“BAKTELEKOM”UN RƏHBƏRİ DƏYİŞDİ - Rövşən Əliyev vəzifəsindən azad edildi
16-03-2021 17:21
Baxış sayı:
2204

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelekom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.
“Baktelekom”dan xəbəri təsdiq ediblər.