Axtarış

The search found 106385 results in 0.017 seconds.

Search results

  1. ​Bakıda usta işlədiyi evdəki seyfdən külli miqdarda pul oğurladı

    Bakıda seyfdən oğurluq etmiş şəxs tutulub.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 21-01-2019

  2. ​“Azərbaycanın dinamik inkişafı erməni lobbisini narahat edir" - Deputat

    "Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul olunmuş son qərar "köhnə qitədə" sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür".
    Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib. 
    Deputat deyib ki, Qərbin bəzi dairələri və Avropa təsisatları tərəfindən sifariş xarakterli bu cür “sənədlər”in qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı gözügötürməzlikdən qaynaqlanır:

    Muxalifet - 21-01-2019

  3. ​Daha bir ölkədə QİYAM: Paytaxtın bir hissəsi ələ keçirildi

    Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.
    Muxalifet.az yerli KİV-ə istinadən xəbər verir ki, mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.
    Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.

    Muxalifet - 21-01-2019

  4. ​Hacı İsmayılov “Şöhrət” ordeni ilə TƏLTİF EDİLDİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacı İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
    Məlumata görə, sərəncamla Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.
    Qeyd edək ki, Azərbaycan xalq artistinin yanvarın 22-də 75 yaşı tamam olur./Unikal

    Muxalifet - 21-01-2019

  5. "Trabzonspor"a təklif: Azərbaycan çempionatına qatılın

    Türkiyə Superliqasının XVIII turu çərçivəsində keçirilən "Trabzonspor" - "Başakşəhər" qarşılaşması böyük səs-küyə səbəb olub. Qonaqların 4:2 hesabı ilə qalib gəldiyi görüşdən sonra trabzonlular qəsdən uduzdurulduqlarını iddia ediblər.

    Muxalifet - 21-01-2019

  6. Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər

    Azərbaycanda bir qrup hüquq müdafiəçisi - Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev həbsdə olan bloqer Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

    Muxalifet - 21-01-2019

  7. ABŞ İDARƏÇİLİYİNDƏ PARÇALANMA: Tramp qərarların qəbulunda "8-lər qrupu"nu kənara qoyub - TƏHLİL

    Sərdar Turqut,

    “Habertürk”ün Vaşinqton təmsilçisi, 21 yanvar 2019-cu il

    ABŞ-ın dövlət strukturunda “8-lər qrupu” (“Gang of Eight”) kimi tanınan, dünya mətbuatında, demək olar ki, müzakirə olunmayan çox önəmli bir qrup var.

    Muxalifet - 21-01-2019

  8. ​İlham Əliyev Mehman Hüseynovla bağlı TAPŞIRIQ VERDİ

    Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı Azərtac-a açıqlama verib. Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

    Muxalifet - 21-01-2019

  9. PKK sevicisi Makgurkdan yeni “Türkiyə” açıqlaması

     Türkiyəyə dair düşmən mesajlar verən ABŞ-ın İŞİD-la Mübarizə üzrə xüsusi nümayəndəliyi vəzifəsindən qısa bir müddət əvvəl azad edilən Brett Makgurk Vaşinqtonun NATO müttəfiqi Türkiyə kimi bir tərəfdaşın Suriyadan çəkilən ABŞ-ın yerini almasını gözləməsinin yanlış olduğunu deyib.
     
    Makgurk, "Bu real deyil. Əgər bizim qüvvələrimizə çəkilmə əmri verilmiş və bu zaman başqa bir koalisiya ortağının gəlməsi üçün bir formula tapmağa çalışırlarsa, bu əlverişli bir vəziyyət deyil. Tətbiq oluna biləcək bir plan deyil" deyib.
     

    Muxalifet3 - 21-01-2019

  10. ​Suriyada hər kəsin bir gündəliyi var - Çavuşoğlu

    Suriyada hər kəsin bir gündəliyi var. Hər kəs Türkiyə kimi Suriyanın sərhəd bütövlüyünə, suverenliyinə bu qədər suriyalı qardaşımızın əmin-amanlığı kimi baxmır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Muxalifet3 - 21-01-2019

  11. ​“Votsap” mesaj sayını məhdudlaşdırdı

    Votsap göndərilən mesajların yönləndirilməsi zamanı təyin edilən limitdə dəyişiklik edib. Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Viktoriya Qrand danışıb. Onun sözlərinə görə, əvvəllər 20 olaraq təyin edilən limit 5-ə endirilib. Layihə ilk olaraq Hindistanda sınaqdan keçiriləcək. Votsap bununla saxta informasiyaların qarşısının alınmasını istəyir. Qeyd edək ki, son 2 ildə Hindistanda barələrində saxta məlumatlar yayılan 40 nəfər öldürülüb.

    Muxalifet3 - 21-01-2019

  12. ​Maduro hərbi üsyanı yatırdı: Milli Qvardiya hərəkətə keçdi

    Venesuelada paytaxt Karakasda üsyanın qarşısı alınıb.
    Muxalifet.az xəbər verir ki, prezident sarayına bir neçə kilometr məsafədə Milli Qvardiya bir qrup şəxsin üsyanını yatırıb.
    Venesuela Silahlı Qüvvələri vətənə qarşı xaincəsinə hərəkət edən qüvvələrin hamısını ələ keçirdiyini bəyan edib.
    Hərbi qiyam cəhdinin baş verdiyi məhəllədə xalqın da etiraz aksiyalarında iştirak etdiyi, ancaq təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazla aksiyanın dağıdıldığı bildirilib.
     

    Muxalifet3 - 21-01-2019

  13. ​Türkiyə Suriyada elə bir idarə üsulu qurdu ki... - Ekspert

    Türkiyə ötən il müvəffəqiyyətlə "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatını birdi. Bu əməliyyatlardan sonra bölgədə mülki və inzibati quruluşun necə olacağı sınaq qarşısında qaldı.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan Türkiyənin Suriya üzrə eksperti Oytun Orxan önəmli məlumatlar verib.

    Muxalifet3 - 21-01-2019

  14. ​SON DƏQİQƏ: Azərbaycanda dövlət xidmətinin rəisi işdən AZAD EDİLDİ

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də Səxavət Salmanovla bağlı fərman imzalayıb.
    Muxalifet.az xəbər verir ki, fərmanda qeyd edilir ki, Səxavət Ibrahim oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.
     

    Muxalifet3 - 21-01-2019

  15. Belə xəbərdarlıq etdi: Hörmətli Ərdoğan, yeni hücum gəlir...

    Star qəzetinin yazarı Ardan Zentürk "Suriyada zaman daralır, ordu girməlidir" başlıqlı bir yazı qələmə alıb.
     
     Zentürk yazısında bunları qeyd edib:
    "Cənab Ərdoğan yeni hücum gəlir. Xəbərdar edirəm. ABŞ-dakı neo-con/sionist lobbi Ərdoğanı İŞİD-ə qarşı mübarizədə etibarsız (PKK-çı Brett Makgurkün “Vaşinqton Post” yazısı) və radikal təşkilatları silahlandıran (FETÖ-çu sionist Maykl Rubinin yazısı) qaranlıq portret olaraq təqdim edən yeni bir kampaniya başlayır.

    Muxalifet3 - 21-01-2019

  16. ​Konordan prezidentə: Rusiyada Həbiblə döyüşmək istəyirəm

    Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqorun planları haqqında danışıb.
    Muxalifet.az xəbər verir ki, irlandiyalı döyüşçü təşkilatın rəhbərinə UFC-nin yüngül çəkidə hazırkı çempionu Həbib Nurməhəmmədovla Rusiyada döyüşməyə hazır olduğunu vurğulayıb.
    “Konor ən yaxşı boksçularla mübarizə aparmağa hazırdır. O, mənə Həbiblə Rusiyada döyüşmək istədiyini bildirib”, - deyə UFC-nin rəhbəri qeyd edib.

    Muxalifet3 - 21-01-2019

  17. ​Dünyada sərmayələrin həcmi kəskin azaldı - Hesabat

    Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNSTAD) məlumatında bildirilir ki, 2018-ci ildə dünyada sərmayələrin sayı 19 faiz azalıb. Belə ki, 2017-ci ildə 1,47 trilyon dollar olan qlobal investisiyaların miqdarı ötən il 1,2 trilyon dollara enib.

    Muxalifet3 - 21-01-2019

  18. ​Türkiyədəki hərbi çevrilişlə bağlı qandonduran sözlər

    Bir rütbəli şəxsin telefon danışığına şahid oldum. Telefon danışığında o, "Komandirim tank girərsə, aeroportun fəaliyyəti dayanar. Tankların vətəndaşların arasından keçərək hava limanına daxil olması lazımdır", - dedi.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyədə hərbi çevrilişə cəhd günü İstanbulun Səbiha Gökçən hava limanınında keşiş çəkən hərbçi Ərdal Özkan bildirib.

    Muxalifet3 - 21-01-2019

  19. Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırıldı

    Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib.
    Muxalifet.az Vəkillər Kollegiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

    Muxalifet3 - 21-01-2019

  20. ​Kerç boğazında iki gəmi yanır

    Kerç boğazında iki gəmi yanır.
    Muxalifet.az xəbər verir ki, gəmilərdə Türkiyə vətəndaşlarının da olduğu bildirilib.
     

    Muxalifet3 - 21-01-2019

Pages