Axtarış
The search found 106385 results in 0.025 seconds.
Search results
SOCAR-da həyata keçirilən islahatlar açıqlandı
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) davamlı inkişaf, korrupsiyaya qarşı mübarizə və şəffaflıq, risklərin idarə olunması, satınalma əməliyyatlarının idarə olunması və s. sahələr üzrə korporativ standart və qaydalar tətbiq edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə report-un SOCAR-da son illərdə həyata keçirilmiş islahatlar (optimallaşdırma tədbirləri, təşkilati strukturun, idarəetmənin, istehsalatın optimallaşdırılması tədbirləri) barədə sorğusuna cavabda qeyd edilib.Muxalifet3 - 19-01-2019
Rusiya Nudolu hərəkətə gətirdi: 17 dəqiqəyə 3 min kilometr...
Rusiya Silahlı Qüvvələri A-235 PL-19 Nudol anti-peyk müdafiə sistemindən istifadə etməyə başlayıb. Muxalifet.az xəbər verir ki, bunu sputnik -ə açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib. “Bu raket məlum bir silahdır. Nudol hələ SSRİ dövründə istehsal edilib, uğurla sınaqdan keçirilərək ordunun xidmətinə verilib. Hər vəziyyətdə dəqiq analiz həyata keçirilir, çünki seçim prinsipləri üzə çıxarsa, qarşı tərəf anında onu gizlətmək üçün tədbir görür” - Sivkov söyləyib.
Muxalifet3 - 19-01-2019
Türkiyənin hərbi helikopteri qəza enişi etdi
Ankara-Samsun marşrutu ilə uçan “Sikorsky” tipli hərbi helikopter qəza enişi etmək məcburiyyətində qalıb.
Muxalifet.az xəbər verir ki, buna səbəb havadakı qatı duman olub. Göyərtəsində 2 pilot və 5 hərbçi olan helikopter Çorum vilayətinin Sungurlu rayonu ərazisində yerə enib.
Ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Muxalifet3 - 19-01-2019
ŞOK: Tramp keçmiş ABŞ prezidentlərini bu cür ALÇATDI
Heç bir ABŞ prezidenti mənim qədər iş görməyib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter səhifəsində yazıb.
“Nyut Qinqriç (ABŞ-da Nümayəndələr Palatasının keçmiş rəhbəri) bir müddət öncə Avraam Linkolndan bəri medianın heç bir prezidentə mənə davrandığı kimi pis və ədalətsiz münasibət göstərmədiyini dedi. Eyni zamanda heç bir ABŞ prezidenti bu vəzifədə iki ildə bu qədər iş görməyib”, - deyə o qeyd edib.
Muxalifet3 - 19-01-2019
İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - Bəyanat
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pislənildiyi qeyd olunur.
Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandılılmasına çağırış edilib.Muxalifet3 - 19-01-2019
“Mən Bakıyam, məni yandırırlar” - Xanım səfir - FOTO
Dünən Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilib.
Muxalifet3 - 19-01-2019
İbrahim Qalın: Makqark PKK-nı təbliğ edir
ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının keçmiş sözçüsü Bred Makqarkın Türkiyənin Suriya məsələsində etibarlı partnyor olmaması barədə fikirləri PKK terror təşkilatının təbliğatından ibarətdir. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın deyib. O bildirib ki, Bred Makqark PKK-nın təbliğatını aparır. Qeyd edək ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının keçmiş sözçüsü Bred Makqark “Vaşinqton Post”a yazdığı məqaləsində ABŞ-ın dəstəyi olmadan Türkiyənin Suriyada hərəkət etmək qabiliyyətinə malik olmadığını qeyd edib.
Muxalifet3 - 19-01-2019
"Qarabağ"dan inamlı qələbə: çexlər məyus edildi
“Qarabağ” da bu gün ikinci yoxlama matçına çıxıb.
Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçisi “Bohemians” klubu ilə qarşılaşıb. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimizin qollarına Ozobiç, Gerye və Slavçev imza atıb.
Muxalifet3 - 19-01-2019
Kurts: Sərt və dağınıq Breksit zərər verir
Əgər London nizamlı strategiya və plan ortaya qoyarsa, Avropa Birliyindən çıxış tarixinin bir neçə ay da təxirə salınması düşünülə bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avstriya Baş naziri Sebastian Kurts deyib. Sərt və dağınıq Breksitin həm Böyük Britaniyaya, həm də Avropa Birliyinə zərər verəcəyini qeyd edən Kurts tərəflərin "razılaşdırılmamış Breksit"dən qaçmasının lazım olduğunu bildirib.
O, həmçinin AB-nin hər ssenariyə hazırlıqlı olduğunu vurğulayıb.Muxalifet3 - 19-01-2019
Mübariz Mənsimov hakimiyyətə MEYDAN OXUDU : “Şərəfli həyat varkən...” - FOTO
Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsimov Azərbaycan hakimiyyətini sərt tənqid edib.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Mübariz Mənsimov sosial şəbəkədə paylaşdığı statusunda Azərbaycan hakmiyyəti tərəfindən ona edilən xəbərdarlığa sərt reaksiya verib:
"Bu gün bir azərbaycanlı məmur yanıma gəlmişdi. Sözünün məğzi bu idi ki, rüşvəti, yalanı görməyin, danışmayın. Yəni, görmə, duyma, danışma. Bu günə qədər olmayıb, ancaq bu yazdıqların sənə Azərbaycanda düşmən qazandıracaq.Muxalifet3 - 19-01-2019
Fransada "sarı jiletlilər" yenidən küçələrə axışdı
Bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən “Sarı jiletlilər” hərəkatının növbəti etiraz aksiyalarında 27 min nəfər iştirak edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.
Məlumata görə, Parisin küçə və meydanlarına isə 7 min etirazçı çıxıb və onlardan 20-si həbs edilib.
Muxalifet3 - 19-01-2019
Haşdi-Şabi Suriyada İŞİD-i vurdu
Haşdi-Şabi terror qruplaşması Suriyada İŞİD-i vurub.
Muxalifet.az xəbər verir ki, bu barədə Haşdi-Şabi komandiri Qasım Muslih məlumat yayıb. O, əməliyyatın Suriyanın Suse bölgəsində həyata keçirildiyini, hücum nəticəsində 35 İŞİD üzvünün öldürüldüyünü bildirib.
Muslih Suriyada sərhəd bölgələrinin təhlükəsizliyinə nəzarət etdiklərini və İŞİD-in bölgədəki bütün hərəkətlərini izlədiklərini söyləyib.
Muxalifet3 - 19-01-2019
İsrail HƏMAS-la danışıqlara başlayıb?
İsrail girovların dəyişdirilməsinə hazır deyil.
Muxalifet.az xəbər verir ki, bunu HƏMAS sözçüsü Fevzi Bərhum deyib. O, sözügedən məsələ ilə bağlı hər hansı yenilik olmadığını söyləyib.
Qeyd edək ki, bu gün “Əl-Arabia əl-Cədid” qəzeti İsraillə HƏMAS arasında girovların dəyişdirilməsi üçün müzakirə aparıldığını yazmışdı.
Muxalifet3 - 19-01-2019
Prezidentdən ŞOK: Qaşıqçının ölümündə yanlış olan nədir?
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vətəndaşının sui-qəsdə məruz qalmasında yanlış olan nədir?
Muxalifet.az xəbər verir ki, bu sözləri Qəmər adaları Prezidenti Azali əs-Sumani qətlə yetirilən jurnalist Camal Qaşıqçı barədə danışarkən deyib. O, Qaşıqçının qətlinin adi bir ölüm hadisəsi olduğunu söləyib:
“Bu məsələni kral Salmana çatdırmağınızı və narahat olmamasını söyləməyinizi istəyirəm. Hər gün dünyada yüzlərlə insan ölür və kimsə bunu qınamır”.Muxalifet3 - 19-01-2019
Sərdar Ortaç Gürcüstana buraxılmadı
Türkiyəli məşhur müğənni Sərdar Ortaç konsert vermək üçün getdiyi Gürcüstana buraxılmayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı müğənni İnstaqram hesabında paylaşıb. O bildirib ki, hava limanının təhlükəsizlik əməkdaşları MS xəstəliyi səbəbilə istifadə etdiyi dərmanlara görə paltarlarını soyunduraraq üzərini axtarıblar.
Müğənni bundan əsəbləşərək, "Məni bir parça sevirsinizsə, Gürcüstana addım atmayın", - deyə İnstaqramda çağırış edib. Daha sonra isə o, bu paylaşımını silib və yeni video paylaşaraq dostları sayəsində ölkəyə daxil olduğunu söyləyib.Muxalifet3 - 19-01-2019
İrandan Venesuelaya dəstək: ABŞ-ın müdaxilələrinə qarşı...
İran Vaşinqtonun qeyri-qanuni müdaxilələrinə qarşı Venesuelanı dəsətəkləyir.
Muxalifet.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. O, Venesueladakı problemlərin yalnız ölkədəki siyasi tərəflər arasında dialoqla həll edilə biləcəyini söyləyib:
“Bu ölkənin daxili işlərinə hər cür müdaxilə vəziyyətin daha da qarışıq bir hala düşməsinə səbəb olacaq”.Muxalifet3 - 19-01-2019
Черный январь: мы должны знать всю правду
«Самая жестокая тирания та, которая выступает под сенью законности и и под флагом справедливости». Монтескье 20 января в Азербайджане объявлено Днем всенародной скорби в связи с трагическими событиями 1990 года, когда в Баку были введены советские войска для удержания власти коммунистической партии в стране. Январские события – это не только одна из самых трагических страниц в истории Азербайджана, как «черный» или «кровавый» январь, но и одно из самых кровавых деяний репрессированного режима за все годы советской власти.
Muxalifet4 - 19-01-2019
20 yanvar faciəsi Rasim Sadıqovun şəkillərində - FOTO
Məşhur azərbaycanlı fotoqraf Rasim Sadıqov 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biridir. Belə ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin azadlığı və müstəqilliyi naminə şəhid olmuş azərbaycanlı oğul və qızlarımızın yaratdığı qəhrəmanlıq salnaməsi hələ də Rasim Sadıqovun fotolarında yaşamaqdadır. Xatırladaq ki, 19-20 yanvar 1990-cı il gecəsi sovet ordusu tərəfindən Bakıda 137 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.
Muxalifet4 - 20-01-2019
Rusiyadan Türkiyəyə pomidorla bağlı daha bir jest
Rusiyaya daxil olmasına icazə verilən türk pomidorunun kvotası 50 min tondan 100 min tona yüksəlib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli deyib.
Almaniyada XI Dünya Qida və Kənd Təsərrüfatı Forumu çərçivəsində keçirilən kənd təsərrüfatı nazirləri konfransından sonra jurnalistlərə açıqlama verən Pakdəmirli, "Rus həmkarımla görüşdük. Ən böyük üstünlüyümüzdən biri də 50 min ton pomidor kvotamızı 100 min tona yüksəltməyimiz oldu", - deyə bildirib.
Muxalifet - 20-01-2019
Dəhşətli QƏZA: iki avtobus toqquşdu, 22 nəfər öldü
Boliviyada iki avtobusun toqquşması nəticəsində azı 22 nəfər həyatını itirib.
"Report" ABI-yə istinadən xəbər verir ki, yol qəzası Çalyapata bələdiyyəsi ərazisində baş verib.
Qəza nəticəsində eyni zamanda 37 nəfər xəsarət alıb.Muxalifet - 20-01-2019




















