Axtarış
The search found 105735 results in 0.091 seconds.
Search results
Saakaşvili: "İlham Əliyevdən təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etmişdim..." SENSASİON FAKT / VİDEO
Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" siyasi tok-şousunun iştirakçısı olan Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təyyarədə baş tutan söhbətini xatırladıb.
Muxalifet2 - 19-06-2021
İranda prezident seçkilərində səsvermənin müddəti uzadıldı - SAAT 2-DƏK
İranda 13-cü çağırış prezident seçkilərində səsvermənin müddəti yerli vaxtla gecə saat 02:00-dək uzadılıb. Bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumata görə, İranın Koronavirusla Mübarizə Milli Komitəsinin icazəsi ilə səsvermə qeyd olunan saata qədər davam edəcək. Son saatlarda İranda səsvermədə aktivlik müşahidə olunduğuna görə, belə bir qərar verilib.
Muxalifet2 - 19-06-2021
Ronaldu instaqramda da rekorda imza atdı
Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu ilk dəfə olaraq instaqramda 300 milyon abunəçi toplayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
İdman dünyasında Ronaldunun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. "Barselona"nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.
Muxalifet2 - 19-06-2021
Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi
Almaniya vaksinasiyadan tam keçmiş və Avropa İttifaqı dövlətlərinin vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə icazə verəcək.
Bu barədə “Dpa-international” agentliyi məlumat yayıb.
Almaniyaya səfər icazəsi səyahətin məqsədindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil ediləcək.
Hal-hazırda Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları yalnız xüsusi hallarda Almaniya Federativ Respublikasının ərazisinə daxil ola bilərlər.
Muxalifet2 - 19-06-2021
“Heç kimin siyasi sifarişini yerinə yetirməyin” – Erməni general polisi itaətsizliyə çağırdı
“Heç kimin qanunsuz əmrini, yaxud siyasi sifarişini yerinə yetirməyə borclu deyilsiniz. Əgər sizə verilən əmrin qanunsuz olmasından şübhələnirsinizsə, utanmadan əmrin yazılı formasını tələb edin. Bu, sizin hüququnuzdur.”
Muxalifet2 - 19-06-2021
İRANIN AZƏRBAYCAN SİYASƏTİ DƏYİŞƏCƏKMİ? – “Buna başqaları qərar verir...”
İranda sürpriz baş vermədi, gözlənildiyi kimi Prezident seçkilərində mühafizəkar namizəd İbrahim Rəisi qələbə çaldı. Seçki qurumunun yaydığı məlumata görə, seçicilərin 48 faizi səsverməyə qatılıb. Etibarlı hesab edilən 28.6 milyon səslərin 17.6 milyonu qalib namizədə verilib.
Muxalifet2 - 19-06-2021
Həsən Ruhani İranın yeni prezidentini təbrik etdi
İran prezidenti Həsən Ruhani məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
TASS xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Ruhani Rəisinin ofisinə gedərək onu təbrik edib", - məlumatda deyilir.
Bundan başqa, iki siyasətçinin birgə şəkli də dərc olunub.
Muxalifet2 - 19-06-2021
Ermənistanda Paşinyana 54 faizlik “polad mandat” verdilər - KÖÇƏRYAN HƏLƏ NƏTİCƏLƏRLƏ BARIŞMAQ İSTƏMİR / YENİLƏNİB
Bu saata olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını başa çatdırıb. Və son rəqəmlərə görə Nikol Paşinyanın “Vətəndaş ittifaqı” partiyası 53.92 faiz səslə qalibdir, eks-prezident Robert Köçəryanın “Ermənistan” bloku 21 faiz səs yığıb. Üçüncü yerdə “Şərəfim var” (Serj-Sərkisyan-Artur Vanetsyan) bloku gəlir-5.23 faiz, lakin bu rəqəm bloka parlamentdə təmsil olunmaq imkanı vermir. Çünki bloklar üçün seçki baryeri 7 faizdir.
Muxalifet2 - 21-06-2021
YENİ PARLAMENTDƏ 3 SİYASİ QÜVVƏ OLACAQ? - “Koçaryana əlavə 2 mandat veriləcək”
Ermənistandakı seçkinin son rəsmi nəticələrinin hələ bir həftədən sonra açıqlanacağı gözlənilsə də, yeni parlamentdə hansı siyasi qüvvələrin və hansı sayda təmsil olunacağına dair məlumatlar yayılmaqdadır.
Muxalifet2 - 21-06-2021
“Ən azı 71 deputatımız olacaq” - PAŞİNYAN TƏKBAŞINA HÖKUMƏT QURACAQ
Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinə görə 54 faizə yaxın səs toplayan Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğuna malik olacaq.
Bu barədə özünün “Facebook” səhifəsində paylaşım edən Paşinyan ən azı 71 deputat yerinə sahib olacaqlarını deyib: “MSK tərəfindən yayımlanan ilkin nəticələrə görə, "Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər) və mənim rəhbərliyim altında hökumət quracaq".
Muxalifet2 - 21-06-2021
“Erməni xalqı Putin mifini yerə vurdu” - QULU MƏHƏRRƏMLİ
“Parlament seçkisində güclü əzm və iradə göstərən Nikol Paşinyanın qalib gəlməsi və Robert Koçaryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi”.
Bunları siyasi şərhçi Qulu Məhərrəmli Ermənistanda parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.
Muxalifet2 - 21-06-2021
İcra başçısı təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi - ŞİKAYƏT, FOTO
Məlum olduğu kimi, Bakının bir çox ərazilərində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar bir sıra tikililər sökülüb. Prezidentin fərmanına əsasən mülk sahiblərinə qanuni təzminat ödənilib. Lakin bəzi mülk sahibləri və iş adamları hələ də təzminat ala bilmədiklərini iddia edirlər.
Muxalifet2 - 21-06-2021
Avropa Belarusa əlavə sanksiyalara hazırlaşır... - MÜZAKİRƏLƏR GEDİR
Almaniyanın Xarici işlər naziri Heyko Maas Belarusa irimiqyaslı iqtisadi sanksiyalara çağırıb. Bu çağırış Avropa Birliyi Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkaya qarşı cəza tədbirlərini müzakirə edəcəyi toplantı öncəsi səslənib. “Məncə, Belarusa əlavə sanksiyalar qaçılmazdır”, – Maas iyunun 21-də “Die Welt” qəzetinə müsahibəsində deyib.
Muxalifet2 - 21-06-2021
Polkovnik-leytenant İlqar Hacıyev: “Ermənilərin verdiyi mina xəritələri 20-30 faiz doğrudur...”
Azərbaycan Müdafiə Nazirliyinin mühəndis işləri şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Hacıyev ATV kanalına müsahibəsində deyib ki, Ermənistan tərəfinin Ağdamın minalanmış əraziləri barədə təqdim etdiyi xəritələr həqiqətə uyğun gəlmir. Onun sözlərinə görə, xəritələrin bir hissəsi 50 faiz doğrudur, digəri isə 20-30 faiz uyğun gəlir.
Muxalifet2 - 20-06-2021
ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu... - VƏ BUNA ZAXAROVANIN CAVABI OLUB
Vaşinqton, Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar olaraq Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır. Bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jeyk Sullivan bu gün CNN telekanalına verdiyi müsahibədə bildirib. Co Baydenin köməkçisi deyib ki, birincisi, izləyicilərinizin Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etdiyimizi başa düşməsi vacibdir və bununla bağlı tətbiq olunacaq başqa bir sanksiya paketi hazırlayırıq:
Muxalifet2 - 20-06-2021
KREMLDƏN İLK REAKSİYA GƏLDİ - “Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıb...”
Ermənistanda dünən keçirilən parlament seçkilərinin nəticələri keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və Paşinyanın uduzmasını arzu edən digərləri üçün o qədər gözlənilməz olub ki, onlar hələ də səslərini çıxarmırlar. Görünür baş verənlərə izah tapa və məğlubiyyəti əsaslandıracaq arqumentlər formalaşdıra bilmirlər.
Muxalifet2 - 21-06-2021
Rusiya sülhməramlılarına Qarabağda daha bir şəhərcik tikildi
Qarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Xankəndidə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb vahidinin blok-modul şəhərciyi tikilib. Düşərgəyə yaşayış və inzibati, sanitariya-epidemioloji və xəstəxana şöbələri, əməliyyat bölməsi, ambulatoriya və təcridxana daxil olmaqla, yüz yetmiş iki modul daxildir.
Muxalifet2 - 21-06-2021
“Nar” “Breyn Rinq” yarışının çempionu oldu
“Breyn Rinq” yarışının 17-ci mövsümündə 16 komanda arasında gedən gərgin mübarizə nəticəsində “Nar” komandası mövsümün çempionu olub. Final oyunda mobil operatorun dəstək olduğu “Nar” komandası “Kapital Bank” komandası ilə mübarizədə qalib gəlib.
Muxalifet2 - 21-06-2021
AZƏRBAYCANDA DƏHŞƏTLİ İSTİLƏR GÖZLƏNİLİR - Bu həftə temperatur 44 dərəcəyə çatacaq
"Bu həftə ərzində ölkə ərazisinə cənub-şərqdən quru və qızmar hava axınlarının daxil olacağı gözlənilir. Nəticədə günəşli və anomal isti hava şəraitini təyin edən azhərəkətli hava kütləsi bərqərar olacaq".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Muxalifet2 - 21-06-2021
“Nizami Gəncəvi İli”ndə dahi şairə qarşı hörmətsizlik – GƏNCƏDƏ NİZAMİ GƏNCƏVİNİN BÜSTÜ ÖNÜNƏ ZİBİL YEŞİKLƏRİ QOYULDU / Foto
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Eyni zamanda, bu il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Lakin, buna baxmayaraq, dahi Azərbaycan şairi və mütəfəkkirinə qarşı edilən hörmətsizlik təəssüf doğurur.
Belə ki, Gəncə sakinlərinin redaksiyamıza göndərdikləri şəkillərdən aydın olur ki, şəhərin dahi şairini adını daşıyan prospektində Nizami Gəncəvinin büstünün qarşısına zibil yeşikləri qoyulub.
Muxalifet2 - 21-06-2021