Axtarış
The search found 106385 results in 0.016 seconds.
Search results
MDB-nin ən yaxşı qış kurortları: Azərbaycan ilk üçlükdə
Qış məzuniyyəti üçün MDB-nin ən yaxşı kurortları olaraq Belarus, Qazaxıstan və Azərbaycandakı istirahət mərkəzləri seçilib.
Muxalifet.az “TurStat” analitik agentliyinə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 32%-i öz səslərini Belarusun Minsk bölgəsinin Loqoysk və Siliçi istirahət mərkəzlərinə səs veriblər.
Qazaxıstanın Almatı şəhəri yaxınığındakı Çimbulak kurortuna 23% səs verib. 16% isə Azərbaycandakı Şahdağ və Tufandağ kurortlarını ən yaxşı hesab ediblər.Muxalifet - 21-01-2019
Quldurların əlindən qaçdı, zirehli "Gelandewagen"inə oturub onları güllələdi - Moskvada film kimi olay
Moskvanın mərkəzində iri məbləğdə pul tələb edən cinayətkarlara adı çəkilməyən şəxs müqavimət göstərib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu məlumatı "RİA Novosti" yayıb.
Bildirilib ki, cinayətkarlar həmin kişini oğurlayaraq, evinə gətirib, ondan 20 milyon rubl (300 min dollardan çox) pul tələb ediblər.Muxalifet - 21-01-2019
“48 saat ərzində İsrailin 30 raketi zərəsizləşdirilib” – Rusiya Müdafiə Nazirliyi
İsrail qırıcılarının Suriya paytaxtı Dəməşqi bombalaması nəticəsində azı 11 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı yanvarın 21-də Suriya İnsan Hüquqları Monitorinq Təşkilatı yayıb.
Təşkilatdan bildirilib ki, ölənlər ya hərbçi, ya da silahlı birləşmələrin döyüşçüləridir. Onlardan ikisinin suryalı olduğu qeyd edilib.
Rusiya Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzindən bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri (Bəşşar Əsədə bağlı) 48 saat ərzində İsrailin 30 raketini zərəsizləşdirib.
Muxalifet - 21-01-2019
Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.
BakuPost xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Mərkəzdən deyilib ki, həmin dərmanlar ötən il ərzində geri çağırılıb.
Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.Muxalifet - 21-01-2019
Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü
4 gün əvvəl Kürdəmir şəhərində baş vermiş ağır yol qəzasında ölən 28 yaşlı Valeh Zərbəliyevlə bağlı bəzi məqamlar aydınlaşıb.
Rayonun mərkəzindəki Heydər Əliyev prospektində saat 21 radələrində “Mercedes” markalı avtomobilin vurub əks zolaqda hərəkət edən “Kia”nın altına atdığı və hadisə yerində ölən 1991-ci il təvəllüdlü Zərbəliyev Valeh Ağəli oğlunun bacısı bir müddət əvvəl vəfat edibmiş. Belə ki, gənc oğlanın bacısı yaşadığı mənzildə dəm qazından boğularaq ölübmüş.Muxalifet - 21-01-2019
"Bakı Nəqliyyat Agentliyi beşinci təkəri xatırladır... " - EKSPERT BNA-NIN LƏĞV EDİLMƏSİNİ İSTƏYİR
"Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, NK-nin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır".
Muxalifet.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir İsmayıl sosial şəbəkədə yazıbMuxalifet - 21-01-2019
Hava dumanlı olacaq
Yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək.Muxalifet - 21-01-2019
Hücumdan sonra yeni həmlə! ABŞ hərəkətə keçdi
Suriyanın Münbiç şəhərində ABŞ əsgərləri bombalı terror hücumuna məruz qaldı və 4 ABŞ əsgəri öldürüldü. Bölgədən çəkilməyə qərar verən ABŞ, əsgərlərə yönəlik hücumdan sonra bölgədə təhlükəsizliyi təmin etmək üçün hərəkətə keçib. Hücumdan sonra ABŞ əsgərləri Münbiçdə patrullarını artırıb. Patrul zamanı ABŞ tankları da Münbiçdə görülüb.
YENİ QÜVVƏLƏR CƏLB OLUNDU
Muxalifet3 - 21-01-2019
Nuradan ŞOK SÖZLƏR: İndi kişilər xanımı bir işarə ilə əldə edir və...
Bu yaxınlarda "Dönmək olmur" adlı mahnıya çəkilən yeni klipi ilə tamaşaçılarını sevindirən Nura Suri karyerasının parlaq və məhsuldar dövrlərini yaşamasına baxmayaraq, məhəbbətinə layiq olan insanla qarşılaşarsa, heç düşünmədən sənətdən uzaqlaşa biləcəyini etiraf edib.
Yaradıcılıq fəaliyyətinə aktiv şəkildə davam edən ifaçı Publika.az-a müsahibə verib.
- Nura Suri hər zaman şən və enerjilidir. Nədir sizə güc verən?
Muxalifet - 21-01-2019
ABŞ-ın Türkiyəyə təqdim etmək istədiyi 3 ayrı PKK / YPG planı!
Haber7.com-un yazarı Taha Dağlı ABŞ-ın təhlükəsiz bölgə üçün Türkiyəyə təklif etməyi düşündüyü 3 ayrı planın detallarını qələmə alıb.
Taha Dağlı – Haber7
Təhlükəsiz zonasının sərhədləri müəyyəndir, lakin bu bölgəyə nəzarət edən kim olacaq və ya bu suallara cavab vermək üçün ABŞ bir sıra alternativ planlar üzərində durur.
Suriyanın 32 kilometr şimalında 460 kilometrlik təhlükəsiz zona qurulacaq.
Sərhədlər müəyyəndir, ən vacib şey xəttin nəzarətini necə yaratmaqdır.Muxalifet3 - 21-01-2019
Aparıcı Fazil Talıbovdan şikayət etdi: "Küçələrdə qalan qadına reaksiya verilmir”
“Space” TV-nin aparıcısı Amil Xəlil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbonun fəaliyyətini tənqid edib.
Muxalifet.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən aparıcı bildirib ki, 1 aydır “Vasmoy” bazarında gecələyən Zibər Abbasova adlı yaşlı qadınla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbova müraciət edib:Muxalifet - 21-01-2019
Ermənistanın keçmiş səfirindən aprel döyüşləri ilə bağlı ŞOK İTTİHAMLAR - “Sarqsyan və komandası vətənə xəyanət edib”
Ermənistanın Avstriya və Macarıstandakı sabiq səfiri Arman Navasardyan aprel döyüşləri zamanı hakimiyyətdə olan Serj Sarqsyana qarşı ağır ittihamlar irəli sürüb.
Muxalifet.az BakuPost-a istinaden xəbər verir ki, səfirin Armtimes.com saytında dərc olunan müəllif yazısında yüksək vəzifəli şəxsləri vətənə xəyanətdə ittiham edib.
WorldMedia.Az saytının tərcümə etdiyi "Xidməti səhlənkarlıq, yoxsa hərbi-siyasi cinayət?" başlıqlı həmin yazını təqdim edirik:Muxalifet - 21-01-2019
Tomas de Vaaldan SENSASİON AÇIQLAMA: “İlk dəfədir ki, Qarabağ danışıqlarında...”
“Son bir neçə ildə ilk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur”.
Muxalifet.az bildirir ki, bu sözləri britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətində hansı dəyişikliklərin gözlənildiyi haqda axar.az-a danışarkən deyib.Muxalifet - 21-01-2019
İsrail hücum etdi, İran açıqladı: "İsraili məğlub etməyi səbrsizliklə gözləyirik"
İsrail ordusu gecə yarısında İran hədəflərinin Suriyada vurulduğunu açıqlayıb. Döyüş təyyarələri bazar ertəsi günün ilk saatlarında İrana məxsus Qüds qüvvələrinin mövqelərini hədəf alıblar.
Suriyanın rəsmi mətbuatı hava müdafiə sistemi tərəfindən hücumun dəf edildiyi və İsrail raketlərinin zərərsizləşdirildiyini açıqlayıb.Muxalifet3 - 21-01-2019
Azərbaycanlı müğənni bacısının DƏHŞƏTLİ ÖLÜMÜNDƏN DANIŞDI: "Cəsədi yanıb, tikə-tikə olmuşdu"
Müğənni Cəmilə Bayramova (Elitstar Cəmilə) ATV-nin "Şou ATV" verilişinin qonağı olub.
Muxalifet.az xəbər verir ki, müğənni ilk dəfə bacısının dəhşətli ölümündən danışıb.Muxalifet - 21-01-2019
Ruhani etiraf etdi: Biz səhv etdik
İran prezidenti Həsən Ruhani ölkəsində internetdən istifadənin məhdudlaşdırılmasını tənqid edərək "İnternetə qadağa qoymaqla biz səhv etdik" deyib.
Ruhani yeni texnologiyaların bir çox faydası ilə yanaşı, bəzi təhlükələr olduğunu da ifadə edərək, inkişaf edən texnologiyanın insanların həyatından çıxarılmayacağını söyləyib.
"İnternetə qdağa qoyulmasında səhv etdik" deyən Ruhani, hər şeyi bir sərəncamla qadağan edə biləcəklərini, ancaq insanlar bu qadağaları aşa biləcək proqramlarla qadağaların müvəffəqiyyətsiz olduğunu ortaya qoydular.Muxalifet3 - 21-01-2019
İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM YARADILIR
Bakıda istifadəyə verilən “novostroykalar”la bağlı problem bitmək bilmir. Son vaxtlar istifadəyə verilən bu yeni yaşayış binlarında daha bir problem ortaya çıxıb. Mənzil Tikinti Korperativləri (MTK) kommunal borcları (lift, zibilpulu) ödəməyən vətəndaşların işıq, qaz və suyunu kəsirlər. Vətəndaşların kommunal borcları ödəməməyinin əsas səbəbi isə onlara ödəniş müqabilində qəbz və yaxud hər hansı sənəd verilməməsidir.
Bu özbaşınalıq Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun şəriki olduğu yaşayış binalarında daha da artıb.
Muxalifet4 - 21-01-2019
Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB - YENİLƏNİB
Bir müdət idi ki, Babək prospektində çökmə yox, asfalt örtüyünün qabarması halı müşahidə olunurdu. Bu vəziyyət, sadəcə, yolda yox, səkidə və səkidən kənar hissələrdə də var idi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Avtomobil Yollarının sözçüsü Anar Nəcəfli qafqazinfo-ya açıqlamasında bildirib. O qeyd edib ki, əraziyə texniklər cəlb olunub və araşdırma aparılıb:
Muxalifet4 - 21-01-2019
İcra başçısını güllələyən məhkum həbsxanada öldü - FOTO
Ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ömürlük məhbus, 1967-ci il təvəllüdlü Elbrus İbrahimov vəfat edib.
E.İbrahimovun meyiti artıq yaxınlarına verilib və o, dəfn edilib.
E.İbrahimov 27 il idi ki, məhkum həyatı yaşayırdı və cəzasının əsas hissəsini Qobustan qapalı həbsxanasında çəkirdi. Onun son illər ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir.
E.İbrahimov vaxtilə bütün ölkənin danışdığı bir hadisəyə- 1991-ci ilin 11 dekabrında Şuşanın icra başçısı Mikayıl Gözəlovu qətlə yetirdiyinə görə həbsxana həyatı yaşayırdı.Muxalifet - 21-01-2019
Son dəqiqə: Suriyada ABŞ / YPG patruluna hücum! Ölülər var
Suriyada ABŞ və YPG terror təşkilatının birgə gəzdiyi patrula intihar hücumu edilib. İlk məlumatlara görə, terror hücumunda 5 adam ölüb.
Müxalifət.azMuxalifet3 - 21-01-2019




















