Axtarış

The search found 105735 results in 0.034 seconds.

Search results

  1. DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

    İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

    DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

    Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

    Muxalifet2 - 17-06-2021

  2. 44 günlük müharibədə dostlaşdı, qayıdıb gördü ki, Şuşada polis rəisidir... TV100 KANALININ REPORTYORU YAZIR,+FOTO

    Türkiyənin TV100 kanalının reportyoru, ötən ilin payızında 44 günlük Qarabağ müharibəsi zamanı Azərbaycandan operativ reportajlar yayan Burak Ersemiz həmin günlərdə Goranboyda dostlaşdığı polis zabiti ilə prezident Rəcəb Tayyib Ərdoğanı Şuşaya səfərdə müşaiyət edərkən yenidən görüşüb. Məlum olub ki, reportyorun dostlaşdığı polis zabiti indi Şuşanın polis rəisidir.

    Muxalifet2 - 17-06-2021

  3. Direktorun katibənin maaşını mənimsəməsi ilə bağlı cinayət işi açıldı

    Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, Mehman Quliyevin qeyd edilən məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə katibə işləyən Jalə Quliyevanın əmək fəaliyyətini həyata keçirmədiyi halda adına olan əməkhaqqı kartına 2019-cu il sentyabr ayından 2021-ci ilin mart ayına kimi köçürülən 6 min manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Muxalifet2 - 17-06-2021

  4. Baydenin oğlu irqi ayrı-seçkilikdə şübhəli bilinib - FOTO

    ABŞ Prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Kerolayn ilə yazışmalarda asiyalılar barədə alçaldıcı fikirlər səsləndirib.

    Bu barədə “Daily Mail” xəbər verib.

    Bildirilir ki, yazışmalar Hanter Baydenin noutbukunda tapılıb. ABŞ prezidentinin oğlu əmisi qızından onun üçün zəngin model dostlarından biri ilə görüş təşkil etməsini istəyib. Bundan sonra Kerolayn əmisi oğlunun amerikalı, yoxsa əcnəbi ilə danışmaq istədiyini soruşub.

    “Assimilyasiya olunmuş əcnəbi gedər. Sarı qətiyyən olmaz”, - deyə Hanter cavab verib.

    Muxalifet2 - 17-06-2021

  5. Köçəryan Paşinyanın çəkicinə oraqla cavab verəcək - “ƏVVƏL GÖRƏNDƏ QORXDUM...”

    Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezidenti Robert Köçəryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib. Həmin şəxs bildirib ki, oraq və çəkic haqda hamıya məlumdur. Çəkic korlamaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir.

     “Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”,-vardenisli kəndli Robikə bildirib.

    Muxalifet2 - 17-06-2021

  6. Bakıda qanlı insident - QARDAŞ BACISINA ÜÇ BIÇAQ ZƏRBƏSİ VURDU

    Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

    1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

    Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Muxalifet2 - 17-06-2021

  7. “Bayden peşəkardır və heç nəyi nəzərdən qaçırmır” - PUTİN

    ABŞ Prezidenti Co Baydenin mətbuat tərəfindən canlandırılan obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

    “Həm bizim, həm də hətta ABŞ mətbuatı tərəfindən canlandırılan prezident Bayden obrazının həqiqətlə heç bir əlaqəsi yoxdur. Prezident Bayden gümrah görünür. Biz onunla iki saat, bəlkə bir az da çox göz-gözə danışdıq. O, vaxtaşırı qeydlərinə baxırdı. Biz hamımız belə edirik”, - Putin vurğulayıb.

    Muxalifet2 - 17-06-2021

  8. KƏLBƏCƏRDƏ FACİƏLİ HADİSƏ - Azərbaycan Ordusunun zabiti suda boğuldu

    Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlu bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

    Muxalifet.az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet2 - 17-06-2021

  9. Laçında yol qəzasında şəhid olan zabit dəfn edilib - FOTOLAR / Yenilənib

    Dövlət Sərhəd Xidmətinin zabiti Elməddin Nəsibov dəfn olunub. Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

    Şəhid Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

    ***

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası zamanı şəhid olan baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun nəşi Tovuz rayonuna gətirilərək ailəsinə təhvil verilib.

    Muxalifet2 - 17-06-2021

  10. "Anlaqsız olmasını səbəb gətirməsi..." - ELMAR VƏLİYEVLƏ BAĞLI YENİ İDDİALAR...

    "Elmar Vəliyev 4 ildir ki, başçı deyil, amma hələ də onun Gəncə və ətrafındakı səfalı, gözəgəlimli yerlərdə villaları, imarətləri, hotel və restoranları haqda mətbuat yazır. Bu məsələlər araşdırılmalıdır”

    Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir. Prosesdə mayın 27-dən bu yana fasilə yaranıb. Buna səbəb isə təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmovun vəsatəti olmuşdu.

    Muxalifet2 - 18-06-2021

  11. Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir - BAYDEN-PUTİN SAMMİTİNİN ARDINCA...

    İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir” . Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün fəaliyyət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır. Belə plan Ukraynanın NATO üzvlüyünün bir addımlığına gəlib çatması demək olardı.

    Muxalifet2 - 18-06-2021

  12. “Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib, onları da..." - TƏHSİL NAZİRİ

    Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb.

    Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

    Onun sözlərinə görə, bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub.

    Muxalifet2 - 18-06-2021

  13. AZƏRBAYCANDA TÜRKİYƏNİN HƏRBİ BAZASI YARADILA BİLƏR - Ərdoğan bunu istisna etməyib

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyənin hərbi bazasının yaradılması istisna deyil.

    Bu barədə Türkiyə lideri jurnalistlərlə söhbətində bildirib. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

    Muxalifet2 - 18-06-2021

  14. Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı RƏSMİ AÇIQLAMA

    "Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm".

    Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.

    Muxalifet2 - 18-06-2021

  15. İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB

    İranın ali dini lideri Əli Xamenei ölkədəki prezident seçkilərində səs verib və vətəndaşları səsverməyə çağırıb.

    Bu barədə PressTV xəbər yayıb.

    “Ölkə əhalisinin maraqlarına uyğun olduğu üçün əhalini seçkilərə gəlməyə dəvət edirik”, - deyən Xamenei səslərini Tehrandakı İmam Ruhullah Xomeyninin məqbərəsində yerləşən seçki məntəqəsində verib

    Muxalifet2 - 18-06-2021

  16. Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlı həbs edilib - VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Muxalifet2 - 18-06-2021

  17. Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-saytın hazırlanması işləri davam etdirilir. 3 aydan artıq davam edən hazırlıq müddətində 3000-dən çox söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, şəkilləri və videoları sayta yerləşdirilib.

    Muxalifet2 - 18-06-2021

  18. “RUSİYA MƏĞLUB OLMAĞIMIZ ÜÇÜN BİZƏ SİLAH ÖTÜRMƏDİ...” – "18 “TOR” göndərməliydi, cəmi 6-sını göndərdi"

    “Müharibənin dayanması Paşinyandan asılı deyildi...“Danışıqlarda Azərbaycan tərəfi bəyan edirdi ki, Şuşaya qədər getməlidir”

    Ermənistanda seçki öncəsi siaysi qüvvələr bir-birilərinə qarşı bütün kartlarını açmağa başlayıblar. Artıq təkcə siyasi partiya və bloklar deyil, onların arxasında duran xarici ölkələr də hədəfə götürülür.

    Muxalifet2 - 18-06-2021

  19. “The Independent” Şuşa Bəyannaməsi barədə məqalə yaydı - FOTO

    Böyük Britaniyanın “The Independent” onlayn qəzeti Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi barədə məqalə yayıb. “Türkiyə və Azərbaycan liderləri işğaldan azad olunmuş ərazilərdə danışıqlar aparırlar” sərlövhəli məqalədə Türkiyə Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərindən, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imzaladıqları Bəyannamədən bəhs olunur.

    Muxalifet2 - 18-06-2021

  20. "Qarabağı müharibədə itirdik, seçkilərdən sonra isə Ermənistanı itirəcəyik" - LEVON TER-PETROSYANDAN İDDİA

    "Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, seçkilər nəticəsində Ermənistanı da itirə bilərik".

    Erməni KİV-ləri xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan jurnalistlərlə görüşündə deyib.

    Onun sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilmirsə, yaxşıdır. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.

    Muxalifet2 - 18-06-2021

Pages