Axtarış
The search found 105741 results in 0.049 seconds.
Search results
AZƏRBAYCANDA DAHA 31 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Son sutka ərzində yoluxma sayında ciddi artım qeydə alınıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.
Muxalifet2 - 3-04-2021
"Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur" - TƏHSİL NAZİRİ
"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Muxalifet2 - 3-04-2021
RUSİYA-UKRAYNA QARŞIDURMASINDA “BAYRAKTAR EFFEKTİ” - Krımdakı işğalçılar öz gəmilərini Ukrayna PUA-larından müdafiə edə biləcəklərmi?
Krım yarımadasını işğal etmiş Rusiya eşalonlaşdırılmış hava hücumundan müdafiə sistemi qurur və onun buradakı əsas məqsədi Ukrayna silahlı qüvvələrinə aid “Bayraktar TB2” dronlarının zərbəsinin qarşısını almaqdır.
Muxalifet2 - 3-04-2021
Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq - YAŞINDAN ASILI OLMAYARAQ
“Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq. Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq".
Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.
Muxalifet2 - 3-04-2021
Putin "kapitulyantı” niyə xilas edir?- “MOSKOVSKİY KOMSOMOLETS” BU SUALA CAVAB TAPDI
Ermənistan baş naziri Nikol Paşinyan tezliklə Moskvada Putinlə görüşəcək və bu səbəbdən məcburi özünütəcrid rejiminə (koronavirusa yoluxmasın deyə) keçib. Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Ermənistanda iyunda keçiriləcək növbədənkənar seçkilərdir.
“Moskovskiy Komsomolets” qəzeti “inqilabçı və qərbyönümlü siyasətçi” Paşinyana Moskvanın indiki dəstəyinin səbəblərini araşdırıb. Hansı ki, müharibədən əvvəl Moskvada Paşinyana münasibət heç də yaxşı deyildi və onu Rusiyaya yad adam hesab edirdilər.
Muxalifet2 - 3-04-2021
ABŞ Avropadakı qoşunlarını maksimum döyüş hazırlığı vəziyyətinə gətirdi - RUSİYAYA GÖRƏ
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) Rusiya qoşunlarının aktiv hərəkəti səbəbindən ordunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Buna son günlər ərzində cərəyan edən bir neçə hadisənin təkan verdiyi vurğulanır. Belə ki, söhbət Donbasda münaqişənin qızışmasından, Rusiyanın sərhəd boyunca hərbi gücünü artırmasından, həmçinin Arktikada Rusiyanın üç atom sualtı qayığının peyda olmasından gedir.
Muxalifet2 - 3-04-2021
Ukraynalı jurnalist Şuşada tapılan “İskəndər-M”in qalıqları barədə: “Bakı ciddi araşdırma tələb edəcək”
Şuşada 28 illik erməni işğalından azad edildikdən sonra Azərbaycan ordusu tərəfindən aşkar olunan “İskəndər-M” raketlərinin qalıqlarının tapılması böyük qalmaqala səbəb olacaq.
Bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkala özünün “Facebook” hesabından yazıb.
“Sual olunur: bu raketləri kim atıb? Ehtimal olunur ki, bunlar “İskəndər-M”dir. Ermənistan tərəfi bunu inkar edir. Özü də ermənilərin arsenalında belə tezliklə raket atmağa qadir olan yeganə sistem “İskəndər-E”dir”.
Muxalifet2 - 3-04-2021
“İsgəndər-M”in qalıqlarının Şuşada tapılması dünya mediasında
Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.
Muxalifet2 - 3-04-2021
“İrəvan Şuşanı “İskəndər”lə şəhər azad edildikdən sonra vurub” - Samir Poladov
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Calibre.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Samir müəllim, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurub. Bu barədə fikrinizi bilmək istərdim?
Muxalifet2 - 3-04-2021
Azərbaycandan 100 min “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlandı
“Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib və açıq şəkildə yayımlanıb.
Bu barədə “Business Insider” nəşri xəbər yayıb.
Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yaşayış yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.
Muxalifet2 - 4-04-2021
Rusiya müdaxilə etməsə separatçılar 2-3 sutkaya darmadağın ediləcək
Ukraynanın şərqində-Donbassda vəziyyət gərginləşməkdə davam edir. Son məlumatlara görə atəşkəsin pozulması halları intesivləşib, tərəflər ağır artilleriya tətbiq edirlər. Rusiya isə Ukrayna ilə sərhədə qoşun cəmləşdirməkdə davam edir.
Vaxtilə Donbassda separatizmi alovlandıranlardan rusiyalı diversantlardan biri, Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki və qondarma “Donetsk xalq respublikası”nın ilk “müdafiə naziri” olmuş İqor Strelkov hesab edir ki, əgər Ukrayna ordusu hücuma keçsə qondarma respublikaların qoşunlarını cəmi bir neçə sutkaya darmadağın edəcək.
Muxalifet2 - 4-04-2021
"ƏLİYEV "İSKƏNDƏR"LƏ BAĞLI PUTİNƏ ZƏNG EDİB..." - "Dəlillər Lavrova da təqdim olunub, o..."
Şuşaya atılan “İsgəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində müzakirə olunub. Virtualaz.org-a istinadən söhbətin həmin hissəsini təqdim edirik:
S.Buntman-İndi mən haradan uçub gəldiyi məlum olmayan “İsgəndər”lərlə məşğul olmaq istərdim.
A.Venediktov-Bəli, bu dolaşıq əhvalatdır.
Muxalifet2 - 4-04-2021
Azərbaycanda daha 2021 nəfər koronavirusa yoluxdu – 29 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycan Respublikasında koronavirusa 2 021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda bu günədək ümumilikdə 270 735 nəfər koronavirusa yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.
Muxalifet2 - 4-04-2021
BU GÜNDƏN 4 ŞƏHƏR, BİR RAYONDA MƏKTƏBLƏR BAĞLANIR - Pandemiya şəraiti ilə əlaqədar olaraq
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq qərar verilib.
Belə ki, aprelin 5-dən qeyd olunan ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili başlayır.
Muxalifet2 - 5-04-2021
Ukrayna müharibə astanasında: Zelenski Ərdoğanla görüşə uçur...
Ukrayna prezidenti Vladimir Zelenski Donbassda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək. Ukrayna KİV-ləri xəbər verir ki, Zelenskinin Ankaraya səfəri aprelin 10-da baş tutacaq.
Ötən gün - aprelin 4-də isə Zelenski xanımı ilə birlikdə Qətərə rəsmi səfərə gedib. Qətər regionda Türkiyənin mühüm müttəfiqidir. Gözlənilir ki, tərəflər siyasi, ticarət-iqtisadi, investisiya əməkdaşlığını və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edəcəklər.
Muxalifet2 - 5-04-2021
KİVDF, QHT-lərə Dəstək Şurası və Aqrar Xidmətlər Agentliyində çoxsaylı nöqsanlar qeydə alınıb - SİYAHI
Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.
“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən çox nöqsan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (30 hal) qeydə alınıb.
Muxalifet2 - 5-04-2021
Vüqar Səfərlinin evlərinə, bağlarına, avtomobillərinə həbs qoyuldu
Keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlunun əmlaklarına həbs qoyulub.
Bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Muxalifet2 - 5-04-2021
MİNSK QRUPUNUN KEÇMİŞ HƏMSƏDRİNDƏN SENSASİYALI ETİRAFLAR – “Ən yaxşı restoranlarda yeyirdik, yaxşı yaşayırdıq...”
Riçard Hoqland: “Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər”
“"Lavrov planı" ilə bağlı bilirsinizmi, Rusiyalı həmsədr Popovun səmini cavabı nə oldu?...“
Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?
Muxalifet2 - 5-04-2021
“Həmişə səksəkə içində yaşamışam” - ƏHMƏD ƏHMƏDZADƏ
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə jurnalistlərə etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.
“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib.
Muxalifet2 - 5-04-2021
ƏHMƏD ƏHMƏDZADƏNİ BU ŞƏXS ƏVƏZLƏDİ... - Prezident sərəncam imzaladı
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Zaur Mikayılov “PAŞA Holdinq”ı daxil olan “Agro Supply” MMC-nin rəhbəri olub.
Muxalifet2 - 5-04-2021