Dünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdi - 68 MİLYARD DOLLAR SƏRVƏTİ VAR
“Amazon” şirkətinin banisi Ceff Bezosun keçmiş arvadı, planetin ən zəngin qadını Makkenzi Skott məktəb müəlliminə ərə gedib.
Bu barədə “The Wall Street Journal” xəbər verir
Əlli yaşlı milyarder qadın Sietl Dendə Sietl-Leyksayd özəl məktəbində təbii elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə yeni ailə həyatı qurmağa qərar verib. Toy mərasimi kütləvi olmayıb.
Eyni zamanda, cütlük sərvətlərinin əhəmiyyətli bir hissəsini başqalarına xidmət etmək üçün köçürməyə razı olublar. Əlbəttə, bu, Skotta aiddir, çünki onun ikinci həyat yoldaşının iri kapitalı yoxdur.
“Daily Mail” isə qeyd edir ki, Bezos özü keçmiş arvadının nikahı haqqında xəbərə sevinib və Cuetti "əla oğlan" adlandırıb.
Qeyd edək ki, Makkenzi Skottun sərvəti 68 milyard ABŞ dollarıdır.