Tehranın general Polad Həşimov planının fiaskosu - VİDEO

Baxış sayı:
2392

Xəbər verildiyi kimi, İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Ali dini lider Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi Seyyid Əli Əkbər Ocaqnejat bir neçə gün əvvəl general Polad Həşimovun ailəsini ziyarət edib.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Necat ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq: "Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik".

Bəs, İranın Polad Həşimovun xanımına və övladlarına Qasim Süleymani adına olan lövhə və medal təqdim etməsinin arxasında hansı maraqlar dayanır? Yaxud Tehranın general Polad Həşimov planı necə fiaskosuya uğradı? Bu və digər suallara aşağıdakı videoda cavab tapa bilərsiniz: