Baydenin psixi durumu narahatlıq doğurur - Generallar bəyanat veriblər

Baxış sayı:
876

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenin fiziki qabiliyyətini şübhə altına alan 124 istefada olan general və admiralın açıq məktubu və 2020-ci ildəki prezident seçkilərinin yekunları Pentaqonda fəaliyyət göstərən hərbçiləri qıcıqlandırıb. Onlar bu seçkiləri antidemokratik, mülki əhali və hərbi qulluqçular arasında ayrı-seçkilik yaradan amil heab edirlər.

Ekspert - ABŞ ordusunun keçmiş polkovniki Cefferi Makkosland mayın 12-də «The Huffington Post» internet nəşrinə bəyan edib ki, belə bəyanatlar «ABŞ-ın mülki əhalisi və hərbçilər arasında münasibətlərin erroziyasının çox pis nümunəsidir. Bu münasibətlər demokratiyanın məhəng daşı olub».

O, qeyd edib ki, Amerika hərbçiləri üçün «açıq antidemokratik kampaniyaları dəstəkləmək çox təhlükəlidir, həm də o zaman ki, həmin kampaniyalar yerli seçkilərin nəticələrinə yenidən baxmağa istiqamətlənib» - onun fikrincə, belə yanaşma təhlükəli presedent doğura bilər.

«Politica» qəzeti xəbər verib ki, bu məktub «öz ahəngi və general və admiralların dezinformasiya yaymaqda mövqelərindən istifadə etmək imkanları baxımından Pentaqonda hərbçiləri qıcıqlandırıb». Bu zaman ABŞ Müdafiə Nazirliyi presedenti şərh etməkdən çəkinib.

Açıq məktubda təsdiqlənir ki, ABŞ dərin təhlükə içərisindədir, belə ki, ölkə «yarandığı andan - 1776-cı ilədən üzübəri heç vaxt olmadığı qədır özünün yaşamı üçün mübarizə aparır».

«Bu, sosializm və marksizm tərəfdarları ilə konstitusion azadlıq tərəfdarları arasındakı münaqişədir. Vətəndaşların iradəsini əks etdirən ədalətli və düzgün seçkilər olmadan bizim konstitusiyalı respublikamız itirilib» - istefaçıların sənədində deyilir.

Onlar qeyd edirlər ki, Federal Təhqiqat Bürosu və Ali Məhkəmə tez fəaliyyətə keçməli və seçkilərdəki pozuntuları - 2020-ci ildə olduğu kimi - qulaqardına vurmamalıdır. Mətndə həm də indiki administrasiyanın Çinlə qurduğu münasbətlər və İranın nüvə proqramı üzrə danışıqlara başlamaq cəhdləri tənqid olunur.

«Ali Baş Komandanın (ABŞ prezidenti) psixi və fiziki durumunu görməzliyə vurmaq olmaz. O, milli təhlükəsizlik sahəsində çox tez bir zamanda dəqiq qərarlar qəbul edə bilməlidir - gecə və ya gündüz, istənilən şəraitdə».

«Poitico» qeyd edir ki, istefaçıların bəyanatı keçmiş prezident Donald Trampın «oğurlanmış seçkilər» barədəki fikirləri ilə həmahəng səslənir.