DMANİSİDƏ POLİS SƏDDİ YARILDI - İnsanlar rayona axın edir...

Baxış sayı:
887

Bir neçə saatdır Dmanisinin girişində gözləyən böyük bir kütlə polis səddini yararaq rayona daxil olmağa çalışır.

Aktual.ge xəbər verir ki, təhlükəsizlik səbəbi ilə başqa bir qrupu Dmanisi rayonuna buraxmayan hüquq-mühafizə orqanları onların qarşısında gücsüz qalıb.

Sözügedən kütlə jurnalistlərə də hücum edib, birinci kanalın əməkdaşlarına xəsarət yetirib habelə onların avadanlıqlarına ziyan vurub.

Rayona daxil olmaq istəyən kütlə bir avtomobili isə dəyənəklərlə darmadağın ediblər.

Qeyd edək ki, hazırkı mərhlədə Dmanisidə vəziyyət gərgin olaraq qalmaqdadır.