Axtarış
The search found 105739 results in 0.037 seconds.
Search results
ŞƏMKİRİN İCRA BAŞÇISI VƏ MÜAVİNİ SAXLANILDI - İcra hakimiyyətində əməliyyat keçirilib - FOTO / YENİLƏNİB
Şəmkir Rayon İcra Hakimiyyətinin saxlanılan başçısı Alimpaşa Məmmədov Bakıya gətirilib. Məlumatı “Qafqazinfo” yayıb.
Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Məmmədov hazırda DTX-nın inzibati binasında dindirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.
Muxalifet2 - 26-04-2021
HƏBS EDİLƏN İCRA BAŞÇILARININ ƏVVƏLKİ PEŞƏLƏRİ... - Tamada, dollar alverçisi, ofisiant...
Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqları maraq doğurur.
İnternet resurslarında araşdırma apardıqda məlum olur ki, bu gün saxlanılan Alimpaşa Məmmədov vergi orqanlarında işə düzəlməzdən əvvəl toylarda tamada kimi fəaliyyət göstərib.
Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil» restoranında ofisiant işləyib.
Muxalifet2 - 26-04-2021
“Atamın vəziyyəti ağır olaraq qalır” - ARİF QULİYEVİN QIZI
Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.
Xalq artsitinin qızı Günel Quliyeva “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Muxalifet2 - 27-04-2021
"VERGİ REKETİNİN" TAMADALIQDAN İCRA BAŞÇISINA UZANAN YOLU – Alimpaşa Məmmədovun qaranlıq DOSYESİ
Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov azı 20 ildir ölkədə ən məşhur məmurlardan biridir. Peşəsi tamada olan sabiq icra başçısı ölkədə “vergi-reket sisteminin” yaradıcılarından biri hesab olunur.
Keçmiş vergilər naziri Fazil Məmmədovun "sağ əli" hesab olunan A.Məmmədov, uzun illər vergi orqanlarında yüksək vəzifələr tutub. Sözün əsl mənasında sahibkarları, dövlət vəsaitlərini çapıb-talayıb, bu "qabiliyyətinə" görə də F. Məmmədovun sevimlisi olub.
Muxalifet2 - 27-04-2021
HƏBS NÖVBƏSİ FAZİL MƏMMƏDOVA ÇATIB... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınacağı istisna olunumur
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir.
Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur.
Muxalifet2 - 27-04-2021
"O MƏNİM QIZIM YERİNDƏDİR..." - Mirələmov əxlaqsız hərəkətindən danışdı
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və
Muxalifet2 - 27-04-2021
ABŞ SƏFİRİ YEREVANI TÜRKİYƏ İLƏ BARIŞIĞA ÇAĞIRDI - “Ermənistan KTMT-nin üzvüdür, ona görə sizə hərbi yardım edə bilmərik...”
Ermənistanla Türkiyə arasında barışığın əldə olunması bütün region-Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan üçün faydalı olacaq. ABŞ-ın Yerevandakı səfiri Lin Treysi “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində belə deyib.
“Bu, çox mühüm məsələdir. Lakin eyni zamanda aydındır ki, postmünaqişə situasiyasından çıxış edərək həll edilməli olan bir sıra dolayısı problemlər var. Bu məsələdə Minsk Qrupu mühüm rol oynaya bilər”,-səfir bildirib.
Muxalifet2 - 27-04-2021
“BU ŞƏBƏKƏNİ QURANLAR VƏ HİMAYƏ EDƏNLƏR TAPILMALIDIR” - Tanınmış həkimlər səhiyyə sistemindəki həbslərdən danışdı
Səhiyyə sistemindəki həbslər bu sahədə cinayətkar bir şəbəkəni üzə çıxartdı ki, onun əksər üzvləri hələ də iş başındadır. Yayılan məlumatlarda hüquq-mühafizə orqanlarının bu sahədəki araşdırmalara davam etdiyi bildirilərkən, tanınmış həkimlər də baş verənlərə səssiz qalmadı.
Muxalifet2 - 27-04-2021
Həbs olunan bələdiyyə sədrinin növbəti saxtakarlığı - VİDEO
Müsahib Qurbanovun şikayəti ona məxsus pay torpağının qanunsuz şəkildə mənimsənməsi və buna aidiyatlı qurumların illərdir göz yummasıdır.
Söhbət ondan gedir ki, 2003-cü ildə dövlət tərəfindən Müsahib Qurbanovun həyat yoldaşı Telli Verdiyevaya Daşkəsən rayonunun Xoşbulaq kəndində pay torpağı verilib. 2007-ci ildə isə ailəyə daha bir rəsmi sənət təqdim edilir ki, bununla da ailə verilən torpaq sahəsində tikinti aparmaq hüququna malik olur.
Muxalifet2 - 27-04-2021
Arif Quliyevin videosunu paylaşan tibb işçisi cəzalandırıldı - FOTO
Sosial şəbəkələrdə və KİV-lərdə “Yeni klinika”da koronavirus xəstəliyindən müalicə alan Xalq artisti Arif Quliyevin görüntüləri yayılıb.
“Yeni Klinika”dan jurnalistlərə bildiriblər ki, koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.
“Amma Xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb.
Muxalifet2 - 28-04-2021
“BAYDEN TÜRKİYƏYƏ QARŞI İSTİFADƏ EDƏ BİLƏCƏYİ SON KARTINI İTİRDİ” - "Ankaranın əlində cavab imkanları var..."
“Gərginlik bir ay davam edəcək, bir aydan sonra artıq bu barədə danışmayacağıq”
Yıldız Texniki Universitetinin(YTU) idarəetmə və təşkilatçılıq bölümünün rəhbəri doktor Camal Zehir bildirib ki, ABŞ Prezidenti Co Baydenin bəyanatına onun seçkiqabağı vədlərinin yerinə yetirilməsi kimi baxılmalıdır.
Muxalifet2 - 28-04-2021
“Rusiya diplomatlarını ölkədən çıxardın” - Estoniya prezidentindən çağırış
Estoniya prezidenti Kersti Kalyulayd ümidvar olduğunu bildirib ki, Qərbi Avropa dövlətləri Baltikyanı ölkələrin ardınca Rusiya diplomatlarını ölkədən çıxaracaqlar - «Çexiya ilə həmrəylik nümunəsi olaraq».
Televiziya ilə çıxışı zamanı Kalyulayd qeyd edib ki, Estoniya, Latviya və Litva dəfələrlə cəza tədbirlərinin tətbiqi üzrə lider olublar («RuBaltic.ru.»).
Muxalifet2 - 28-04-2021
PSJ Messiyə fantastik gəlirli 3 illik müqavilə təklif etdi
Fransanın "Pari Sen-Jermen" klubu “Barselona”nın 33 yaşlı kapitanı Lionel Messiyə argentinalının imtina edə bilməyəcəyi müqavilə təklif edib.
Bu barədə “Report” “TNT Sports”a istinadən xəbər verir.
Məlumata görə, Messiyə Fransa klubunun fantastik hesab etdiyi maliyyə şərtləri ilə bir mövsüm uzadılması ilə iki il müddətinə ilkin razılaşma təklif olunub.
Muxalifet2 - 28-04-2021
ABŞ VƏ İRAN HƏRBİ GƏMİLƏRİ FARS KÖRFƏZİNDƏ ÜZ-ÜZƏ GƏLDİ - Atəş səsləri eşidildi...
Fars körfəzində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu ehtimal edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi açıb.
Bu barədə TASS xəbər verir.
Qeyd edilir ki, hadisə üç gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.
"ABŞ ekipajları radio və səsucaldanlar vasitəsilə bir neçə dəfə xəbərdarlıq edib, amma SEPAH gəmiləri yaxın məsafədə manevrlərə davam edib. Sonra “Firebolt”un ekipajı xəbərdarlıq atəşləri açıb", - xəbərdə deyilir.
Muxalifet2 - 28-04-2021
Uhanda koronavirusa sızan laboratoriya ABŞ-a məxsus olub? - DÖVLƏT DUMASININ SƏDRİNDƏN ŞOK AÇIQLAMA
Covid-19 ola bilsin ki, Amerika biolaboratoriyasından sızma ilə əlaqəlidir.
Bu barədə aprelin 27-də Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiya Federasiyası qanunvericiləri Şurasının iclasının gedişində bəyan edib.
«Birləşmiş Ştatların susmasından çıxış edərək, necə ki, Amerika Birləşmiş Ştatları (ABŞ) özü susur, bircə nəticə çıxartmaq olar: tam aydındır, bu, onunla bağlıdır ki, onların bütün dünyaya yayılmış laboratoriyalarında sızma baş verib. Doğru olardı ki, hökumət bu məsələni də qaldırsın» - Volodin bildirib.
Muxalifet2 - 28-04-2021
AZAD RƏHİMOV VƏFAT EDİB? - Nazirlikdən açıqlama
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsi ilə bağlı xəbər yayılıb.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb.
O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.
Muxalifet2 - 28-04-2021
“BAYDEN NİTQİNİ ƏRDOĞANLA RAZILAŞDIRMIŞDI...” – Ermənilər eyforiyadan çıxmağa başlayıb
Co Baydenin “soyqırım” ifadəsini işlətməsindən eyforiya yaşayan ermənilər yavaş-yavaş özlərinə gəlməyə və reallığı anlamağa başlayırlar. Artıq erməni mətbuatında ekspertlər ABŞ prezidentinin söylədiklərinin Türkiyə üçün heç bir hüquqi məsuliyyət yaratmadığını və hətta Baydenin nitqinin Rəcəb Tayyib Ərdoğanla razılaşdırıldığını bildirirlər.
Muxalifet2 - 28-04-2021
TÜRKİYƏ VƏ AZƏRBAYCANA QARŞI TƏXRİBAT - Tehran yenə erməni sevgisini nümayiş etdirdi / VİDEO
İranda yaşayan ermənilər növbəti dəfə qondarma soyqırımı yad ediblər. Bu azmış kimi din xadimi qiyafəsinə bürünmüş şəxslər də daxil olmaqla tədbirdə iştirak edən ermənilər öz separatçılıqlarından da geri qalmayıblar. Onların hər birinin üzündə quldur rejimin əski parçasını xatırladan maskalar olub.
Muxalifet2 - 28-04-2021
MƏHKƏMƏ ALİMPAŞA MƏMMƏDOV BARƏDƏ QƏRAR VERDİ - İki maddə ilə ittiham olunur / Yenilənib
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova qarşı irəli sürülən ittihamlar məlum olub.
A.Məmmədov Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, bu gün Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.
Muxalifet2 - 28-04-2021
HƏBS OLUNAN İCRA BAŞÇISININ ŞOK ƏMƏLLƏRİ - 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıb
Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsu
Muxalifet2 - 29-04-2021