AVRO-2020-də sensasiya: İsveçrə dünya çempionlarını turnirdən kənarlaşdırdı

Baxış sayı:
45622

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 1/8 final mərhələsinin digər oyununda son dünya çempionu Fransa İsveçrəyə qarşı oynayıb.

Komandalar meydana eyni taktiki düzülüşlə çıxıb.

Fransa (3-4-1-2): Lyoris (kapitan), Kimpembe, Lanqle, Varan, Rabyo, Kante, Poqba, Pavar, Qrizmann, Mbappe, Benzema

İsveçrə (3-4-1-2): Zomer, Rodriqes, Akanji, Elvedi, Suber, Caka (kapitan), Froyler, Vidmar, Şakiri, Embolo, Seferoviç

İsveçrə millisi gözlənilmədən hesabı açıb. 15-ci dəqiqədə boşnak əsilli Haris Seferoviç baş zərbəsi ilə qol vurub. 

İkinci hissədə dramatik anlar baş verib. Əvvəlcə İsveçrə millisindən Rikardo Rodriqes 55-ci dəqiqə penaltidən qol vura bilməyib. Daha sonra Karim Benzema 57 və 59-cu dəqiqələrdə iki qol vuraraq hesabda önə keçib – 2:1. 

Fransanın üçüncü qolunu Pol Poqba 75-ci dəqiqədə vurub -3:1.

Ancaq İsveçrə son dəqiqələrdə fərqi azaldıb. Əvvəlcə Haris Seferoviç 81-ci dəqiqədə dubl etdi.

İsveçrə millisi Xorvatiya – İspaniya oyunundakı ssenarini təkrarladı. Mario Qavranoviç 90-cı dəqiqədə qol vuraraq hesabı 3:3 etdi. 

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynasa da hesab dəyişmədi.

Penaltilər seriyasında isə İsveçrə 5:4 qalib gəldi. Turnirdə qol vura bilməyən, özünü heç cür göstərə bilməyən Kilian Mbappenin zərbəsini Yan Zomer zərərsizləşdirdi. Bununla da İsveçrə son dünya çempionlarına 1:3 uduzduğu matçda qalib gələrək sensasiyaya imza atdı və 1/4 finalda İspaniyaya rəqib oldu.