Kim Çen In yırtıq və dar cinsləri qadağan etdi - REJİM ÜÇÜN TƏHLÜKƏ HESAB ETDİYİNDƏN

Baxış sayı:
1702

Şimali Koreya lideri Kim Çen In gənclərin xarici görünüşündə fərdiliyin özünü biruzə verməsini ölkədə mövcud siyasi quruluş üçün təhlükəli hal sayır.  

Bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Şimali Koreyada yırtıq və dar cinslər qadağan olunub. Bu geyimlərdə küçəyə çıxmaq ictimai asayişi pozmaq kimi qiymətləndirilir. Bununla yanaşı, ölkə sakinlərinin saç düzümü formalarına da məhdudiyyətlər qoyulub.

Kim Çen In hesab edir ki, Qərb mədəniyyəti gənclərə mənfi təsir göstərir. Bu təsir isə sonda mövcud rejimin devrilməsi ilə nəticələnə bilər. Dövlət başçısı geyim tərzi ilə bağlı xüsusi sənəd imzalayıb. Sənəddə dəbli geyimlərə üstünlük verənlərin əmək düşərgələrinə göndərilməsi tövsiyə olunub.

Ölkə KİV-i də əhalini kapitalizmin təzahürlərindən çəkinməyə və mövcud həyat tərzini qorumağa çağırıb.