Axtarış
The search found 105741 results in 0.042 seconds.
Search results
İtaliya baş naziri Avropa ölkələrində qadağan edilən peyvənd vurdurdu - FOTO
İtaliya Baş naziri Mario Draqi və xanımı Mariya Serenella Kapello koronavirusa qarşı peyvənd olunublar.
“Anadolu” agentliyi ölkənin Baş Nazirliyinə istinadən xəbər yayır ki, 73 yaşlı baş nazir və həyat yoldaşına “AstraZeneca” peyvəndi vurulub.
Draqi martın 26-da Avropa İtifaqı Liderləri Zirvə görüşündən sonra təşkil edələn mətbuat konfransında bu həftə üçün peyvənd olunmağa görə növbə götürdüyünü açıqlamışdı.
Muxalifet2 - 31-03-2021
Ronaldunun hakimə etiraz olaraq yerə çırpdığı kapitanlıq sarğısı hərraca çıxarıldı
Kriştianu Ronaldunun Serbiya millisi ilə DÇ-2022-nin seçmə oyununda yerə çırpdığı kapitanlıq sarğısı xeyriyyə auksionuna hərraca çıxarılıb.
Bu barədə tuttomercatoweb.com portalı məlumat yayıb.
Qeyd olunur ki, yerdə qalan kapitanlıq sarğısını stadionun əməkdaşlarından biri götürüb və onu hərraca çıxarmağa qərar verib.
Bildirilir ki, satışdan əldə olunan vəsait altı aylıq körpənin müalicəsinə sərf olunacaq. Körpənin bel əzələlərinin atrofiyasından əziyyət çəkdiyi qeyd olunur.
Muxalifet2 - 31-03-2021
“İndi oğlanlarımın ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar?” - HACIBALA ABUTALIBOV
Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış, hazırda təqaüddə olan Hacıbala Abutalıbovun adı sonuncu dəfə medinın gündəminə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu il martın 5-də keçirilmiş növbədənkənar qurultayı zamanı gəlmişdi.
Çünki qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da vardı. Maraqlıdır ki, qurultayda Hacıbala Abutalıbovun adı İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı...
Muxalifet2 - 31-03-2021
Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTO
Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.
Muxalifet2 - 31-03-2021
Azərbaycan Ermənistana 1400 meyit təhvil verib
“Azərbaycan Ermənistana 1 400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
Muxalifet2 - 31-03-2021
SƏRT KARANTİN REJİMİ İLƏ BAĞLI AÇIQLAMA - "Aprelin 5-dən sonra gözəlik salonları, restoranlar və..."
Azərbaycanda yoluxanların və ölənlərin sayı artan dinamika ilə davam edir. Elə bu səbəbdən də yenidən qapadılmaların olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta aprelin 5-dən sonra restoranların, gözəlik salonlarının və geyim mağazalarının yenidən bağlanacağı da iddia edilir. Bəs bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?
Muxalifet2 - 31-03-2021
"ABŞ hərbçiləri saatlarla Qarabağ döyüşlərinin videosuna baxırlar..." -"Foreign Policy" jurnalı
ABŞ-ın məşhur "Foreign Policy" jurnalı Qarabağ döyüşlərindən Amerika ordusunun çııxarmalı olduğu dərslərdən yazıb.
Muxalifet2 - 31-03-2021
“Veysəloğlu”nun 300 kq toyuq qiyməsi yararsız çıxdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Muxalifet2 - 31-03-2021
Rusiya səfirliyinin iki əməkdaşı İtaliyadan çıxarılır - YENİLƏNİB
İtaliya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirliyinin iki əməkdaşının ölkədən dərhal çıxarılacağını açıqlayıb.
APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.***
Muxalifet2 - 31-03-2021
RUSİYA QARABAĞDA HƏRBİ ŞƏHƏRCİKLƏR QURUR – “Əlavə azı 4 min nəfərlik heyət yerləşdiriləcək…”
Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib.
“Sputnik Armenia” agentliyi xəbər verir ki, Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib.
O bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir, lazım gəldikdə, sülhməramlılara ixtisaslı yardım göstəriləcək. Onun sözlərinə görə, səyyar xəstəxananın quraşdırılması aprelin sonunadək başa çatacaq.
Muxalifet2 - 31-03-2021
Yoluxma kəskin artıb: İctimai nəqliyyat qadağası işə yaramadı - VİDEO
Koronavirusun əlamətlərində və gedişatında dəyişikliklər baş verib.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
“Sentyabr-dekabr aylarında yazdığımız müalicələrə bu gün başqa cür reaksiya verilir. Virusun hər hansı mutasiya uğraması prosesi baş verib və nəticədə o, xəstəliyin simasını və insanların müalicəyə reaksiyasını dəyişdi”, - deyə o bildirib.Muxalifet2 - 31-03-2021
AZƏRBAYCANDA DAHA 29 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Yoluxanların sayında yenə ciddi artım qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Muxalifet2 - 31-03-2021
“Covid əleyhinə peyvənd olunan xəstələrdə əməliyyat sonrası ölüm halları azalıb” – CƏRRAH ELGÜN SƏMƏDOV
Bütün dünyanı bürüyən Covid-19 pandemiyası dövründə təxirə salınan planlı cərrahi əməliyyatlara qoyulan qadağalar aradan götürülə bilər.
Muxalifet2 - 31-03-2021
BİR DOZA İKİ NƏFƏRƏ VURULUR, SAXTA SƏNƏD SATILIR... - Deputat: "Vaksinasiyadan qaçır, saxta sənəd əldə etmək üçün cinayətə əl atırlar"
Azərbaycanın koronavirusa qarşı həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutduğu bildirilir. Rəsmi açıqlamaya görə, ölkədə ümumilikdə 550 min nəfərə yaxın şəxs vaksinasiya prosesindən keçib.
Muxalifet2 - 31-03-2021
“Qarabağ müharibəsi nəticəsində bölgədəki geosiyasi vəziyyət dəyişdi...” - ABŞ-IN BAKIDAKI KEÇMİŞ SƏFİRİ ROBERT SEKUTA CNN TÜRK-Ə DANIŞDI
ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta CNN Türk telekanalına müsahibə verib. Qarabağ müharibəsinin nəticələrindən, Türkiyənin regiondakı rolundan və digər məsələlərdən danışıb.
Muxalifet2 - 31-03-2021
Selcuk Bayraktar Bakıdadır - FOTOLAR
Pilotsuz Uçan Apratların tanınmış mütəxəssisi, əfsanəvi "Bayraktar" hərbi dronlarının yaradıcısı Selcuk Bayraktar Bakıdadır. Musavat.com xəbər verir ki, bu barədə S.Bayraktar özü sosial media hesabında məlumat paylaşıb.
Paylaşımı təqdim edirik:
“Hər kəsə Can Azərbaycandan salamlar!
Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbri ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun!
Qardaşlığımızın gözəl havasını birlikdə aldıq!
Muxalifet2 - 31-03-2021
Zelenski illik gəlir deklarasiyasını açıqladı - BU İL GƏLİRİ XEYLİ AZALIB
Ukrayna prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib.
Bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında deyilir.
Muxalifet2 - 31-03-2021
Türkiyə müdafiə sənayesində casuslar həbs olundu
Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ölkənin müdafiə sənayesində casusluqda günahlandırılan 19 nəfər saxlanıb. Onların hamısının «Hizmət» («Xidmət») hərəkatı ilə əlaqədə olduğundan şübhələnirlər.
Yerli hakimiyyət bu hərəkatı islam vaizi Fətulla Gülənlə bağlayır və terror şəbəkəsi (FETÖ) adlandırır. Bu barədə martın 31-də «Əhval» analitik-informasiya portalı xəbər verib.
Saxlanılanlar arasında «Turkish Aerospace Industries (TAI)» yerli müdafiə şirkətinin keçmiş əməkdaşları var, onlardan 4-ü nəhəng «Aselsan» müdafiə firmasında işləyib.
Muxalifet2 - 1-04-2021
Bu gündən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edəcək
Bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır. Belə ki, bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali aprelin 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.
Muxalifet2 - 1-04-2021
"KÜLLİ MİQDARDA PULU MEHDİYEVƏ ÇATDIRIB KORPUS KOMANDİRİ OLDU" - "Korrupsiya əməllərinə ən çox Nəcməddin və onun dəstəsi yol verirdi"
Telman Əbilov: “Rövşən Əkbərov, Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər"...
Muxalifet4 - 1-04-2021