Rusiya bəyan etdi: "Yeni super raketimiz hazırdır"!
21-01-2019 09:16
Baxış sayı:
8290

Rusyanın Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Rogozin, Twitter-də verdiyi açıqlamada, “Yenisey” adı verilən yeni bir super ağır daşıyıcı raketin inkişaf etdirilməsinə hazır olduqlarını açıqlayıb.
1 trilyon rubl xərclənəcək
Yeni super ağır raketin inşasında, Rus kosmos və aviasiya şirkəti RKK Energiya, Proqress Raket Kosmos Mərkəzi və Hruniçev Dövlət Kosmos Araşdırma və İstehsal Mərkəzinin məsul olacağı qeyd edilib.
Super ağır raketin inkişaf etdirilməsi üçün təxminən 1 trilyon rubl (15 milyard dollar) sərf olunacağı ifadə edilib.
Müxalifət.az




















