AZƏRBAYCANDA KORONAVİRUSADAN DAHA 35 NƏFƏR ÖLDÜ - Son sutka ərzində 2206 nəfər virusa yoluxub

Baxış sayı:
247

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.