TİFLİSDƏ 21 MÜXALİFƏTÇİ SAXLANILDI - Onlar arasında partiya lideri də var...

Baxış sayı:
843

Tiflisdə Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi qərargahı yaxınlığında 21 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılanlar arasında VMHP-nin liderlərindən biri Giorgi Baramidze də var.

Həmin şəxslər polisə müqavimət göstərməkdə ittiham olunurlar.