Haiti prezidentinə hücum edən hərbçiləri ABŞ hazırlayıb - AMERİKADAN ETİRAF

Baxış sayı:
404

Haiti prezidenti Jovenel Moizin qətlində iştirak edən Kolumbiyalı hərbçılərin bir hissəsi daha əvvəl ABŞ silahlı qüvvələri tərəfindən hazırlanıblar. TASS xəbər verir ki, bunu ABŞ-ın Müdafiə nazirliyi təsdiqləyib.

"Xarici hərbi təlimlərə dair məlumat bazalarımızın araşdırılması göstərir ki, mövcud istintaq çərçivəsində saxlanılan bir neçə Kolumbiya vətəndaşı ölkələrinin Silahlı Qüvvələrində həqiqi xidmətdə olarkən ABŞ-ın təlim proqramlarında iştirak ediblər. Hazırda ABŞ Müdafiə nazirliyi araşdırmaları davam etdirir ", - Pentaqonun rəsmi nümayəndəsi polkovnik Ken Hoffman deyib.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.