ABŞ VƏ AVROPA BİRLİYİ RUSİYAYA QARŞI... - Brüsseldə birgə bəyanat verildi

Baxış sayı:
601

ABŞ və Avropa İttifaqının xarici işlər nazirləri deyiblər ki, onlar Moskvanın Ukrayna və Gürcüstana qarşı davam edən təcavüzü kimi çətin davranışlarına, habelə Rusiyada insan haqları və qanunun aliliyinə hörmətin tükənməsinə koordinasiyalı cavab verilməsi barədə razılığa gəliblər.

Martın 24-də Brüsseldə keçirilən danışıqlarlın ardınca verilmiş birgə bəyanatda ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell bildiriblər ki, onlar Rusiyanın dezinformasiya kimi hibrid hədələrinə, onun seçki proseslərinə müdaxilələrinə, ziyanlı kiberfəaliyyətlərinə və hərbi təhdidlərinə koordinasiyalı şəkildə cavab vermək əzmindədirlər.

İki siyasətçi habelə Rusiyada müstəqil siyasi səslərin, vətəndaş cəmiyyətinin və media azadlığının sıxışdırlmasına da birgə reaksiya göstəriləcəyini deyiblər.

Blinken və Borrell habelə Çinlə ikitərəfli dialoqun bərpası barədə razılığa gəliblər və etiraf ediblər ki, Pekinlə münasibətlər əməkdaşlıq elementlərinin, yarışın və rəqbətin qarışığından ibarətdir.

Müzakirə edilən məsələlərin arasında İranın nüvə proqramı, Qərbi Balkan regionu boyunca islahatlar, iqlim böhranı və koronavirus pandemiyası da vardı.

Blinken Belçika paytaxtına NATO-nun burada keçirilən ikigünlük sammitində iştirak etmək üçün gəlmişdi. O prezident Co Baydenin tapşırığı ilə transatlantik bağların yenidən gücləndirilməsi missiyasını yerinə yetirirdi. Bu münasibətlər keçmiş prezident Donald Trampın vaxtında xeyli zəifləmişdi. (azadliq.org)