Məhkəmə hakimi həyat yoldaşını qəsdən öldürüb - BAŞ PROKURORLUQDAN AÇIQLAMA / Yenilənib

Baxış sayı:
1976

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

** 08:15

Bakıda məhkəmə hakimi arvadını öldürüb. 

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Belə ki, Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.  1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.