“Əbədi maska rejimi”nin fəsadları - Astma və ekzema

Baxış sayı:
347

Moskva həkimləri ölkənin keçmiş Baş sanitariya həkimi Gennadi Onişenkonun bu bəyanatını şərh ediblər ki, maska rejimi bizimlə həmişəlik qala və bu, hansı təhlükələrə səbəb ola bilər.

Moskva şəhər xəstəxanalarından birinin pulmanoloqunun sözlərinə görə, daim qoruyucu maska daşımaq ümumilikdə, zərərsizdir, ancaq bronxial astmaya meyllilik xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Mütəxəssis hesab edir ki, maska daşımağın təhlükəsiz olub-olmamasını müəyyən etmək üçün idealda hər bir nəfəri müayinə etmək vacibdir.

Ekspert hər şeydən əvvəl maskada olarkən intensiv fiziki yüklənmədən qaçmağı tövsiyə edir. Maska nəmləşərkən, onu dəyişmək və hər gün 10 saat maskasız qalmaq lazımdır.

«MK» nəşrinin yazdığına görə, son vaxtlar maska gəzdirmək səbəbilə, dərisinin qıcıqlanmasından (ekzemaya qədər) şikayətlənən pasiyentlərin sayı artmaqdadır. Bu, əsasən bütün iş gününü maskada keçirməli olanlara aiddir.