Oqtay Gülalıyevin səhhəti ilə bağlı açıqlama - MÜAYİNƏ DAVAM ETDİRİLİR

Avqustun 5-i M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təcili yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinin ağır olduğu bildirilir.
"Təzyiqi qalxıb düşür, bədən temperaturu yüksəkdir, biz onu itirə bilərik",- xəstənin həyat yoldaşı Firuzə Gülalıyeva vurğulayıb.
Amma O.Gülalıyevin yaxınlarının daha sonra verdiyi məlumatda bildirilir ki, hüquq müdafiəçisi Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Kompleksinə, oradan da Bakıdakı Ege Hospitala aparılıb: "Həmin özəl hospitalda bu gün, avqustun 6-da Oqtay Gülalıyevin başının MRT-si çəkilib və baş beyində hər hansı yeni pozuntu aşkar edilməyib. Həkimlər onun vəziyyətinin pisləşməsinin qastrostomiya borusunun düşməsi nəticəsində qarın boşluğunda yaranan problemlərlə əlaqədar olduğu barədə nəticəyə gəliblər. Onun müayinəsi davam etdirilir".