ABŞ Əfqanıstanda "Taliban"ın mövqelərinə PUA-larla zərbələr endirdi - ÇOX SAYDA SİLAHLI MƏHV EDİLİB
26-06-2021 08:04
Baxış sayı:
750

ABŞ Silahlı Qüvvələri Əfqanıstanın şimalındakı "Taliban" hərəkatının mövqelərinə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum edib.
Bu barədə "Fox News" televiziya kanalı Pentaqonun nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, hücum nəticəsində Bağlan və Kunduz vilayətlərində çox sayda silahlı məhv edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib.