Axtarış

The search found 106385 results in 0.087 seconds.

Search results

  1. ​Rusiyaya qarşı “ehtiyat plan”: bu çağırış MÜHARİBƏ BAŞLADA BİLƏR

    Estoniya jurnalisti Vahur Koorits ölkə ərazisində Sankt-Peterburqu vura biləcək raketləri yerləşdirməyi təklif edib.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Sputnik Estoniya” yazıb.
    Bundan başqa, o Rusiyanın ticarət donanmasına mane olmaq üçün hərbi gəmiləri əldə etməyə çağırıb. Belə addımlar, Kooritsin fikrincə, dünya siyasətinin indiki şərtlərində lazımdır və Estoniyaya Moskvanın dayandırılması üzrə “ehtiyat plan”a malik olmağa imkan verəcək.

    Muxalifet - 20-01-2019

  2. ​Rusiyanın müharibədən başqa yolu qalmayacaq - ŞOK PROQNOZ

    Əgər “Şimal axını-2” qaz kəməri tikilməsə, Rusiya və Ukrayna arasında müharibə başlanacaq.
    Bu sözləri siyasi texnoloq Dmitri Raimov “112 Ukrayna” telekanalının efirində deyib.
    “Əgər onlarda özlərinin əsas resursunu başqa yolla aparmaq imkanı olarsa, Ukraynanı unudacaqlar. Sadəcə unudacaqlar. Bu, bizim üçün yaxşıdır. Biz onlar üçün iqtisadi nöqteyi-nəzərdən maraqlı olmayacağıq”, - o bildirib.
    Onun sözlərinə görə, Moskva gələcəkdə qaz ixracında problemlərin yarana biləcəyini nəzərə alır.

    Muxalifet - 20-01-2019

  3. Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə... - VİDEO

    Fevralın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.
    Paytaxda bəzi küçə və prospektlərdə yol nişanlarında dəyşiklik ediləcək. Xüsusilə də son günlər sürücülərin narazılıq etdiyi dayanma və durma nişanları daha ciddi təhlil edilərək yenilənəcək.

    Muxalifet - 20-01-2019

  4. Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur

    Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur.

    Muxalifet4 - 20-01-2019

  5. "Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib" - GUAM-ın keçmiş baş katibi

    Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib.

    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu gürcüstanlı politoloq, GUAM - Demokratiya və iqtisadi inkişaf naminə Təşkilatın keçmiş baş katibi Valeri Çeçelaşvili deyib.

    Politoloq deyib: "Mən bu hadisələr barədə yalnız bakılı dostlarımın dediklərinə əsasən danışa bilərəm. 20 Yanvar hadisələri dağılmaqda olan imperiyanın aşınması idi və bu hadisələrə əsl vətənpərvərlər müqavimət göstərdi".

    Muxalifet4 - 20-01-2019

  6. ​20 yanvar xatirələri: Dostlarım gözümün qarşısında can verdi - VİDEO

    Yaşadığımız ömrün müxtəlif məqamlarında bizi düşündürən, narahat edən, sevindirən, ağladan, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən, bir anın içində əridib yox edə bilən hadisələrlə rastlaşırıq. Biz xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik.
    Düz 29 il öncə neçə soydaşımız ölümün gözünə dik baxa bildiyi üçün adlarını vətənpərvərlik tarixinə qanlı həriflərlə yazdılar.
    O qanlı gecədə bəxti üzünə gülüb canlarını sağ qurtaranlar da olub. Onlardan biri də 2-ci qrup 20 Yanvar əlili Mübariz İsmayılovdur.

    Muxalifet - 20-01-2019

  7. PSJ-dən darmadağın - 9:0

    PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.

    Muxalifet.az report-a istinadən bildirir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian Mbappe və Edinson Kavani isə het-trik edib.

    Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.

    Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.

    Muxalifet4 - 20-01-2019

  8. Ermənilərlə azərbaycanlılar barışa bilərmi? - İRƏVANDA SORĞU

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra Azərbaycan Xarici İşlər Nazirliyi "faydalı və çox müsbət fikir mübadiləsi aparıldığını" bəyan edib. XİN-in bəyanatında həmçinin erməni və Azərbaycan əhalisinin sülhə hazırlanacağı qeyd olunub. XİN-nin sözçüsü Leyla Abdullayeva deyib ki, çərşənbə günü iki ölkənin xarici işlər nazirləri Paris görüşündə "ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə" razılaşıblar.

    Muxalifet4 - 20-01-2019

  9. Balakəndə 31 yaşlı kişi başından bıçaqlandı

    Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Muxalifet4 - 20-01-2019

  10. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

    Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edir, şəhid məzarları qarşısında baş əyirlər. İzdihamın arasında Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.

    Muxalifet4 - 20-01-2019

  11. "ABŞ Əfqanıstanda İŞİD-ə dəstək verir" - GENERALDAN ŞOK AÇIQLAMA

    İran ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri briqada generalı Əhməd Rıza Purdastan bildirib ki, Əfqanıstanda minlərlə İŞİD yaraqlısı ABŞ və bölgə dövlətlərindən dəstək alır.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fars News" nəşri məlumat yayıb.

    "Əfqanıstan ərazisində böyük sayda, təqribən yeddi min İŞİD yaraqlısı var, onlara silah tədarükünü Səudiyyə Ərəbistanı, BƏƏ maliyyələşdirir, amerikalılar isə onlardan (terrorçulardan) İran, Rusiya və Çinə təzyiq vasitəsi kimi istifadə edirlər", - Purdastan bildirib.

    Muxalifet4 - 20-01-2019

  12. “Sankt-Peterburqu məhv edəcək raketlər quraşdırılmalı, Rusiyanın ticarət donanmasına əngəl olunmalıdır” – SENSASİON TƏKLİF

    Estoniya ərazisində Sankt-Peterburqu məhv edəcək raketlər quraşdırılmalı, Baltik dənizində hərbi gəmilər yerləşdirilərək Rusiyanın ticarət donanmasına əngəl olunmalıdır.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri estoniyalı jurnalist Bahur Koorits deyib.
     

    Muxalifet4 - 20-01-2019

  13. RUSİYA ƏTRAFINDA ÇƏMBƏR DARALIR - Amerika eskadra mina gəmisini Qara dənizə göndərdi

    ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "USS Donald Cook" eskadra mina gəmisi Qara dənizə yola düşüb.

    Muxalifet.az report-a istinadən bildirir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.

    Muxalifet4 - 20-01-2019

  14. 31 nəfər öldürüldü, onlarla yaralı var - KOALİSİYA QÜVVƏLƏRİNDƏN NÖVBƏTİ HÜCUM

    Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinin Baquz kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
     

    Muxalifet.az bildirir ki, bu barədə "al-Watan" qəzeti yazıb.
     
    Nəşr, həmçinin onlarla yaralının olduğunu, onların dinc insanlar - üç ailənin üzvləri olduğunu açıqlayıb. Hadisə qurbanları İŞİD yaraqlılarından qaçan zaman bombardman altına düşüblər.

    Muxalifet4 - 20-01-2019

  15. Ermənilərin başına 3 milyon qoyduğu şəhidin “qan pulu” verilmir: “Bu günə kimi heç bir imtiyazdan istifadə etmədiyimiz halda…” – PREZİDENTƏ MÜRACİƏT

    Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Zamanova Məhkurə Zaman qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

    Muxalifet4 - 20-01-2019

  16. Məhkəmə qərar verdi, icrasına imkan verilmir – ŞİKAYƏT

    Bakı şəhəri, Xətai  rayonu, M.Hadi küçəsi, ev86, m.58-də yaşayan Şirinova Aida Əşrəf qızı tərəfindəMuxalifet.azn redaksiyası

    Muxalifet4 - 20-01-2019

  17. İranlı şairənin inqilabı - MƏRAHİM NƏSİB YAZIR

    Sevgi görməyən bir qız uşağı, övladından ayrılmış ana, namussuz elan edilmiş aşiq, şeiri tanrısı hesab edən sənətkar və ən əsası isə, özünü tapmağa başlayanda həyatını itirən bədbəxt bir qadın-Füruğ Fərruxzad.
    Adının mənası işıq olan Füruğ, 1934-cü ildə Tehranda hərbiçi ailəsində dünyaya gəlir. Onun qara taleyi elə anadan olduğu gündən başlayır. Sanki hansısa qüvvə onu bilərəkdən bu bataqlığa atır ki, öz alovu ilə geridə qalanlara işıq saçsın.

    1951-ci ildə 17 yaşında məcburi olaraq ərə gedir.

    Muxalifet4 - 20-01-2019

  18. Nazirlər saatlarla nədən danışırlar...- İRƏVANDA MƏMMƏDYAROV-MNATSAKANYAN GÖRÜŞÜ TƏNQID OLUNUR

    Ermənistan və Azərbaycan XİN başçılarının Parisdəki görüşü göstərdi ki, beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesini yenidən gündəmə gətirmək istəyir. Virtualaz.org “Kavkazski uzel” portalına istinadən xəbər verir ki, buna baxmayaraq, politoloqların fikrincə, atəşkəs rejiminin pozulması hallarının təhqiqi mexanizmlərinin tətbiqi haqqında Vyana razılaşmalarının həyata keçirilməsi ilə bağlı məsələlər görüşün gündəliyinə daxil edilməyib.

    Muxalifet4 - 20-01-2019

  19. İstanbul Boğazı vahimə içində: ABŞ-ın savaş gəmiləri və Rusiya... - FOTO

    ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına aid “Amerika Donald Kuk” savaş gəmisi gecəyarısı İstanbul Boğazından keçib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Qara dənizə doğru hərəkət edən savaş gəmisinin görüntülərini “Röyters” agentliyi yayımlayıb. Gəminin kapitanı Metyu Pavel savaş gəmisinin Qara dənizdəki vəzifəsinin bölgədə təhlükəsizliyi təmin etmək olduğunu bildirib. Bu məqsədlə bölgədəki qüvvələrlə əməkdaşlığa hazır olduqlarını göstərmək istəyiblər. Kapitanın bu sözlərindən sonra Rusiyadan da məsələ ilə bağlı açıqlama gəlib.

    Muxalifet4 - 20-01-2019

  20. Stalinin itən xəzinəsi tapıldı: qızıl kitablar, 8 kiloqramlıq külçələr...

    Özbəkistanın paytaxtı Daşkənddə tarixi binalardan birinin zirzəmisində Stalinin 80-ci illərdə itən dəyərli əşyaları tapılıb.
     

    Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Özbəkistan Milli Universitetinin alimləri 1918-ci il Daşkənddəki şahzadə Romanov sarayına, Stalin rejiminin qurbanı olan Rusiya Ordusunun general-mayoru Jurabekə, həmçinin Avropadan və Sank-Peterburqdan gələn miqrantlara aid əşyaları üzə çıxarıblar.
     

    Muxalifet4 - 20-01-2019

Pages