Saxlanılan biznesmenin maşınından iki meyit çıxdı - FOTO/VİDEO

Baxış sayı:
3781

Rusiyanın Tula vilayətində maşınında iki meyit olan biznesmen saxlanılıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, yol polisləri  gecə yarısı “Ford” markalı avtomobili saxlayıblar. Onun arxa oturacağında isə iki cəsəd aşkarlanıb. Sükan arxasında yerli sahibkar, “Lesoproduksiya” MMC-nin rəhbəri, sərnişin oturacağında isə 23 yaşlı oğlu olub. Onlar 60 və 38 yaşlarında olan işsiz ata-balanı daşıyırdılar.

Andreyevin sözlərinə görə, oğurluq halları artdığı üçün həmin gecə Belikovo kəndində anqarı özü mühafizə edirmiş. Orada dəyərli meşə ticarət məhsulları olub.

İddiauya görə o, gecə yarısı sahibkar anbara girən naməlum şəxs görüb. Sahibkar ehtimal olunan qarətçini əlinə keçən ağacla vurub, nəticədə anbara girən şəxs huşunu itirib. Həmin vaxt biznesmen daha bir nəfəri görüb, onu da taxta ilə vurub. Andreyev çağırılmamış qonaqların əl-qolunu bağlayanda onların ölmüş olduğunu görüb. Qorxudan oğluna zəng edib və cəsədlərdən qurtulmaq üçün kömək istəyib.

Onlar meyitləri maşına yükləyəyərək, polis məntəqəsinə yollanırmışlar.

Amma biznesmenin oğlunun sözlərinə görə, o, cəsədləri maşın saxlanandan sonra görüb.

İstintaq müəyyən edib ki, kişilərin ölüm müddəti danışılanlarla uyğun gəlmir. Ata və oğul bir sutkadan əvvəl öldürülüb, hadisənin baş verdiyi deyilən yerdə qan izinə rast gəlinməyib.

Qurbanlar iyunun 22-dən evdə olmayıblar, onların maşınları isə Andreyein anbarının yanında yanmış halda tapılıb.