Ermənistanın kəşfiyyat qrupu Azərbaycan sərhədini keçib? - RƏSMİ AÇIQLAMA
31-05-2021 10:15
Baxış sayı:
1006

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.
Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.