Axtarış
The search found 105735 results in 0.055 seconds.
Search results
Ukraynadan Rusiyaya "Bayraktar" xəbərdarlığı - FOTO
Kiyev Türkiyədən PUA-lar alıb ki, Rusiya Ukraynaya qarşı hər hansı hücum planlaşdırmazdan əvvəl iki dəfə düşünsün".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində deyib.
Kuleba ölkəsinin özünümüdafiə məqsədilə silah aldığını söyləyib.
Muxalifet2 - 21-06-2021
PAŞİNYAN XARİCDƏN İLK TƏBRİKİ ALDI - Bakının axtardığı Ara Abramyan isə Ermənistanı daha betər böhran gözlədiyini dedi
Rusiya Erməniləri İttifaqının prezidenti, bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Qarabağa qanunsuz silah təchizatını təşkil etdiyi üçün barəsində cinayət işi qaldırılan və beynəlxalq axtarışa verilən milyarder Ara Abrayan Ermənistanı bu seçkilərdən sonra “daha böyük böhranın gözlədiyi” haqda xəbərdarlıq edib.
Ara Abramyan növbədənkənar seçkilərin “ola bilsin seçki məntəqələrinə gələn insanların iradəsini qeydə aldığını” etiraf edib, amma nəticələrin erməni cəmiyyətinin əhvalını və istəklərini ifadə etmədiyini bildirib.
Muxalifet2 - 21-06-2021
“Yaxın zamanda Azərbaycanla bir çox anlaşma imzalayacağıq” - ƏRDOĞANDAN NÖVBƏTİ AÇIQLAMA
Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib.
“TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.
İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Muxalifet4 - 21-06-2021
Lukaşenkonun ailəsinə də sanksiya tətbiq edilir – Nazirlər, deputatlar, prokurorlar “qara siyahıda” /YENİLƏNİB
Aİ Belarusun 78 fiziki və 8 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirərək 78 fiziki və 8 hüquqi şəxsi “qara siyahı”ya əlavə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün Brüsseldə yayılan açıqlamasında deyilir.
Bildirilir ki, bu qərar Belarusda insan haqları ilə bağlı ciddi pozuntuların artması ilə əlaqədar qəbul edilib.
Muxalifet4 - 21-06-2021
Hələlik heç bir COVID-19 peyvəndi uşaqlarda istifadə üçün təsdiqlənməyib - ÜST-DƏN AÇIQLAMA
""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib. Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:
Muxalifet4 - 22-06-2021
“Ermənistan Qərb xəttini götürsə, ilk yaxınlaşacağı ölkə Türkiyə olacaq" - ZƏRDÜŞT ƏLİZADƏ
Ermənistanda keçirilən növbədənkənar seçkinin rəsmi nəticələri elan olundu. Rəsmi məlumata əsasən, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə 53,92 faiz, Robert Koçaryanın “Ermənistan” bloku 21,04 faiz, Serj Sarqsyanın və Artur Vanetsyanın “Şərəfim var” bloku isə 5,23 faiz səs toplayıb.
Beləcə, Azərbaycanda da maraqla izlənilən bu seçkinin nəticəsində Paşinyan öz hakimiyyətini qoruyub saxladı.
Muxalifet2 - 22-06-2021
Paşinyanın qələbəsi Azərbaycan üçün nə deməkdir? - TƏHLİL
Ermənilər “Qarabağ klanına”, həm də Rusiyaya “yox” dedilər
Böyük Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçil İkinci Dünya Müharibəsində müttəfiqlərlə birgə faşizm üzərində qələbə çalsa da, müharibə bitdikdən bir neçə gün sonra ölkəsində keçirilən parlament seçkisində rəqibinə məğlub oldu.
Muxalifet2 - 22-06-2021
BU TARİXDƏN İŞ YERLƏRİNDƏ COVID-19 PASPORTU TƏLƏB OLUNACAQ - Qərar
Nazirlər Kabinetinin bugünkü qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.
Avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək.
Avqustun 1-dən isə COVID-19 pasportu tələb olunacaq.
Muxalifet2 - 22-06-2021
"Sən binaların o vəziyyətdə tikilməsinə necə icazə verəsən?" - Deputatdan ittihamlar
"Bakı şəhəri günü-gündən gözəlləşir. Bakı mədəniyyət şəhəri olaraq diqqəti cəlb edir. Gələn turistlər də bunu deyir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, amma Bakıda həm də ciddi problemlər var: “Dünən Yeni Yasamalda yanğın baş verdi. Yanğınsöndürənlər yanğın olan binaya gedə bilmədi. Bir ölkənin mədəniyyəti təkcə tikilən binaların fasadları ilə bilinmir, həm də orda olan insanların yaşayış səviyyəsindən ölçülür. Bunların hamısı nəticədə vətəndaşın fəlakəti ilə nəticələnir.
Muxalifet2 - 22-06-2021
Xankəndində ara qarışdı, Paşinyana açıq dəstək verən Araiki qovmaq istəyirlər - HAMINI MİTİNQƏ ÇAĞIRIB...
Ermənistanda Nikol Paşinyanın partiyasının böyük fərqlə seçkilərdə qalib gəlməsindən sonra Qarabağın dağlıq hissəsinin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsində vəziyyət qəfil gərginləşib. Belə ki, dünən ermənilər Xankəndinin mərkəzinə toplaşaraq özünü hələ də hansısa “respublikanın” prezidenti adlandıran Araik Arutyunyanın istefasını tələb ediblər.
Muxalifet2 - 22-06-2021
Adamlara çip yerləşdirmək söhbətləri təsdiqləndi - PUTİN MƏXFİ PROQRAM BAŞLADIB...
Rusiyanın elm və təhsil Nazirliyi insanların beyninə çip yerləşdirilməsini də nəzərdə tutan proqram üzərində işləyir.
Bu məxfi proqram haqda “Kommersant” qəzeti məlumat əldə edib.
Muxalifet2 - 22-06-2021
Azərbaycanda toy və nişanlara icazə verildi - BİR SIRA QADAĞALAR DA ARADAN QALDIRILDI
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda deyilir ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
Muxalifet2 - 22-06-2021
Qalmaqallı rektor vəzifəsindən azad edildi - PREZİDENTİN SƏRƏNCAMI
Prezident İlham Əliyev Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı prezident.az məlumat yayıb.
Muxalifet2 - 22-06-2021
Ermənistanın Kəlbəcər istiqamətindəki ərazilərinə Rusiya hərbçiləri yerləşdiriləcək - QUBERNATOR AÇIQLAYIB, BAŞ QƏRARGAH RƏİSİ TƏSDİQLƏYİB...
Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə, Ermənistan ərazisinə rusiyalı hərbçilər yerləşdiriləcək. Erməni mənbələri xəbər verir ki, bu məsələ Rusiya müdafiə naziri Sergey Şoyqu ilə onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında son həftələr ərzində keçirilən danışıqlarda müzakirə olunur.
Muxalifet2 - 22-06-2021
Keçmiş nazirin şirkəti yarım milyonluq TENDER UDDU
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb.
HİT.Az xəbər verir ki, qalib şirkət “İmprotex Trucks and Buses” MMC-dir. Xəzər MKTB ilə şirkət arasında imzalanan müqavilənin maliyyə dəyəri 457 151.35 AZN-dir.
Muxalifet2 - 22-06-2021
“Dronlar Rusiya istehsalı olan 175-dək hərbi avadanlığı məhv edib” - “Foreign Policy”
“Foreign Policy” dərgisində 2-ci Qarabağ müharibəsinin dünyanın digər münaqişəli bölgələri üçün dərslərini təhlil edilib.
Məqalədə qeyd olunur ki, Türkiyə Azərbaycana F-16 qırıcılarını müvəqqəti istifadəyə verib, Ermənistan ordusuna qarşı dronlar işə salınıb.
Muxalifet2 - 22-06-2021
ŞUŞA ƏMƏLİYYATINDAN ƏVVƏL ERMƏNİ BUNKERİNDƏ NƏDƏN DANIŞILIB? - VİDEO
Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən az əvvəl erməni işğalçılarının bunkerdə müdafiə planları qurmasının görüntüləri yayılıb.
Kadrlarda onlar Şuşa ətrafının minalandığını etiraf edir, Şuşanın azad olunacağı təqdirdə Qarabağla sağollaşıb, İrəvana getməli olduqların qeyd edirlər.
Kadrlar 5 noyabr 2020-ci ildə lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 22-06-2021
“Ara Ayvazyan mina xəritələrini Azərbaycana verməyə mane olurdu...” - TƏHLÜKƏSİZLİK ŞURASININ KATİBİ KEÇMİŞ NAZİRİ İTTİHAM ETDİ
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməyə əngəl yaratdığını açıqlayıb. Qriqoryan bu haqda “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Onun sözlərinə görə, Ara Ayvazyan Azərbaycana mina xəritələrinin verilməsinə və əvəzində erməni hərbçilərinin qaytarılmasına əngəl yaradırdı.
Muxalifet2 - 22-06-2021
"Azərbaycanın minalanmış əraziləri problemi erməni əsirlərindən daha vacibdir" - AVROPA ŞURASININ BAŞ KATİBİ
Avropa Şurası Parlament Assambleyasının yay plenar sessiyasının bu gün keçirilən iclasında Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Assambleyanın üzvlərinin suallarını cavablandırıb. Digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında postmüharibə barışığı probleminə də toxunulub.
Münaqişə tərəflərinin - iki ölkənin nümayəndə heyətlərinin üzvləri- tərəfindən iki sual verilib.
Muxalifet2 - 23-06-2021
XANKƏNDİDƏKİ ERMƏNİLƏR NİYƏ ETİRAZ EDİRLƏR? - "Kənd üsyanı" / VİDEO
Artıq bir neçə gündür ki, Xankəndidəki ermənilər oyuncaq prezident Araik Aratunyana qarşı etiraz edirlər.
Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti videomaterialda məlumat verilir.
“Etirazların məhz indi baş verməsi heç də təsadüfi deyil. Belə ki, Ermənistanda keçirilən parlament seçkilərində başda Robert Köçəryan olmaqla Qarabağ klanının məğlub olduğu aydınlaşan kimi narazı ermənilər şəhərin mərkəzinə axışdılar. Bəs görəsən bu etirazların arxasında kim dayanır?”, - deyə süjetdə sual olunur.
Muxalifet2 - 23-06-2021