ABİD ŞƏRİFOVUN SƏHHƏTİ AĞIRLAŞIB - “Hazırda vəziyyətim pisdir"

Baxış sayı:
779

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti ağırlaşıb.  Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda səhhətində başqa problemlərin də olduğu ortaya çıxıb.

Bu barədə manset.az-a danışan Abid Şərifov səhhətində ciddi problemlərin olmasına baxmayaraq, virusa görə xəstəxanadan qalmaqdan imtina etdiyini, evdə müalicələrini davam etdirdiyini bildirib: “Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram.Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz...”