​QAZİLƏRİN XIRDA SAHİBKARLIQ FƏALİYYƏTİNƏ “SU QADAĞASI” - “Azərsu” 20 ilin “əlil köşkü”ndən 700 manat sayğac haqqı tələb edir

Baxış sayı:
1934

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 13 ünvanının yanındakı “əlil köşkü” 20 ildir bütün infrastrukturla təmin olunub. Xırda sahibkarlıq obyektinin su, qaz, işıq, telefon rabitəsi ilə təchizatı qanuna zidd olaraq əlillərin hesabına həyata keçirilib. Bu azmış kimi, su idarəsi smart sayğac quraşdırılmasına 700 manat tələb edib, suyu kəsməklə “xidmət göstərir”.
Su çərşənbəsi günü gizlincə, gecə oğruları kimi suyu kəsib qaçanla 06.03.2021-ci ildə “reketlik xidmətlərini” yenidən daha “yüksək” səviyyədə - su xəttini tamam kəsib atmaqla təkrar ediblər. “Ədalət” adına, su raketlərinin sayğac , reket haqqında 60 faiz endirim etdiklərini vurğulayaq. 700 manatlıq haqq 280 manata endirilib. Amma qanun, qərar, ümumiyyətlə fiziki şəxslərdən sayğaca görə ödəniş alınmasını qadağan edir. “Su təchizatı tullantı suları haqqında28 oktyabr 1999-cu il tarixli 723-IQ saylı Azərbaycan Respublikası Qanununun 31.1 -ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Bəs niyə bu yekəlikdə “Azərsu” dövlətin qanunu reket qaydaları ilə əvəzləyib?  Yoxsa, bu qurum Konstitusiyaya zidd fəaliyyət göstərir? Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəs qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən artıq vergiləri və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.
Ümid edirik ki, bağlantılı qurumlar su reketliyinin “xidməti”nə hüquqi qiymət verilməsində çətinlik çəkməzlər. Bu Konstitusiya , bu qanun,  bu da hüquq. ..
Məğrur BƏDƏLSOY