Ağdamda 5 nəfər minaya düşdü - DÖRDÜ BİR AİLƏNİN ÜZVÜDÜR / ADLARI

Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
Qeyd edilir ki, minaya düşənlərdən Hüseynov Hüseyn Razi oğlu Hüseynov Akifin nəvəsidir və o, heç bir xəsarət alımayıb.
Xatırladaq ki, Ağdamda ata iki oğlu və bir nəvəsi ilə minaya düşüb.
***
Ağdam rayonunda 5 nəfər minaya düşüb.
Hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
Faktı Ağdam Rayon İcra Hakimiyyəti "Report"a təsdiqləyib.