“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək” - NETANYAHU
14-05-2021 12:36
Baxış sayı:
856

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı əməliyyatlarla bağlı danışıb. Bu barədə “Donia Al-Watan” nəşri yazıb. Baş nazir Qəzza sektorunda əməliyyatların “nə qədər lazımdırsa, o qədər” davam edəcəyini bildirib.
“Son söz hələ deyilməyib və bu proses İsraildə sakitlik və təhlükəsizliyi bərpa etmək üçün nə qədər lazımdırsa, o qədər də davam edəcək”, - B.Netanyahu bildirib.
Eyni zamanda, B.Netanyahu HƏMAS-ın etdiklərinə görə çox böyük əvəz ödəyəcəyini qeyd edib.