Axtarış
The search found 105743 results in 0.044 seconds.
Search results
“İskəndər"i İsrail silahı zərərsizləşdirib? - Rusiyanın silah bazarındakı mövqeləri təhlükə altında
Bu günlərdə Britaniyanın “Middle East Eye” nəşri sensasiyalı məlumat yayaraq, Ermənistanın Azərbaycan ərazisinə atdığı “İskəndər” raketinin Bakı üzərində Azərbaycan Ordusu tərəfindən vurulduğunu yazıb: “İrəvan “İskəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”.
Muxalifet2 - 7-03-2021
QAZİLƏRİN XIRDA SAHİBKARLIQ FƏALİYYƏTİNƏ “SU QADAĞASI” - “Azərsu” 20 ilin “əlil köşkü”ndən 700 manat sayğac haqqı tələb edir
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 13 ünvanının yanındakı “əlil köşkü” 20 ildir bütün infrastrukturla təmin olunub. Xırda sahibkarlıq obyektinin su, qaz, işıq, telefon rabitəsi ilə təchizatı qanuna zidd olaraq əlillərin hesabına həyata keçirilib. Bu azmış kimi, su idarəsi smart sayğac quraşdırılmasına 700 manat tələb edib, suyu kəsməklə “xidmət göstərir”.
Muxalifet2 - 7-03-2021
“GİLAN HOLDİNG” PREZİDENTİN TAPŞIRIĞINA ƏMƏL ETMİR… - İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən vətəndaşdan Mehriban Əliyevaya müraciət
Bakı şəhəri, Nəsimi rayonu, Ağdadş Qurbanov küçəsi, ev 22 ünvanında yaşayan Əliyev Elvin Rəşadət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
“Hörmətli xanım Mehriban Əliyeva!
Bildirim ki, mən Daxili Qoşunlarda - Xüsusi Təyinatlı Dəstədə hərbi xidmət keçmişəm. Dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılmışam. 5 il Rusiyada mühafizəçi kimi işlədikdən sonra Azərbaycana qayıtmış və işimi davam etdirmişəm.Muxalifet2 - 7-03-2021
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 3 NƏFƏR DƏ VƏFAT ETDİ / FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.
Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.
Muxalifet2 - 7-03-2021
UKRAYNADA MÜHARİBƏ BAŞLAYIB? - Separatçıların hücuma keçdiyi, itkilərin olduğu bildirilir
Martın 7-də Ukraynanın ərazisində 7 ildir “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı qondarma “respublikalar” yaratmış separatçılar Ukrayna ordusunun mövqelərinə ağır silahlardan zərbə vurublar. “
DXR” rəhbərliyi bildirib ki, dəfəfələrlə xəbərdarlıqlara baxmayaraq, ATƏT müşahidəçiləri “Ukrayna ordusunun onların mövqelərinə zərbələrini gözardı etmələri” səbəbindən qabaqlayıcı zərbələr vurmağa qərar veriblər.
Muxalifet2 - 7-03-2021
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır / YENİLƏNİB
Saat 19:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Muxalifet2 - 7-03-2021
"AUDİOYAZI 2010-2011-Cİ İLLƏRƏ AİDDİR..." - “Gürcü Arzusu” qalmaqallı səsyazısı ilə bağlı bəyanat yaydı
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ötən gün televiziya vasitəsilə yayımlanan və qalmaqala səbəb olan gizli səsyazısı ilə bağlı bəyanat yayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sənəddə audioyazının 2010-2011-ci illərə aid danışıqlardan ibarət olduğu və kobud formada hazırlandığı bildirilib.
Muxalifet2 - 7-03-2021
Bayden Ağ Evdə ilk olaraq bu xarici lideri qəbul edəcək...
ABŞ prezidenti Cozef Bayden apreldə Ağ Evdə Yaponiyanın baş naziri Yosixide Suqo ilə görüşməyi planlaşdırır.
Bu barədə mənbələrə istinadən “Axios” informasiya portalı bildirib.
Beləliklə, Yaponiya hökumətinin başçısı Baydenin öz iqamətgahında görüşəcəyi ilk xarici lider olacaq. Bu halda, nəşrin məlumatına görə, danışıqlar apreldən də gec baş tuta bilər, onların görüşü yeni koronavirusun yayılmasına qarşı mübarizədə müvəffəqiyyətlərdən asılıdır.
Muxalifet2 - 8-03-2021
“Qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildi
ABŞ-ın Oklahoma ştatının hakimiyyət orqanları “qar adam”ın tutulması üçün mükafatın məbləğini bir neçə dəfə artırıb.
Bu barədə “The Sun” yazıb.
Muxalifet2 - 8-03-2021
Dünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdi - 68 MİLYARD DOLLAR SƏRVƏTİ VAR
“Amazon” şirkətinin banisi Ceff Bezosun keçmiş arvadı, planetin ən zəngin qadını Makkenzi Skott məktəb müəlliminə ərə gedib.
Bu barədə “The Wall Street Journal” xəbər verir
Əlli yaşlı milyarder qadın Sietl Dendə Sietl-Leyksayd özəl məktəbində təbii elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə yeni ailə həyatı qurmağa qərar verib. Toy mərasimi kütləvi olmayıb.
Muxalifet2 - 8-03-2021
"RUSİYA SARSIDICI ZƏRBƏ ALACAQ..." - Ukrayna DİN-dən açıqlama / Yenilənib
Ukraynanın Birləşmiş Qüvvələrin əməliyyat qərargahının mətbuat mərkəzi axşam saatlarında “Facebook” səhifəsində separatçıların Ukrayna ordusunun ağır itkilər verməsi barədə xəbərlərini təkzib edib.
"Ukrayna əsgərləri arasında itki yoxdur" deyə, mətbuat mərkəzindən bildirilib. Əlavə olunub ki, ATƏT nümayəndələri cəbhə bölgəsində gərginliklə bağlı məlumatlandırıb.
Muxalifet2 - 8-03-2021
QAZAXIN İŞĞALDAKI KƏNDLƏRİ QAYTARILIR – Rus sülhməramlıları ərazidə
Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.
Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb.
Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumatlar yayıb.
Muxalifet2 - 8-03-2021
İşğaldan azad olunan ərazilərə keçməyə cəhd göstərənlər saxlanıldı - FOTO
Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir.
Muxalifet2 - 8-03-2021
5 AY KOMADA QALDI, HƏYATA QAYTARMAQ MÜMKÜN OLMADI - Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib
Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabada gətirilib.
"Report"un Muğan bürosu xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.
Şəhid əsgər vida mərasimindən sonra doğulduğu Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn ediləcək.
Şəhidimiz nişanlı idi.
Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.
Muxalifet2 - 8-03-2021
Bakıda femİnistlər aksiya keçirməyə cəhd etdi – 10 NƏFƏR SAXLANILDI
Bu gün günorta saatlarında Bakının Nizami küçəsində (“Torqovı”) və "Fontanlar meydanı"nda bir qrup feminist qadın tərəfindən aksiya keçirməyə cəhd olunub.
Virtualaz.org bildirir ki, icazəsiz aksiya 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Aksiya iştirakçıları feminist şüarlarla plakatlar qaldırmağa çalışanda polis əməkdaşları onlara mane olublar. Nəticədə, 10-a yaxın aksiya iştirakçısı saxlanılıb.Muxalifet2 - 8-03-2021
Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər
Ermənistanın baş naziri Nikol Paşinyanın 8 mart təbriki erməni qadınlar tərəfindən birmənalı qarşılanmayıb.
Yerli KİV-lər xəbər verir ki, hökumətin rəsmi "Facebook" səhifəsində paylaşılan təbrik postuna çoxlu sayda neqativ şərhlər gəlib. Ən çox diqqət çəkən məqam müharibədə öldürülmüş əsgər analarının fikirləri olub.
Qarabağda ölmüş əsgər Mxitar Qaleyanın anası "mən təbrikləri qəbul etmirəm, oğlumun qatili", - deyə yazıb.
Muxalifet2 - 8-03-2021
PAŞİNYANDAN RUSİYANI QICIQLANDIRAN ADDIM – Baş nazir ABŞ Dövlət katibindən nə istəyib?
Martın 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Erməni mətbuatının yaydığı məlumata görə, tərəflər ikitərəfli əlaqələri müzakirə edib, perspektivdə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu bildiriblər.
Paşinyan Blinkendən Minsk Qrupunun münaqişənin həllindəki rolunun gücləndirilməsi və əsirlərin dəyişdirilməsinə dəstək istəyib.
Muxalifet2 - 8-03-2021
Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın həbsi: qardaşı “Lotu Quli”nin düşməni olub... - “PREZİDENTİN” KEÇMİŞ KÖMƏKÇİSİ İDİ
Bir neçə gün əvvəl Gürcüstanın separatçı Abxaziya bölgəsindəki qondarma rejimin “prezidentinin” keçmiş köməkçisi, “Abxaz” ləqəbli Axra Avidzba həbs olunub. Virtualaz.org xəbər verir ki, indi onun ötən il Antalyada güllələnən azərbaycanlı məşhur kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovla əlaqəsi üzə çıxıb. Belə ki, Axra Avidzbanın qardaşı kriminal avtoritetdir və “Lotu Quli”nin düşmənlərindən olub.
Muxalifet4 - 9-03-2021
NAXÇIVANIN SABİQ DAXİLİ İŞLƏR NAZİRİ HƏBS OLUNDU - Baş Prokurorluqdan aşıqlama
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Ə.Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.
Muxalifet4 - 9-03-2021
ƏLİ ƏHMƏDOV MEHDİYEVƏ YAXINDIR, GETMƏLİ İDİ” - "O "bala" Əli Həsənova dəfələrlə demişdim..."
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Hakim partiyanın ali tədbiri bir sıra istiqamətlər üzrə böyük yeniliklərlə müşayiət edildi. Bu qurultay bir zamanlar hakim partiyanı bütövlükdə nəzarətdə saxlayan şəxslərin mütləq əksəriyyətinin “zərərsizləşdirilməsi” baxımından da əhəmiyyətli sayıla bilər. Uzun illər narazılıq yaradan, hakimiyyətlə xalqın arasını vurmaqla özləri üçün münbit mövqe yaradan bu şəxslər bundan sonra YAP adından istifadə etmək imkanları da itirmiş oldular. Onların əvəzinə gənc və reputasiyası təmiz kadrlar irəli çəkildi.
Muxalifet4 - 9-03-2021