"Lux Residence"in evindən zorla çıxarmağa çalışdığı 86 yaşlı Piruzə İbrahimovadan ŞOK AÇIQLAMALAR - VİDEO

Baxış sayı:
1666

Muxalifet.az saytında “86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"?” sərlövhəli yazı dərc etmişdik. Yazıda qeyd etmişdik ki, "Lux Residence" tikinti şirkəti Bakı şəhər, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızını qanunsuz olaraq evindən çıxarmağa çalışır.

Belə ki, şirkət tərəfindən ərazidə yaşayan bütün sakinlərə yaşadıqları mənzilin hər kvadrat metri üçün 4000–5000 AZN məbləğində ödəniş təklif olunsa da, Piruzə İbrahimovanın evini yarı qiymətə almağa cəhd edirlər. Üstəlik, məhkəmə ilə də “anlaşaraq”, P.İbrahimovanın mənzilinin hər kvadrat metri üçün 2200 manat ödəniş edilməsi haqda qərar da çıxarıblar. Halbuki, yaşlı qadının evi prospektin tam kənarında, yəni tikinti üçün daha əlverişli ərazidə yerləşir. Bu səbəbdən, ədalətli yanaşma olsa, ən yüksək qiymət məhz onun evinə verilməlidir...

Dünənki yazıda da qeyd etdiyimiz kimi, məhkəmə prosesi zamanı eyni həyətdə yaşayan sakinlərə, Piruzə İbrahimovanın bütün qonşularına, eləcə də yaxın qohumlarına "Lux Residence" tərəfindən hər kvadrat metr üçün 5 min AZN ödənildiyi haqda çox sayda sənəd təqdim olunsa da(FOTOLAR), hakim 86 yaşlı qadının mənzilinə hər kvadrat metri üçün 2200 manat “qiymət qoyub”. Halbuki, həmin ərazidə elə mənzillər olub ki, sahəsi cəmi 11 kvadrat metr olsa da, "Lux Residence" onun qarşılığında İ.Qutqaşınlı küçəsində tikilən yeni binadan 45 kvadrat metr sahəsi olan tam təmirli mənzil verib.

Onu da qeyd etmişdik ki, yaşlı qadını öz evindən yarı qiymətə çıxarmağa çalışan tikinti şirkəti həmin ərazidəki binaların hər kvadratını “katlavandan”, yəni hələ bina tikilmədən ən azı 6 min AZN-ə satışa çıxarıb. Binanın alt mərtəbəsindəki obyektlər üçün isə 12-15 min manat ilkin qiymət müəyyən edilib.

Üstəlik, şirkət işçilərinin yaşlı qadını “yola gətirmək” üçün evinin damını yararsız hala saldığı və içəri yağış sularının dolduğu da iddia olunur.

Bütün bunlarla bağlı 86 yaşlı Piruzə İbrahimovanın özü ətraflı açıqlam verib. Hurriyyet.az onun video-açıqlamasını olduğu kimi təqdim edir:

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qeyd: “Lux Residence” tərəfindən ərazidə yaşayan digər sakinlərə hər kvadrat metr üçün təxminən 5 min AZN ödənilməsini təsdiq edən sənədləri də təqdim edirik: