Axtarış

The search found 105735 results in 0.136 seconds.

Search results

  1. ​Ərdoğanla Baydenin təkbətək görüşü keçirildi - FOTO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında keçirilən görüş keçirilib.
    Muxalifet.az bildirir ki, görüş 45 dəqiqə çəkib.
    Qeyd edək ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində, qapalı  keçirilib. Görüşdə bir sıra aktual mövzular müzakirə olunub.
    Bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.
    Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.
    Ərdoğan Baydenlə görüşdən sonra mətbuat konfransı keçirib.

    Muxalifet2 - 14-06-2021

  2. Ərdoğanla görüşdən sonra Baydendən ilk AÇIQLAMA

    ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 45 dəqiqə davam edən təkbətək görüşündən sonra ilk açıqlama verib.

    Muxalifet.az xəbər verir ki, o, Brüsseldə gerçəkləşən vacib görüşü dəyərləndirib.

    Muxalifet2 - 14-06-2021

  3. "Son dərəcə yararlı və səmimi bir görüş idi" - ƏRDOĞAN BAYDENLƏ GÖRÜŞ HAQDA / Video, Yenilənib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb. APA-nın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

    Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

    Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başqanı Jozef Baydenlə görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Muxalifet2 - 14-06-2021

  4. Ərdoğan Brüsseldən Azərbaycana səfər edəcəyini AÇIQLADI

    “Buradan yolumuz Azərbaycanadır”.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransı yekunlaşdıqda Azərbaycana rəsmi səfər edəcəyini vurğulayıb.

    Muxalifet2 - 14-06-2021

  5. “Rusiya çalışır ki, Turan ideyasının reallaşmasına əngəl olsun” - SƏRDAR CƏLALOĞLU

    “Zəngəzur dəhlizinin açılması və Turanın yaranması Rusiyanın strateji maraqlarına ziddir”

    Muxalifet2 - 14-06-2021

  6. İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANI FİZULİDƏ QARŞILADI - VİDEO / Yenilənir

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gecə saatlarında gəldiyi Bakıda bir sıra təmaslardan sonra xanımı Əminə Ərdoğanla və rəsmi nümayəndə heyəti ilə birlikdə Şuşaya yola düşüb. Türkiyə KİV-ləri Ərdoğanı müşaiyət edən heyətdə müdafiə naziri Hulusi Akarın, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fahrettin Altunun, prezidentin sözçüsü İbrahim Kalının, AKP sözçüsü Ömər Çelikin və digər şəxslərin yer aldığını bildirir.

    Muxalifet2 - 15-06-2021

  7. NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni müavin təyin olundu / DOSYE

    Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

    Muxalifet2 - 15-06-2021

  8. "Seçkilərdən sonra qarşıdurma istisna edilmir" - KOÇARYAN PAŞİNYANI HƏDƏLƏDİ

    “Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir".

    Bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “RİA Novosti”yə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması istisna edilmir: “Əlbəttə, bu, arzu edilən variant deyil. Ancaq onu da tamamilə inkar etmək olmaz”.

    Muxalifet2 - 15-06-2021

  9. COVID pasportunun əvəzinə arayış hansı halda verilə bilər? - Prezidentin köməkçisindən açıqlama

    “Bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

    Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.

    Muxalifet2 - 15-06-2021

  10. "Rusiyanın bölgədəki proseslərə təsir rıçaqları azalıb” - QABİL HÜSEYNLİ

    Qabil Hüseynli: “Koçaryan hakimiyyətə gəlsə də belə, onun rusların tapşırığını yerinə yetirmək imkanı olmayacaq”

    “Baş verən hadisə göstərdi ki, Cənubi Qafqaz heç də Rusiyanın “arxa bağçası” deyil”

    Cənubi Qafqazda Rusiyanın II Qarabağ müharibəsindən sonra oynadığı rola alternativ konfiqurasiya ortaya çıxmaqdadır. Belə ki, iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə rəsmi Bakı 15 erməni hərbçisini geri vermək qarşılığında Ağdamın minalanmış ərazilərinin xəritəsini İrəvandan alıb.

    Muxalifet2 - 15-06-2021

  11. “SƏRHƏDLƏR RUSİYA İLƏ BİRLİKDƏ MÜƏYYƏN EDİLƏCƏK...” - Paşinyan Zəngəzurda çıxış edib

    Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Sünik vilayətində (Zəngəzur) özünün seçki kampaniyasına başlayıb. Bu bölgə Paşinyan üçün ona görə kritikdir ki, müharibədən sonra Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi və Zəngəzur dəhlizi kimi tanınan kommunikasiyaların açılmasına dair danışıqlar Ermənistan baş nazirinə seçki ərəfəsində ciddi təzyiqlər yaradıb.

    Muxalifet2 - 15-06-2021

  12. KÖÇƏRYANIN “MÜDDƏTSİZ MANDAT” ARZUSU - “4 il yarımdan sonra Azərbaycan desə ki, sülhməramlıları istəmir, Rusiya oradan çıxmalı olacaq...”

    Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatını müddətsiz etmək lazımdır, indiki halda mandatın beş illik müddətlə məhdudlaşdırılması problem yaradır. Virtualaz.org xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Rossia Today” və “RİA Novosti”-yə müsahibəsində belə deyib.

    Köçəryanın fikrincə, Qarabağda iri toqquşmaların olmaması onu göstərir ki, tərəflər Rusiyanın sülhməramlı missiyasını hörmətlə qarşılayırlar. Və sülhməramlı kontingent elə işləyir ki, özünə hörmət qazanır.

    Muxalifet2 - 15-06-2021

  13. İlham Əliyevlə Ərdoğanın Şuşada təkbətək görüşü keçirilir

    Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir.

    “Report”un xəbərinə görə, görüşdən sonra sənədlərin imzalanma mərasimi keçiriləcək.

    Muxalifet2 - 15-06-2021

  14. İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı - FOTO

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

    Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

    Muxalifet2 - 15-06-2021

  15. Navalnı ölsə nə baş verər? - BAYDEN AÇIQLADI

    Rusiyanın müxalifət lideri Aleksey Navalnı ölərsə, bu, Rusiyanın Birləşmiş Ştatlar və dünyanın qalan hissəsi ilə münasibətlərinə təsir göstərəcək “faciə” olar. Bunu ABŞ Prezidenti Cozef Bayden dünən Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

    İyunun 14-də NATO-nun Brüsseldəki qərargahında mətbuat konfransında Baydendən Navalnının mümkün ölümü haqda soruşublar. O, iyunun 16-da Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşməlidir.

    Muxalifet2 - 15-06-2021

  16. Əliyev Ərdoğanla "Zəngəzur dəhlizi" ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi - CANLI YAYIM

    Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

    Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

    İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış edirlər.

    Muxalifet2 - 15-06-2021

  17. "BU SƏFƏRİN TARİXİ ƏHƏMİYYƏTİ VAR" - Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

    Bu gün həyatımızın tarixində əlamətdar, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşada salamlayırıq. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. 

    Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

    Muxalifet2 - 15-06-2021

  18. “Şuşa bəyannaməsi tarixi Qars müqaviləsinə istinad edir” - İLHAM ƏLİYEV

    Şuşa bəyannaməsi tarixə əsaslanır, burada xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları əksini tapır.

    Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

    Muxalifet2 - 15-06-2021

  19. ŞUŞA BƏYANNAMƏSİNİN DETALLARI AÇIQLANDI - "Üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüzə məruz qalarsa..." / VİDEO

    Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Bəyyanamənin 11 A4 səhifəsi həcminsdə olduğu və çox geniş məsələləri əhatə etdiyi bildirilir.  

    Muxalifet2 - 15-06-2021

  20. Prezident Cıdır Düzündə rəqs edənlərə qoşuldu – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəəcb Tayyip Ərdoğan Qarabağda görüş keçirib.

    Görüş zamanı Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

    Daha sonra rəqs truppaları birgə rəqs etməyə başlayıb. Rəqqasların çıxışına prezident İlham Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov da qoşulub.

    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet2 - 15-06-2021

Pages