Azərbaycan Ermənistana bu erməni əsgərlərini təhvil verdi - PAŞİNYAN FOTO PAYLAŞDI
12-06-2021 21:04
Baxış sayı:
818

Xəbər verdiyimiz kimi, 12 iyun 2021-ci ildə Azərbaycan, Ağdam bölgəsində basdırılmış 97 min tank və piyada əleyhinə minaların qeydə alındığı ərazilərin xəritələrinin müqabilində, tutulmuş 15 ermənini Ermənistana təhvil verib. Mübadilə Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilib.
Muxalifet.az xəbər verir ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan öz Facebook səhifəsində, Ağdam rayonunda minalanmış ərazilərin xəritələrinin müqabilində bir az əvvəl Azərbaycanın Ermənistana təhvil verdiyi ermənilərin şəklini paylaşıb.