Axtarış
The search found 105739 results in 0.058 seconds.
Search results
MARADONANIN ÖLDÜRÜLDÜYÜ ÜZƏ ÇIXDI - Komissiya açıqladı
Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.
“AFP” xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.
Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdıırılıb.
Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.
Muxalifet2 - 20-05-2021
Paşinyan Qazaxın 7 kəndinin və Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılması barədə danışdı
Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində olan Sovet Ermənistanının əraziləri var. Bu məsələlər üçtərəfli komissiyanın köməyi ilə həll olunmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müvəqqəti olaraq parlamentdəki çıxışı zamanı bildirib.
Xatırladaq ki, Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndi Ermənistanın nəzarətindədir.
Muxalifet2 - 20-05-2021
Paşinyanın açıqlaması müxalifəti təşvişə saldı - İRƏVANDA ETİRAZ AKSİYASI
Ermənistan müxalifəti hökumət binası qarşısında etiraz aksiyası keçirir. Etirazçılar baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalanacağı barədə açıqlamasından sonra küçələrə axışıblar. Mitinqin təşkilatçıları sözügedən sənədin bütün bəndlərinin dərc olunmasını tələb edirlər.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla müəyyən razılaşmaların əldə edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan razılaşacağı təqdirdə, tərəflər arasında sənəd imzalanacaq.
Muxalifet2 - 20-05-2021
SALEH MƏMMƏDOVUN “TENDER OYUNLARI”NIN DAİMİ QALİBİ... - “ATF” MMC ilə agentlik rəhbərini nə birləşdirir?
Uzun illərdir ki, Azərbaycanda ən korrupsiyalaşmış və ən çox dövlət vəsaitinin mənimsənildiyi sahələrdən biri yol tikintisi hesab edilir. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ölkənin ən imkanlı, varlı məmurlarından sayılır.
Mətbuatda dəfələrlə onun rəhbərlik etdiyi qurumdakı korrupsiya, müxtəlif növ qanun pozuntuları, həmçinin də agentlik sədrinin şəxsi biznesi, varidatı, mal-mülkü barədə məlumatlar dərc edilib...
Muxalifet2 - 21-05-2021
“Əsas razılaşma əldə olundu, qalır xırda məsələlər...” - İRANLA YENİ NÜVƏ SÖVDƏLƏŞMƏSİ
İran prezidenti Həsən Ruhani ötən günkü çıxışında deyib ki, onun ölkəsinin üzərindən ağır sanksiyaların qaldırılmasına yol açmalı olan danışıqlarda mümkün razılaşmanın hüdudları məlum olub.
İran hazırda 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün dünya gücləri ilə danışıqlarda iştirak edir. Vyanada keçirilən danışıqlarda ABŞ-ı çıxmaqla 2015-ci il sazişini imzalamış tərəflər – Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edirlər.ABŞ nümayəndə heyəti də Vyanadadır, lakin Tehran və Vaşinqton aprel ayından bəri vasitəçilərin köməyi ilə dialoq aparırlar.
Muxalifet2 - 21-05-2021
"Greencard Azərbaycan" dələduzluq edir? - "Təsdiq nömrələrini özlərində saxlayıb 800 dollar tələb edirlər..."
"Ölkəmizdə fəaliyyət göstərən "Greencard Azərbaycan" şirkəti hər il on minlərlə insanı öz tələsinə salaraq istismar edir. Belə ki, lotereyada iştirakçı olmaq istəyən şəxslər natamam məlumatlarla aldadılaraq bu şirkətin saytından qeydiyyatdan keçirlər. Şirkət il ərzində insanların şəxsi məlumatlarını toplayıb oktyabr-noyabr aylarında onların yerinə rəsmi saytdan qeydiyyatdan keçir və təsdiq nömrəsini özündə saxlayır.
Muxalifet2 - 21-05-2021
“Naxçıvana çəkiləcək yollardan biri Qaragölün yaxınlığından keçəcək” - Erməni mətbuatı
Son zamanlar Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdə Qaragöl ətrafında baş verənlər xüsusi yer tutur. Bu ərazinin əhəmiyyətilə bağlı Ermənistan mətbuatında müəyyən iddialar səsləndirilir.
Muxalifet2 - 21-05-2021
"Bizim Fələstin xalqına qarşı heç bir pis niyyətimiz yoxdur..." - DORON PEER
Son günlər Qəzza bölgəsində baş verənlər, İsrail-Fələstin münaqişəsinin yenidən hərbi qarşıdurma fazasına keçməsi, nəticədə dinc sakinlərin və xüsusən, uşaqların həlak olması bütün dünyada narahatlıq və həyacan yaradıb.
Belə bir şəraitdə sülh çağırışlarına, təşəbbüslərinə daha çox ehtiyac yaranıb. Vəziyyət dramatik olsa da, münaqişə tərəfləri sülhə hazır olduğunu bəyan edir.
Muxalifet2 - 22-05-2021
“DMANİSİ HADİSƏSİNDƏ ERMƏNİLƏRİN ƏLİ OLA BİLƏR” – “Ciddi istintaq getməli, cinayətkarlar mütləq cəzasını almalıdır”
Son günlərin ən çox müzakirə olunan mövzularından biri Gürcüstanın azərbaycanlılar yaşayan Dmanisi rayonunda baş verdi. Bəllidir ki, Sovetlər Birliyinin süqutundan sonra iki postsovet ölkəsi – Gürcüstanla Azərbaycan arasında möhkəm iqtisadi bağlar mövcuddur. Hər iki ölkə meqaproyektlərdə uzun illərdir birgə əməkdaşlıq edirlər. Amma Qarabağ müharibəsindən sonra Azərbaycanı gözü götürməyən qüvvələr iki ölkə arasındakı münasibətləri korlamaq üçün əllərindən gələni edirlər. Belə demək olarsa, ilk qığılcıma Dmanisi rayonundan start verildi.
Muxalifet2 - 22-05-2021
İran Azərbaycana qarşı narkomüharibə aparır - VƏ QARABAĞA YENƏ ŞÜBHƏLİ YÜKLƏR DAŞIYIR... / VİDEO
Bu günlərdə erməni KİV-ləri Azərbaycan-İran münasibətlərinin pisləşməsi baxımından daha bir həyacanlı informasiya yayıblar və bildiriblər ki, İran ordu qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir. Erməni mediaresursları rusdilli medianın simonyan seqmenti ilə birlikdə İran qoşunlarının Azərbaycan sərhədinə cəmləşdirilməsini Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli 10 noyabr razılaşmasının mühüm bəndinin-“Zəngəzur dəhlizi” adlanan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının reallaşdırılması kontekstində dəyərləndirir.
Muxalifet2 - 22-05-2021
İki hərbçimizin şəhid olduğu rəsmən təsdiqləndi - FOTO
Daha iki hərbi qulluqçumuzun nəşi tapılıb.
Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata kecirilmiş əmaliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.
Muxalifet2 - 22-05-2021
"GÖMRÜKDƏ VƏTƏNDAŞA QARŞI “XAN” KİMİ DAVRANIRLAR..." –“Terminallarının yanında olan anbarlar müxtəlif məmurlara məxsusdur”
“Komitənin ləğv olunaraq xidmət kimi Vergilər Xidmətinə birləşdirilməsi zəruridir”
Muxalifet2 - 22-05-2021
"Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur" - PREZİDENT İLHAM ƏLİYEV
"Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır. Biz ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tvitter səhifəsində etdiyi paylaşımda qeyd edib.
Muxalifet2 - 22-05-2021
Ağdam şəhər mərkəzində söküntü və yenidənqurma işlərinə başlanılıb - FOTO/VİDEO
Ağdam şəhər mərkəzində söküntü və yenidənqurma işlərinə başlanılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hazırda əraziyə çoxlu sayda texnika çəlb olunub. Şəhərdə sürətli şəkildə söküntü və yenidənqurma işləri aparılır.
İş prosesindən fotoları və videogörüntüləri təqdim edirik:
Muxalifet2 - 23-05-2021
Saatlıda 31 yaşlı qadın özünü asdı
Saatlıda intihara cəhd hadisəsi olub.
Hadisə Nəsimikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub. A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./report
Muxalifet2 - 23-05-2021
Kəlbəcərin Zallar kəndindən videogörüntülər - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Zallar kəndindən videogörüntülər paylaşıb.
Muxalifet.az həmin görüntüləri təqdim edir.
Muxalifet2 - 23-05-2021
TİFLİSDƏ AZƏRBAYCANLILARA QARŞI NÖVBƏTİ TƏXRİBAT - Bir soydaşımız öldürüldü, bir neçə nəfər də yaralı var / YENİLƏNİB, VİDEO
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Hadisənin digər detalları hələ məlum deyil.Muxalifet2 - 23-05-2021
“AZƏRSU”DA HƏBSLƏR BAŞLAYIB? - ASC-nin "Qara kassası"nın saxlanıldığı bildirilir
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxs saxlanılıb.
Muxalifet2 - 24-05-2021
ƏRDOĞAN YAXIN HƏFTƏLƏRDƏ AZƏRBAYCANA GƏLƏCƏK - Türkiyəli nazir açıqladı
“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.
Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib:
Muxalifet2 - 24-05-2021
Deputatın seçicilər tərəfindən qovulması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB / VİDEO
“Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.
Bu fikirlər Oxu.Az-a Ş.İsmayılovun ofisindən bildirilib.
Qeyd edilib ki, baş verən hadisə təxribat xarakterli olub.
Bildirilib ki, buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.
***
81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb.
Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.
Muxalifet2 - 24-05-2021