Axtarış
The search found 106385 results in 0.018 seconds.
Search results
123 minə yaxın insan işıqsız qaldı
Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb.
Muxalifet.az xəbər verir ki, elektrik enerjisinin verilməsində problem elektrotexnika avadanlığında nasazlıq səbəbindən baş verib.
Nazirliyin məlumatında deyilir:
"Uru-Martanovsk rayonunun sakinləri, təxminən 122,5 min insan elektrik enerjisiz qalıb".
Qeyd edilir ki, elektrik enerjisinin verilməsini bərpa etmək üçün işlər aparılır.
Muxalifet3 - 20-01-2019
Aralıq dənizində zəlzələ: Türkiyə...
Aralıq dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Zəlzələnin episentrinin dənizin 33 kilometr dərinliyində olduğu və Türkiyənin Muğla vilayətində hiss edildiyi bildirilib.
Muxalifet3 - 20-01-2019
Akardan gözdağı: Onları xəndəklərə basdıracağıq
Türk əsgəri digər əməliyyatlarda olduğu kimi, "Zeytun budağı" hərəkatında da tarix yazdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar sözügedən hərəkatın ildönümü ilə bağlı çıxışında deyib.Muxalifet3 - 20-01-2019
Tibetdə zəlzələ baş verdi
Çinin Tibet muxtar bölgəsində 5 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 22:28-də Şiqadze şəhərinin Şetoqmyön bölgəsində qeydə alınıb.
Zəlzələnin episentri 10 km dərinlikdə olub.
Muxalifet3 - 20-01-2019
SSRİ-də baş verənləri Rusiya ilə eyniləşdirmirik - Səfir
Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində “Qara yanvar”ın 29-cu ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.Muxalifet3 - 20-01-2019
Ağdamda qadın əməliyyatdan sonra öldü
Ağdam rayonunda əməliyyat zamanı ölüm hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Tərtər rayonu, Evoğlu kənd sakini Südabə Məmmədova Ağdam Rayon Mərkəzi Xəstəxanasına əməliyyat olunub.
Lakin qadın əməliyyatdan sonra xəstəxanada dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Muxalifet3 - 20-01-2019
Mahaçqaladan Sabirabada uzanan qisas - Qətl planı
Həmyerlisini xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası azaldılıb. Muxalifet.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabirabad şəhər sakini Vüqar Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlqıla qəsdən adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirli bilinib.
Muxalifet3 - 20-01-2019
Putinin köməkçisindən Yaponiyaya sərt mesaj
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Yaponiya baş naziri Sindzo Abenin Kuril adaları ilə bağlı sözləri Vladimir Putinlə sülh sazişinə dair danışıqları çətinləşdirəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin yaydığı məlumatda deyilir.
“Bu sözlər danışıqları mürəkkəbləşdirəcək. Bu, dəqiqdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Abe Yaponiyanın Kuril adalarında yaşayan rusların oradan çıxarılmaması şərti ilə adaların cənub hissəsinə iddialı olduğunu bildirib.
Muxalifet3 - 20-01-2019
Rusiya İdlibə zərbə endirdi, ölən və yaralananlar var
Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyanın İdlib əyalətinin cənub-şərqində yerləşən yaşayış məntəqələrinə və müxalif dəstələrin obyektlərinə aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, nəticədə iki dinc sakin ölüb, doqquz nəfər yaralanıb.
Bildirilir ki, Cisir Aş-Şuqur rayonunda Xan As-Subul və Biksereye kəndlərinə azı üç aviazərbə endirilib.
Muxalifet3 - 20-01-2019
Türkiyə liqasında inanılmaz: futbolçu 1 dəqiqə ərzində...
Türkiyə Super Liqasında həftənin matçında "Medipol Başakşəhər" və "Trabzonspor" klubları üz-üzə gəlib. Muxalifet.az xəbər verir ki, matç "Başakşəhər"in 4-2 hesablı qələbəsi ilə yekunlaşıb. Trabzon təmsilçisinin futbolçusu Ekuban 1 dəqiqə ərzində həm öz qapısına, həm də rəqib qapıya qol vurmaqla inanılmaz bir nəticəyə imza atıb. "Başakşəhər"in digər qollarını İrfan Can, Klişi və Viska, "Trabzonspor"un ikinci qolunu isə gənc ulduzu Yusif Yazıçı vurub.
Muxalifet3 - 20-01-2019
SON DƏQİQƏ: Telestudiyaların yerləşdiyi bina yanır
Vaşinqtonda Foks Nyus, MSNBC və C-Span telestudiyalarının yerləşdiyi binada yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə paytaxtın yanğından mühafizə idarəsi məlumat yayıb.
Böyük ehtimala görə, yanğın qısaqapanmadan baş verib və tez bir zamanda söndürülüb.
Olay zamanı xəsarət alan olmayıb.
Muxalifet3 - 20-01-2019
Malidə BMT sülməramlıları qətlə yetirildi
Malidə BMT sülməramlıları öldürülüb. Muxalifet.az xəbər verir ki, 8 nəfər sülhməramlı Aqelk qəsəbəsində hücum nəticəsində qətlə yetilirib. Bildirilir ki, hücum zamanı çox sayda yaralananlar da olub. Qeyd edək ki, Malidə təhlükəsizlik sahəsində xüsusi vəzifələrin yerinə yetirilməsi məqsədi ilə 2013-cü ilin aprel ayında MINUSMA sülhməramlı missiyası yaradılıb. 2018-ci ilin oktyabr ayında missiya üzvlərinin sayı 15 minə çatıb.
Muxalifet3 - 20-01-2019
Qorbaçov Bakıda baş verənlər haqda belə deyirdi - Trofimçuk
1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan tədbirdə rusiyalı politoloq, publisist Qriqori Trofimçuk bildirib.Muxalifet3 - 20-01-2019
Misirdə növbəti nadir tapıntı - Foto
Misirdə qədim çarlıq dövrünə aid (e.ə XXIII-XXI əsrlər) məzarlıqlar aşkar edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Qədimi Abidələrlə iş üzrə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Birmingem universitetindən olan arxeloqlar ölkənin Asuan ərazində müxtəlif ölçüdə 6 qəbiri tapmağa nail olublar.
Abidələrlə iş üzrə Ali Şuranın baş katibi Mustafa Vəziri bildirib ki, qəbirlərdən birinin girişinin salamat vəziyyətdə olmasına baxmayaraq, yüzillər öncə burada qarət hadisəsi baş verib.Muxalifet3 - 20-01-2019
Tramp açıqlamadı, media isə tirajladı – Görüş yeri
ABŞ Prezidenti Trampla Şimali Koreya lideri Kim Çen İnin görüşü Vyetnamda baş tuta bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
Qeyd edək ki, Tramp Kim Çen İnlə fevralın sonunda görüşəcəyini açıqlasa da, təhlükəsizlik baxımından görüş yeri barədə məlumat verməmişdi.
“Blumberq” görüş yerinin paytaxt Hanoyla bərabər, Vyetnamın Dananq və ya Hoşimin şəhərlərində keçirilməsinin mümkünlüyünü qeyd edib.
Muxalifet3 - 20-01-2019
Rəcəbov heç-heçə etdi, Məmmədyarov isə...
“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar. Muxalifet.az xəbər verir ki, növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib. Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub. Səkkizinci turun oyunları davam edir.
Muxalifet3 - 20-01-2019
Suriya üçün kritik həftə
Bu həftə Suriya üçün kritik əhəmiyyətə malikdir. ABŞ-ın Suriyadan qoşunlarını çəkmə qərarından sonra prezidenti Rəcəb Tayyib Ərdoğan 23 yanvarda Rusiyada prezident Vladimir Putinlə görüşəcək.
Muxalifet3 - 21-01-2019
Almaniyada böhran: Silah istehsalçısından hökumətə təhdid!
Alman silah istehsalçısı olan şirkətin Səudiyyə Ərəbistanına silah embarqosunun davam etdiyi təqdirdə gəlir itkisinə məruz qalacaqlarına görə, hökumətə təzminat məhkəməsi iddiası açacağı ilə təhdid etdiyi irəli sürülüb.
“Spiegel” jurnalının xəbərində, Alman silah istehsalçısı “Rheinmetall”-ın, Almaniya İqtisadiyyat Nazirliyinə məktub yazaraq Səudiyyə Ərəbistanına silah embarqosunun davam etməsi vəziyyətində gəlir itkisinə məruz qalacağına görə, təzminat davası açacağı qeyd edilib.
ŞİRKƏTİN HÜQUQU VAR
Muxalifet3 - 21-01-2019
Ərdoğandan Trampa: Biz hazırıq!
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan və Tramp arasında baş tutan telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, Suriyada baş verən son proseslər müzakirə olunub.
Telefon danışığında, ötən həftə Münbiçdə baş verən iyrənc terror hücumunda həyatını itirən Amerikalı əsgərlər üçün baş sağlığı verən Ərdoğan, bu hadisənin ABŞ-ın Suriyadan çəkilmə qərarına təsir etməyə yönəlmiş bir təxribat olduğunu ifadə edib.
Muxalifet3 - 21-01-2019
Kəşfiyyat məlumatı: PKK liderlərə sui-qəsdə hazırlaşır!
Türkiyənin daxili işlər naziri Süleyman Soylu iştirak etdiyi Seçki Bölgə Təhlükəsizlik Konfransında etdiyi çıxışında, "Terror təşkilatı PKK-nın hakimiyyət itirdiyi bölgədə qorxu salmaq istəyir. Xüsusilə bu seçkidə regionun tayfa liderləri kimi nüfuzlu şəxslərə sui-qəsd planlaşdırdığı haqda kəşfiyyat məlumatı aldıq" deyib.
Muxalifet3 - 21-01-2019




















