycan Ordusunun ermənilərdən geri aldığı yeni yüksəkliklərin görüntüləri yayılıb. Əsgərlərimiz həmin ərazilərin videosunu çəkərək paylaşıblar.
Videoda ermənilərdən qalmış postlar və silah-sursat da görünür.
Muxalifet2 - 25-07-2021
Rusiyanın sərhədə yenidən qoşun cəmləşdirməsi nə məqsəd güdür? - SAAKAŞVİLİ BAŞ VERƏNLƏRİN 2008-Cİ İLİN AVQUSTUNU XATIRLATDIĞINI DEYİR...
Xəbər verildiyi kimi, Rusiya yenidən Ukrayna sərhədlərinə, bu dəfə Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb. Ukrayna rəsmilərinin bildirdiyinə görə, yarımadaya oradakı qüvvələrdən əlavə 21 minlik qruplaşma yeridilib və bura müxtəlif zirehli texnika, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri, o cümlədən xüsusi təyinatlı qüvvələr daxildir.
Muxalifet2 - 26-07-2021
“PAŞAZADƏ XALQIN NİFRƏTİNİ QAZANDI...” - “Haber Global”ın reportajı / VİDEO
“Şəhidlərin, qazilərin qanı ilə Qarabağda qazanılan zəfərə bütün dünya şahid oldu. Bu zəfərdə Azərbaycanın yanında Türkiyə var idi. Azərbaycanın digər qonşusu İran isə tam əks mövqe nümayiş etdirmişdi. İndi isə heyrətləndirici bir vəziyyət yaranıb. Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri hər şeyi unudaraq İrana təşəkkür edib. Azərbaycan xalqı isə buna kəskin reaksiya verib”.
Muxalifet2 - 26-07-2021
SİYASİ KƏMSAVADLIQ, YOXSA TƏXRİBAT...? - Və ya Paşazadənin əsl məqsədi nədir?
Yəqin ki, belə situasiya ilə dəfələrlə rastlaşıbsınız: kimsə aşkar həqiqəti danıb, qırmızı-qırmızı üzünüzə duraraq, sizə yalanı sırımağa çalışır. Bunu elə israrla, elə həvəslə edir ki, necə deyərlər, əliniz-ayağınız yerdən üzülür və qeyri-ixtiyari olaraq deyirsiniz: “Sən nə imansız adamsan...”
Muxalifet2 - 26-07-2021
Azərbaycanda tələbələrdən COVID-19 pasportu tələb ediləcək
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.
Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə bildirilib.
Muxalifet2 - 26-07-2021
"Yeni ailə quranlara da vaksinasiya tövsiyə olunur" - TƏBİB RƏSMİSİ
"Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində çıxışı zamanı deyib.
Muxalifet2 - 26-07-2021
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərində dəyişikliklər edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Muxalifet2 - 26-07-2021
Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı - ERMƏNİ TƏRƏFİ ƏVVƏLCƏ İNKAR EDİRDİ...
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində iyulun 26-da gecədən başlayaraq yeni döyüşlərin getdiyi haqda məlumatları əvvəlcə təkzib edib. Daha sonra təsdiqləyib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi az əvvəl yaydığı məlumatda dövlət sərhədinin Geqarkunik istiqamətində, saat 03.30 radələrində “erməni mövqelərinin atəşə tutulduğunu, cavab atəşi açıldığını” bildirib.
Muxalifet2 - 26-07-2021
“Nar+” tətbiqi ilə abunəçilər balanslarını avtomatik artıra biləcəklər
Abunəçilərə öz hesabını daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirmək məqsədilə yenilənməkdədir. Artıq balansı artırmaq üçün “Nar” abunəçiləri kart məlumatlarını tətbiqin yaddaşında saxlaya biləcəklər. Eyni zamanda, son yüklənən məbləğ tətbiqin yaddaşında qaldığından sadəcə bir kliklə balansı sürətlə artırmaq olar. Bundan başqa, “Avtomatik ödəniş” hissəsinə daxil olub, günlük, həftəlik və aylıq bölmələrdən birini seçməklə balansın avtomatik artırılmasını təyin etmək olar.
Muxalifet2 - 26-07-2021
Azərbaycanda daha 272 nəfər koronavirusa yoluxub - 3 NƏFƏR VƏFAT EDİB
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 340715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.
Muxalifet2 - 26-07-2021
ERMƏNİ CASUSLARIN MƏHKƏMƏSİ - "Sülhməramlıların yanından keçib Şuşa istiqamətində irəlilədik" / Yenilənib
Casusluqda ittiham olunan ermənilər ifadə veriblər
Muxalifet2 - 26-07-2021
İranda su etirazları böyüyür, polis nümayişçiləri güllələyir - ŞOK GÖRÜNTÜLƏR
İranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb.
Belə ki, təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.
Muxalifet2 - 27-07-2021
"MÜMKÜN QƏDƏR TƏHLÜKƏSİZ YERLƏR SEÇİN" - DYP hərəkət iştirakçılarına müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Müraciətdə deyilir:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.
Muxalifet2 - 27-07-2021
"ABŞ UKRAYNAYA GÖRƏ RUSİYA İLƏ VURUŞACAQ" - "Burada onların artıq hər şeyi var"
2008-ci ildə Cənubi Osetiyadakı vəziyyətdən fərqli olaraq, bu gün Birləşmiş Ştatlar tərəddüd etmədən Rusiyanın Ukraynaya soxulması qarşılığında ona hərbi kömək edəcək.
Belə bəyanatla iyulun 25-də «Ukrayna 24» telekanalının efirindən Gürcüstanın eks-prezidenti, hazırda islahatlar üzrə Ukrayna Milli İcraiyyə Şurasının başçısı Mixail Saakaşvili çıxış edib.
Muxalifet2 - 27-07-2021
"Pandemiyadan sonra dünya daha təhlükəli olacaq" - AB-nin ali nümayəndəsi
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell pandemiyadan sonra dünyanın daha da təhlükəli olacağı barədə xəbərdarlıq edib.
APA TASS-a istinadən xəbər verir ki, Borrell koronavirusun beynəlxalq arenadakı bütün parametrləri dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra həyat “gərginlik və münaqişələr üzündən daha gərgin, daha təhlükəli” olacaq.
“Bir pandemiyanı yaşayırıq, ancaq yeniləri də ola bilər”, - AB diplomatiyasının rəhbəri belə deyib.
Muxalifet2 - 27-07-2021
Vaxt azdır, yoxsa suallar düzgün tərtib olunmayıb? - MİQ İMTAHANINDAN NARAZILIQ
Vaxt azdır, yoxsa suallar düzgün tərtib olunmayıb?
Muxalifet2 - 26-07-2021
“Görünür, Allahşükür Paşazadədənin beynindən qucaqda olmaq keçir...” – SƏRDAR CƏLALOĞLUDAN SENSASİON MÜSAHİBƏ
“Moskva Allahşükürə təklif edib ki, hökuməti sən götür, Azərbaycan dövlətinə sən başçılıq et”
Muxalifet4 - 27-07-2021
İran indi də Arazın şimal sahillərinə iddia edir? - "Xüdafərin" qalmaqalı yenidən "xortladılır"
“Azərbaycan Xüdafərin bəndinin inşasına görə İrana borcludur”.
Ovqat.com xəbər verir ki, bu iddianı İran parlamentinin iclasında Şərqi Azərbaycan əyalətinin Xüdafərin və Kəleybər bölgələrinin nümayəndəsi millət vəkili Hüseyn Xatəmi qaldırıb.
O, ölkənin Xarici İşlər və Enerji Nazirliklərinə narazılığını bildirərək, borcun miqdarını və onun alınması mexanizmlərinin müəyyənləşdirilməsini tələb edib.
Muxalifet4 - 27-07-2021