HƏMAS İsrail limanına hücum etdi - BARIŞIQ TƏKLİFİNİN ARDINCA

Baxış sayı:
802

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Aşdod şəhərindəki limana hücum edib və bu, güclü yanğına səbəb olub.

Virtualaz.org bildirir ki, məlumatı “Times of Israel” yayıb.

Qəzetin məlumatına görə, baş verənlər nəticəsində xəsarət alan olmayıb. Bundan başqa, sosial şəbəkələrdə yer alan video göstərir ki, HƏMAS-ın raketi transformatora düşüb və bu, yaxın ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun sədri Xaled Maşal bildirib ki, Fələstin hərəkatı İsraillə barışığa hazırdır və onun şərtlərini açıqlayıb.