Axtarış

The search found 106385 results in 0.072 seconds.

Search results

  1. ​Ərəb ölkələrindən gözlənilməz qərar

    Ərəb Ölkələri Liqasının sammitində Gömrük İttifaqı və Ərəb azad ticarət zonasının yaradılması haqqında qərar qəbul olunub.
    Muxalifet.az “Rosbalt”a istinadən xəbər verir ki, qurumun baş katibinin müavini Husam Zəki birləşmənin məqsədinin 20 ərəb ölkəsinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin olduğunu bildirib.
    Beyrutda keçirilən sammitdə qəbul edilən daha bir vacib qərar isə Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının birgə kriptovalyuta yaratmaq niyyəti olub.

    Muxalifet - 21-01-2019

  2. ​Yeməkdən əvvəl 1 stəkan su içsəniz...

    Suyun kifayət miqdarda qəbulu sağlamlıq üçün ən vacib şərtlərdən biridir. Mütəxəssislərin fikrinə görə, gün ərzində böyüklər 1,5-2 litr su içməlidir.
    Sağlamolun.az-ın xəbərinə görə, mütəxəssislər yeməkdən əvvəl mütləq 1 stəkan su içməyi tövsiyə edir.
    Qida qəbulundan əvvəl içilən su metabolik prosesləri sürətləndirir, həzm sistemini işə salır. Bu isə qəbizliyin qarşısını almağa kömək edir.

    Muxalifet - 21-01-2019

  3. İsrail İran hədəflərinə havadan hücum etdi

    İsrail ordusu Suriyadakı İrana aid hədəflərə havadan hücum təşkil edib. Əsəd rejimi İsrailin qurudan və havadan keçirdiyi raket hücumunu dəf edərək çox sayda raketi məhv edib.
     
    Məlumata görə, İsrail ordusu Suriya ərazisindəki İran İnqilab Qvardiyasına bağlı xüsusi qüvvə olan Feylak el-Kudüs-ə aid hədəflərə hava hücumu təşkil edib.
    Ordu tərəfindən verilən yazılı açıqlamada, "İsrail müdafiə ordusu bu an etibarilə Suriyadakı Feylak el-Kudüs-ə aid hədəfləri vurur" deyə qeyd olunub.

    Muxalifet3 - 21-01-2019

  4. ​Çöpçüyə üz tutanlar MÜTLƏQ OXUSUN! Ölümə səbəb ola bilər

    Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

    Muxalifet - 21-01-2019

  5. Ukrayna-Rusiya arasında yeni böhran

     Ukrayna və Rusiya arasında yaşanan böhrana daha biri əlavə olunub. İki ölkə arasında artıq "biometrik viza rejimi" tətbiq olunacaq.
     
    Rusiyanın Krımı işğal etməsi və Ukraynadakı separatçılara dəstək verməsi səbəbiylə Rus vətəndaşlarını ölkəyə qəbul etməyən Ukrayna hökuməti yeni bir tətbiq həyata keçirməyə hazırlaşır.
     
    Viza rejimi artıq olmayacaq
     

    Muxalifet3 - 21-01-2019

  6. ABŞ Konqres üzvendən “Əsəd” açıqlaması: “Peşman deyiləm”

    ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü və 2020 prezident seçkiləri üçün namizədliyini açıqlayan Demokrat Tuluğu Gabbard, 2017-ci ildə Bəşşar Əsəd ilə Suriyada keçirdiyi görüşdən dolayı peşman olmadığını bildirib.
     
     Amerikanın CNN kanalında yayımlanan "Birliyin vəziyyəti" proqramına qatılan Gabbard, prezident namizədliyi ilə bağlı suallara cavab verib.
     
    Bunu etməliyik
     

    Muxalifet3 - 21-01-2019

  7. Rusiya bəyan etdi: "Yeni super raketimiz hazırdır"!

     Rusyanın Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Rogozin, Twitter-də verdiyi açıqlamada, “Yenisey” adı verilən yeni bir super ağır daşıyıcı raketin inkişaf etdirilməsinə hazır olduqlarını açıqlayıb.
     
    1 trilyon rubl xərclənəcək
     
     Yeni super ağır raketin inşasında, Rus kosmos və aviasiya şirkəti RKK Energiya, Proqress Raket Kosmos Mərkəzi və Hruniçev Dövlət Kosmos Araşdırma və İstehsal Mərkəzinin məsul olacağı qeyd edilib.

    Muxalifet3 - 21-01-2019

  8. ​Salyanda avtomobil piyadanı vurub

    Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    “Report”un Aran bürosu xəbər verir ki, qəza bu gün səhər saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.
    Həmin ünvanda yaşayan 1973-cü il təvəllüdlü Xəlilov Bəxtiyar Ağamalı oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.
    Daha əvvəl Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.

    Muxalifet - 21-01-2019

  9. ​Mehman Cavadoğluya ağır itki

    Tanınmış jurnalist Mehman Cavadoğluya ağır itki üz verib.
    BakuPost xəbər verir ki, M. Cavadoğlunun həyat yoldaşı Lətafət xanım vəfat edib. 
    Allah rəhmət eləsin!

    Muxalifet - 21-01-2019

  10. ​Azərbaycanda doğum evləri ilə bağlı qaydalar DƏYİŞİR

    Doğum evlərində (şöbələrində) "Körpə dostu" xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur.
    Muxalifet.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.
    Onun sözlərinə görə, "Körpə dostu" xəstəxana standartlarının ən əsas

    Muxalifet - 21-01-2019

  11. ​Azərbaycanlı iki uşağı ölümdən xilas etdi

    Çexiyanın Zlin şəhərində azərbaycanlı gənc Aslanov Ruslan yerli millətə məxsus iki uşağı yanan kafedə ölümdən xilas edib.
    Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 19-da baş verib.

    Muxalifet - 21-01-2019

  12. ​Cahagır Hacıyevin milyonluq məhkəməsi başlayır

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə

    Muxalifet - 21-01-2019

  13. ​Mustafa Abbasbəyli nazir müşaviri TƏYİN EDİLDİ

    Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib. 

    Muxalifet - 21-01-2019

  14. Terrorçudan etiraf: “Orada Allahın adını anmaq qadağandır”

    Terror təşkilatı PKK-ya qoşulduqlarından bir il sonra təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu R.K, "Təşkilatın ümumi olaraq gördüyü ilk şey üzvlərini dinindən uzaqlaşdırmaq olur" deyib.
     
     Hərəkətlərində məscid və ibadət yerlərini hədəf almaqdan çəkinməyən əli qanlı terror təşkilatı PKK-nın dini necə istismar etdiyi və necə din düşmənçiliyi etdiyi təslim olan terrorçunun açıqlamalarında əks olunub.

    Muxalifet3 - 21-01-2019

  15. Zimbabvedə etirazlar böyüdü, prezident Mnanqaqva xarici səfərini yarımçıq qoydu - ÖLƏNLƏRİN SAYI ARTIR...

    Afrika ölkəsi Zimbabvedə hökumət əleyhinə etirazların böyüməsi prezident Emmerson Mnanqaqvanı xarici səfərini yarımçıq qoymağa məcbur edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Azərbaycandan sonra Qazaxıstana səfər edən Mnanqaqva oradan ölkəsinə dönməyi qərara alıb. Mnanqaqva Qazaxıstana səfərinin ardınca Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa getməliydi.

    Muxalifet - 21-01-2019

  16. “AZƏRSUN”un BANKINDA KƏSKİN GERİLƏMƏ - “ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?

    “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) ötən ilin yekununa aid hesabatları bankın vəziyyətinin heç də yaxşıya doğru dəyişmədiyini göstərir. “AzPolitika.info”nun məlumatına görə, rəsmi hesabatda yer alan göstəricilər hətta bankın kiçildiyindən xəbər verir.

    Muxalifet - 21-01-2019

  17. ​Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları: XUSUSİ AMANSIZ QƏTL PLANI

    Həmyerlisini xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası azaldılıb. 1993-cü il təvəllüdlü Sabirabad şəhər sakini Vüqar Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlqıla qəsdən adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirli bilinib.

    Muxalifet - 21-01-2019

  18. ​Bakıda unikal təbiət hadisəsi - 2 qəsəbə BULUDUN İÇİNDƏ QALDI - FOTO

    Bu gün səhər saatlarında Bakının bir hissəsində maraqlı təbiət hadisəsi baş verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, paytaxtın Xocasən və Lökbatan qəsəbələrinin üzərinə bulud topaları çöküb. Ətrafdan baxanda qəsəbələr tamamilə görünməz olub və buludların içində itib.
    Təbiət hadisəsini əks etdirən fotonu təqdim edirik.

    Muxalifet - 21-01-2019

  19. Terrorçuların Əsədlə bazarlığının “yol xəritəsi” sızdırıldı

    Terror təşkilatı PKK/YPG-nin örtük təşkilatı DSG-nin ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Dəməşq rəhbərliyi ilə müzakirə üçün hazırladığı qeyd edilən yol xəritəsi sızdırılıb.
     
     Kürd və Ərəb mətbuatındakı xəbərlərə görə, 10 maddəlik planda unitar dövlət çətiri altında muxtariyyət, DSG-nın Suriya ordusuna qatılaraq sərhədi qoruması, mərkəzi parlamentdə təmsilçilik və ana dildə təhsil başlıqları yer alır.
    ANHA və Səudiyyə qəzeti “Şərq ül Evsat”-ın yayımladığı yol xəritəsində irəli çıxan təkliflər belədir:
    -Suriya torpaqlarının birliyi,

    Muxalifet3 - 21-01-2019

  20. ​Müstəntiqin SON QƏRARI: “Hacı Mazan”ı 5 ilədək... - VİDEO

    Binəqədi Rayon Polis İdarəsində "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov və adamlarının hərəkətləri ilə bağlı araşdırma başa çatıb. İdarənin müstəntiqi Samid Şavanov son qərarını verib və işi Binəqədi Rayon Prokurorluğuna göndərib. Qərara görə, Ramazan Zeynalov, onun sürücüsü Rəşad Kərimov və iş adamına məxsus "İnam Bayram” MTK-nın əməkdaşı Yunis Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs və ya təkrar tərəfindən xuliqanlıq) cinayət işi başlanıb.

    Muxalifet - 21-01-2019

Pages