HAKİM PARTİYAYA BİRLƏŞƏN SİYASİ TƏŞKİLATLARIN SAYI 6 OLDU - Siyahı
5-03-2021 10:35
Baxış sayı:
998
Azərbaycanda altı siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərar qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası YAP-a qoşulmaq üçün müraciət edib.
Partiyaların müraciətinə YAP-ın bu gün keçirilən VII qurultayında baxılaraq qərar qəbul ediləcək.